Beyrutda nümayişçilər əsas avtomobil yollarını bağlayıb
09:03 21.10.2019
Siyasət
416
Livanda nümayişçilər barrikadalar quraraq ölkənin şimaldan Beyruta girən əsas avtomobil yolunu bağlayıb. Etirazçılar, həmçinin şəhərin içərisindəki bir sıra yollarda şinləri və zibil qutularını yandıraraq avtomobillərin hərəkətinə mane olublar.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Livanda keçirilən ümumi tətil səbəbindən bütün banklar, dövlət müəssisləri, məktəblər, universitetlər və iri mağazalar bağlanıb.
Oktyabrın 17-də Livanda kütləvi etiraz aksiyaları başlayıb. Ertəsi gün axşam saatlarında Beyruta əlavə ordu qüvvələri yeridilib. Güc strukturları Livan paytaxtının mərkəzində etirazçılara qarşı rezin güllələrdən və gözyaşardıcı qazdan istifadə edib.
Etirazlara Nazirlər Kabinetinin “WhatsApp” mesencerindən istifadəyə görə ayda 6 dollar vergi, həmçinin tütün məmulatlarına əlavə vergi tətbiq etmək barədə qərarı səbəb olub. Ölkənin Rabitə naziri Məhəmməd Şukeyr oktyabrın 18-nə keçən gecə “WhatsApp” vergisi barədə qərarın ləğv olunduğunu bildirib. Buna baxmayaraq, etiraz aksiyaları səngimək bilmir. Livanın Baş Naziri böhrandan çıxış yolu planını təqdim etmək üçün hökumətə 72 saat vaxt verib. Oktyabrın 19-da Baş Nazirin “Livan qüvvələri” xristian partiyasından olan müavini və üç nazir istefa vermək məcburiyyətində qalıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Meloni Ermənistanla bağlı yeni təklif verdi
13:57 03.08.2026
Dünya
Fələstinin Azərbaycandakı səfirliyinə maliyyə yardımı göstəriləcək
13:35 03.08.2026
Gündəm
Ukrayna ordusu əks-hücuma keçdi, Rusiyanın planı pozuldu
13:23 03.08.2026
Dünya
Ömər Çelik: Ərdoğanı diktatorla müqayisə etmək...
13:16 03.08.2026
Gündəm
Azərbaycan XİN Pakistana başsağlığı verib
13:08 03.08.2026
Gündəm
Qubada maşın aşıb, 3 nəfər xəsarət alıb
12:57 03.08.2026
Hadisə
Puşilin: Nikolayevkanın kənarında şiddətli döyüşlər gedir
12:27 03.08.2026
Gündəm
Kart limiti vətəndaşı yenidən nağd pula qaytara bilər - EKSPERT
12:24 03.08.2026
Aktual
Bakıda 4 yaşlı uşaq 13-cü mərtəbədən yıxılaraq ölüb
12:04 03.08.2026
Hadisə
Ağdərədə mina partlaması nəticəsində iki nəfər xəsarət alıb
11:19 03.08.2026
Hadisə
Bakıda küçələrdən birinə Elçin Əfəndiyevin adı verilib
11:04 03.08.2026
Mədəniyyət
Krıma PUA hücumu: Üç nəfər həlak olub
11:04 03.08.2026
Gündəm
Yapon alim izah edib ki, niyə ev pişiyi ilə danışmaq lazımdır
09:45 03.08.2026
Maraqlı