
“beynəlxalq qarant mexanizmi”: Ermənistan hansı maraqları güdür?
10:58 18.12.2023
Siyasət
445
Azərbaycan Ermənistanla birbaşa, vasitəçisiz danışıqlara üstünlük verir.
Bu sözləri rusiyapərəst erməni politoloq, “Erməni layihəsi” ictimai təşkilatının rəhbəri Sergey Melkonyan erməni mediasına müsahibəsində deyib.
“Bakının birbaşa danışıqlar üçün öz səbəbi var - indi qüvvələr nisbətini öz xeyrinə dəyişib və Türkiyə hərtərəfli dəstək verir. Bu şəraitdə Ermənistana təzyiq etmək daha asandır. Vasitəçilərin olması isə Ermənistana bu təzyiqi müəyyən dərəcədə neytrallaşdırmağa və ya ən azı minimuma endirməyə imkan verərdi. Məhz buna görə də xarici aktorların vasitəçiliyi olmadan aparılan danışıqlar Ermənistan tərəfindən daha böyük güzəştlərlə doludur”, - bildirib.
Bununla bərabər, Melkonyan Bakının gələcəkdə Ermənistanda revanşist əhval-ruhiyyənin yaranmasından qorxduğunu da iddia edib:
“Azərbaycanın bu cür qorxularının real əsası var. Onlar başa düşür ki, ermənilər məğlubiyyətdən qurtulan kimi, fürsət düşən kimi öz təhlükəsizliyini təmin etmək və üzərlərində asılmış ekzistensial təhlükəni neytrallaşdırmaq üçün yenidən silaha sarılacaqlar. Təbii ki, Ermənistanda hakim qüvvə hər dəfə deyir ki, qisas almaq niyyətində deyil, lakin bu, Azərbaycan tərəfini sakitləşdirmir, bu, ona kifayət etmir. Bakı Qarabağın bütün dövlət qurumlarının tamamilə ləğv edilməsini və onun bütün simvollarının məhv edilməsini istəyir. Azərbaycan da israr edir ki, erməni müxalifəti və diasporu Qarabağ haqqında danışmağı dayandırsın və s. Ermənistan hakimiyyətinin indiki mərhələdəki hərəkətləri azərbaycanlıların istədikləri ilə demək olar ki, tamamilə üst-üstə düşür”.
Sergey Melkonyanın açıqlamalarını “Sherg.az”a dəyərləndirən siyasi şərhçi Elmir Səftərov bildirib ki, Fransa və digər xarici ölkələr tərəfindən edilən yardımlar, verilən silahlar, Avropa İttifaqının bu ölkədəki missiyasının sayının artırılması Ermənistanın siyasi qərarvermə səlahiyyətlərinə birbaşa təsir edir:
“Maraqlı tərəflər öz mənafelərinə uyğun şəkildə Ermənistanın xarici siyasətini korrektə edirlər. Bu da məğlub Ermənistana güvən verən məsələlərdəndir. Ona görə də Ermənistan rəsmilərinin, siyasi əhəmiyyətli şəxslərinin son günlər sülh müqaviləsinin imzalanması ilə bağlı dedikləri “danışıqların vasitəçilərlə olması”, “beynəlxalq qarant mexanizmi” kimi fikirlər bu ölkənin sülh müqaviləsinin imzalanmasında fərqli maraqları önə çəkməsini və zaman qazanaraq müxtəlif süni maneələrlə prosesi yubatdığını göstərir”.

E. Səftərov qalib ölkə kimi Azərbaycan danışıqların birbaşa dialoq vasitəsilə iki dövlət arasında aparılmasının tərəfdarı olduğunu vurğulayıb:
“Sülhə aparan yolda Azərbaycan ilə Ermənistan arasında hərbçilərin qarşılıqlı surətdə azad edilməsi barədə razılığın əldə olunması vasitəçilərə ehtiyac olmadan da məsələlərin həllinin mümkünlüyünü göstərdi. Amma görünür ki, Ermənistanda hələ də müxtəlif ambisiyaları olan revanşist qüvvələr öz fikirlərini diqtə etməyə çalışırlar. Ermənistanın sürətlə silahlanması da sülh müqaviləsinin gündəmdə olması fonunda diqqətləri cəlb edir. O zaman sual yaranır əgər Ermənistan həqiqətən də Azərbaycanla sülh sazişi imzalamaq istəyirsə, son illər niyə hərbi büdcəsini daha da artırıb? Demək ki, rəsmi İrəvan hələ də region üçün təhdid olaraq qalır. Tarixə nəzər salsaq görərik ki, Ermənistanın təcavüzkar siyasəti, hərbi təcavüzü, beynəlxalq platformalardakı mövqeyi bu məsələdə destruktiv mövqe tutması ilə nəticələnib. Ona görə də Ermənistan sülh sazişinin imzalanması üçün şərtlər irəli sürmək və hansısa, tərəfləri prosesə cəlb etmək əvəzinə səmimi addımlar atmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan BMT-nin beynəlxalq vasitəçilik sazişinə qoşulub
21:35 23.04.2026
Dünya
Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib - YENİLƏNİB
21:19 23.04.2026
Hadisə
Pəhləvinin "azad İran" vədləri inandırıcı deyil - ŞƏRH
19:15 23.04.2026
Gündəm
Dua Lipa evlənir!
18:45 23.04.2026
Şou
Ebru Gündeşdən sürpriz: Yeni görünüşü sosial medianı silkələdi
18:42 23.04.2026
Şou
Derbi öncəsi gərginlik: "Fənərbağça"dan Dursun Özbəkə cavab gəldi
18:37 23.04.2026
Futbol
İranın yeni müharibə planı: bu hədəflər vurulacaq!
18:29 23.04.2026
Dünya
İrlandiya parlamentariləri Xankəndiyə səfər ediblər
18:21 23.04.2026
Siyasət
İTV-nin baş direktoru vəzifəsinə sənəd qəbulu elan edilib
18:14 23.04.2026
Media
Berlində qalmaqal: Pəhləviyə hücum - üzərinə qırmızı maye atıldı
18:07 23.04.2026
Gündəm
ABŞ Prezidenti: İranın liderinin kim olduğu məlum deyil
17:59 23.04.2026
Gündəm
Azərbaycan-Latviya münasibətlərində yeni mərhələ
17:59 23.04.2026
Gündəm
Rumıniyada baş nazirin müavini və altı nazir istefa verib
17:53 23.04.2026
Dünya
Baş Prokurorluqda geniş Kollegiya iclası keçirilib
17:27 23.04.2026
Gündəm