“Blokada” nağıllarına inananların sayı azalır
Yusif Nəzərli
08:24 07.02.2023
Siyasət
547
Erməniləri dəstəkləyən mərkəzlər belə Laçın mövzusunu çeynəməkdən yorulurlar
Bu amilə görə Qarabağdakı erməni separatçılarının mövqeləri zəifləyir
"Erməni separatçılarının Rusiyadan Xankəndiyə “ixrac edilən yeni lideri” Ruben Vardanyan profilində yazıb ki, dünyada yaşayan ermənilərin vəzifəsi “Artsax” mövzusunu beynəlxalq aləmin gündəmində saxlamağa çalışmaqdır. Adam narahatdır". Bu barədə "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. Analitik bildirib ki, Ruben Vardanyan müxtəlif dünya nəşrlərinə, televiziya kanallarına çoxsaylı müsahibələr verdikdən sonra onun simasına və bölgəyə marağın azaldığını hiss etməyə başlayıb:
"Həqiqətən, Ermənistan hakimiyyəti, erməni separatçıları və erməni lobbisi birgə səylərlə bir müddət beynəlxalq aləmin diqqətini Laçın dəhlizindəki duruma, “blokada mövzusuna” çəkə bildilər. İndinin özündə də bır sıra Qərb ölkəsində “Laçın dəhlizini açın” səsləri eşidilir.
Ancaq günlər və həftələr keçdikcə bu mövzuya maraq azalır. Bunun iki səbəbi var. Birincisi, beynəlxalq aləmin diqqətini məşğul edən başqa mövzular var. Rusiya-Ukrayna müharibəsi, Tayvan ətrafındakı vəziyyət, İran-İsrail qarşıdurması və bu kimi gərginliklər fonunda Laçın mövzusu getdikcə arxa plana keçir. Erməniləri dəstəkləyən mərkəzlər belə Laçın mövzusunu çeynəməkdən yorulurlar. Həmin mərkəzlərin “yolu açın” çağırışları eşidilmədiyinə görə eyni mövzuya hər dəfə qayıtmaq istəmirlər".
E.Şahinoğlu vurğulayıb ki, ilk günlər “Artsax blokadadır” yalanına insanlar real vəziyyəti görməyə başlayıblar:
"Real vəziyyət isə bundan ibarətdir ki, yol açıqdır. Nəqliyyat vasitələri işləyir, ərzaq və dərman çatdırılır, ermənilər xəstələrini Ermənistana apara bilirlər. Bunlar varsa, “blokada” nağıllarına inanaların sayı azalır. Bu iki amilə görə Qarabağdakı erməni separatçılarının mövqeləri zəifləyir. Ona görə də Ruben Vardanyan ermənilərdən tələb edir ki, “Laçın blokadadır” yalanı təbliğatını davam etdirsinlər. Bizə sakitləşmək olmaz. Ermənilərə Azərbaycan əleyhinə kampaniyanı yenidən genişləndirməyə imkan vermək olmaz".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual