Bakıya gələn ZƏNG! – Zelenski Əliyevdən nə istəyib? - AKTUAL
Yusif Nəzərli
11:49 16.02.2023
Siyasət
525
Fevralın 15-də Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən bildirilib. Telefon danışığı əsnasında Ukrayna Prezidenti ölkəsinin ərazi bütövlüyü və suverenliyinə verdiyi dəstəyə və göstərilən humanitar yardımlara görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib. Söhbət zamanı dövlət başçıları beynəlxalq platformalarda əməkdaşlıq məsələsini də müzakirə ediblər.
Postsovet məkanında Ukraynaya ən çox humanitar dəstəyin Azərbaycan tərəfindən verildiyini deyən Ağ Partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli "Sherg.az"a bildirib ki, bu zənglə Zelenski bir növ yardıma görə təşəkkürlərini çatdırır:
"Düzdür, bütün Ukraynada Azərbaycanın bu yaxşılığının qədri bilinmir. Biz Ukrayna media məkanına baxsaq görərik ki, orada anti-Azərbaycan, anti-Türkiyə ritorikası güclənir. Hətta xaricdən gələn erməni politoloqlar ağızlarını gələni danışır, ukraynalı rujnalistlər isə qulaq asır.
Zelenskinin minnətdarlıq zəngi bütün Ukrayna cəmiyyəti üçün görk olacaq. Digər tərəfdən ola bilsin ki, Ukrayna prezidenti Azərbaycan rəhbərindən dəstəyin davamını istəyir. Çünki bu ölkədə vəziyyət çətindir və yardıma ehtiyacları var. Burada söhbət hərbi yardımdan getmir. Azərbaycanın humanitar yardımları da Ukraynaya hava-su kimi lazımdır".
Analitikin sözlərinə görə, Rusiya ilə bərabər, Ukraynanın da əks-hücuma hazırlaşdığı barəsində məlumatlar var:
"ABŞ-ın öz vətəndaşlarını Rusiyanı tərk etməyə çağırması da bunu sübut edir. Ümumiyyətlə Amerikanın vətəndaşlarını tərk etməyə çağırdığı ölkələrdə nə isə baş verir. Məsələn rəsmi Vaşinqtonun Türkiyədəki konsulluqlarını tərk etməyə çağırdıqdan sonra zəlzələ oldu. Ona görə də Rusiya ərazisində nə isə baş vermə ehtimalı var. Ümumiyyətlə, ruslar artıq hücumlara başlayıb. Donbasda şiddətli döyüşlər gedir və heç bir tərəfin ciddi uğurları yoxdur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya
Tramp üçün "topal ördək" mərhələsi başlaya bilər -ŞƏRH
13:42 04.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlanıb
13:14 04.11.2026
Aktual
Rafinya Ronaldinyoya çatdı
13:07 04.11.2026
Futbol
Bakıda noyabrın 9-a qədər yağış yağacaq - XƏBƏRDARLIQ
12:55 04.11.2026
Ekologiya
NATO Rusiya ərazisinə zərbə endirə bilər
12:48 04.11.2026
Gündəm
Göygöldə yol qəzasında iki nəfər xəsarət alıb
12:27 04.11.2026
Hadisə
Dəfnə görə ödənilən müavinətin məbləği artırılır
12:10 04.11.2026
Aktual
AzTV 100 illik yubileyə həsr olunmuş çarx yayımlayıb - VİDEO
12:09 04.11.2026
Media
DSMF-nin növbəti il üçün gəlir və xərcləri açıqlanıb
11:57 04.11.2026
İqtisadiyyat
Azərbaycanın xalis maliyyə aktivləri 110 mlrd. manata çatıb
11:47 04.11.2026
İqtisadiyyat
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə