Blinkenin gözlənilməz zəngi: ABŞ vasitəçilik mübarizəsində önə çıxmağa çalışır? -ANALİZ
09:15 17.09.2024
Siyasət
462
Sentyabrın 16-da ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Antoni Blinken Ermənistanla Azərbaycan arasında davamlı sülhün əldə olunmasının vacibliyini vurğulayaraq, Amerika Birləşmiş Ştatlarının bu məqsədə nail olunması üçün bundan sonra da səylərini əsirgəməyəcəyini bildirib. O, Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası sahəsində əldə edilmiş nailiyyətləri, o cümlədən dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamənin müvafiq qaydada 2024-cü il avqustun 30-da imzalanmasını müsbət addım kimi qiymətləndirib. Regionda artıq sülhün mövcud olduğunu deyən dövlət başçısı vurğulayıb ki, məhz Azərbaycanın səyləri nəticəsində bölgəmizdə ədalətə və beynəlxalq hüquqa əsaslanan yeni reallıqlar və status-kvo yaranıb. Prezident İlham Əliyev Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin təşəbbüskarının da məhz ölkəmiz olduğunu qeyd edərək bu müqavilənin imzalanması üçün Ermənistanın öz Konstitusiyası və digər qanunverici aktları əsasında Azərbaycana qarşı olan ərazi iddialarına son qoymasının, həmçinin keçmişin qalığı olan ATƏT-in Minsk qrupu və onunla bağlı olan bütün təsisatların fəaliyyətinə son qoyulmasının vacibliyini vurğulayıb. Sərhədlərin delimitasiyası məsələsinə toxunan Prezident İlham Əliyev ikitərəfli proses çərçivəsində əldə olunmuş müsbət nəticələri qeyd edib və Əsasnamə əsasında bu prosesin aparılacağını bildirib.
Siyasi şərhçi Asif Nərimanlı “Sherg.az”a bildirib ki, Antoni Blinkenin İlham Əliyevə zənginin məqsədi Azərbaycan və Ermənistan münasibətlərinin normallaşmasında vasitəçi olmaqdır:
“Yəni Amerika Birləşmiş Ştatları vasitəçilik mübarizəsində önə çıxmağa çalışır. Digər tərəfdən isə kommunikasiyanın açılmasında iştirakçılıq payı qazanmaq məqsədi güdür. Hətts son bir aydır Amerika prosesdə daha aktiv şəkildə iştirak etməyə başlayıb. ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Braynın iyun ayından başlayaraq regiona səfəri, tərəflər arasında danışıqlar keçirtməsi və kommunikasiyanın açılmasıyla bağlı Amerikanın təkliflərini çatdırmasında da bu müşahidə edilirdi. Daha sonra sülh danışıqlarında vasitəçi qismində çıxış etmək üçün Rusiyanın ön plana çıxdığını gördük. Rusiyanın aktivliyi isə Amerikanı prosesdən uzaqlaşdırmağa hesablanıb. Rusiya Prezidenti Vladimir Putinin səfərindən sonra rəsmi Moskva daha çox Ermənistan-Azərbaycan arasında vasitəçilik etmək üçün təkliflər irəli sürür. Rəsmi Bakı sözügedən məsələyə loyal münasibət bəsləsə də, rəsmi İrəvan bundan imtina etdi. Eyni zamanda Rusiya Zəngəzur dəhlizinin 10 noyabr razılaşmasına uyğun şəkildə açılmasını istəyir. Amerika isə buna əngəl törətməyə cəhd göstərir. Görünən odur ki, Blinkenin zəngi Azərbaycan və Ermənistan danışıqlarında Rusiyanın vasitəçiliyini arxa plana keçirtmək məqsədi daşıyır. Çox güman ki, Amerika liderlər səviyyəsində olmasa belə, xarici işlər nazirləri səviyyəsində iki ölkə arasında görüş keçirməyə çalışacaq. Düşünürəm ki, bundan sonra Amerika və Rusiya tərəfindən belə zənglər intensiv hal alacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp ABŞ-da fövqəladə vəziyyət elan etdi
11:10 27.08.2026
Dünya
"Sabah"ın Çempionlar Liqasından qazancı 20 milyon avronu keçdi
10:57 27.08.2026
Futbol
Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
10:21 27.08.2026
Ekologiya
FHN-dən güclü külək və yağışla bağlı XƏBƏRDARLIQ
09:51 27.08.2026
Ekologiya
Cinayət işi: Könül Kərimovanın da adı hallanır – DETALLAR
09:48 27.08.2026
Hadisə
Azərbaycanda bu ad cəmi 3 uşağa verilib
09:39 27.08.2026
Cəmiyyət
Ərdoğandan Qarabağ Universiteti ilə bağlı qərar
09:37 27.08.2026
Elm və Təhsil
Nigar Fərhad saxlanılıb
09:26 27.08.2026
Hadisə
Köçəryan iki ay müddətinə həbs edilib
08:57 27.08.2026
Region
Britninin oğlu reklam siması oldu -FOTO
08:40 27.08.2026
Şou
Livan prezidenti strateji yüksəkliklərin orduya verilməsinə çalışır
08:08 27.08.2026
Dünya
Asqırıq, qaz, sidik istəklərini saxlamaq olmaz – Həkimlər
07:37 27.08.2026
Sağlamlıq
Azərbaycanda bu ad cəmi 3 uşağa verildi
06:26 27.08.2026
Sosial
Soyuducunu təmizləyərkən bu səhvə yol verməyin
04:24 27.08.2026
Maraqlı
Bakıda böyüyən türk aktrisanın toyu oldu
03:51 27.08.2026
Şou