Cənubi Qafqaz dövlətləri bacardığı qədər birlikdə təhlükəsizlik addımları atmalıdır
Bölgə barıt çəlləyidir...
Bölgə barıt çəlləyidir...
Yusif Nəzərli
08:51 07.09.2023
Siyasət
500
Gürcüstan Azərbaycanla əlaqələrini gücləndirməyin fərqindədir
Cənubi Qafqaz dövlətləri bacardığı qədər birlikdə təhlükəsizlik addımları atmalıdır
Azərbaycanla Gürcüstan arasında müdafiə sahəsində əməkdaşlıq Sazişinin detalları açıqlanıb.
Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin dünən keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə” qanunda əksini tapıb.
Sazişin məqsədi tərəflər arasında müdafiə sahəsində əməkdaşlığı təşviq etmək və möhkəmləndirmək, eləcə də tərəflərin qəbul etdikləri hərbi əməkdaşlıq proqramlarının həyata keçirilməsi üçün praktik çərçivəni təmin etməkdir.
Məsələyə münasibət bildirən hərbi ekspert Həşim Səhrablı "Sherg.az"a açıqlamasında deyib ki, Azərbaycan və Gürcüstanın əlaqələri hər iki dövlətin müstəqilliyini qazandığı illərdən əməkdaşlıq və birgə fəaliyyət istiqamətində qurulub:
"Azərbaycan və Gürcüstan arasında müəyyən ərazilərlə bağlı mübahisəli məqamlar olub. Amma hər iki tərəf bu məsələni qabartmağa və qarşıdurma yaratmağa maraqlı olmayıb. Hər zaman əlaqələrin iqtisadi, siyasi, diplomatik cəhətdən inkişafı ön planda üstünlük təşkil edib. Bu gün isə əlaqələrin hərbi müstəviyə daşındığını görməkdəyik. Bunun bir neçə səbəbi var. Birincisi, Qərb dairələri, Rusiya və İran bölgəmizə Cənubi Qafqaz olaraq yanaşırlar. Dünyada bölgəyə üç müstəqil dövlət prizmasından neçə ölkə baxır? Türkiyə, Pakistan və İrandan başqa bir nümunəmiz yoxdur. Digər ölkələrin siyasi bəyanatlarında ümumi bölgədən danışarkən Cənubi Qafqaz mövqeyindən çıxış edirlər. Çünki Cənubi Qafqazda Azərbaycan, Gürcüstan, Ermənistanın siyasi azadlığından danışmırlar və müstəqil dövlətlər olub, olmaması onlar üçün maraqlı da deyil. Əllərinə fürsət düşən kimi bu bölgəni öz vassal asılılığına salmaq istəyərlər.
Bu gün Azərbaycan bunun fərqindədir. Buna görə də Ermənistanın təcavüzkar və ağılsız iddiaları fonunda Gürcüstanın Azərbaycan ilə əlaqələrinin nə qədər vacib olduğunu yaxşı bilir. Həmçinin rəsmi Tbilisi də bunun fərqindədir. Onlar anlayır ki, onsuz da Cənubi Qafqazda Ermənistan kimi pozucu ünsür var. Bu cəhətdən bölgədəki 3 dövlətin siyasi asılılıqdan çıxması üçün Azərbaycan ilə əlaqələri müttəfiq səviyyəsinə qaldırmaq lazımdır. Cənubi Qafqazda hər zaman hərbi qarşıdurma riski mövcud olub.
Ona görə də Cənubi Qafqaz özü-özünü müdafiə etməlidir. Yəni Gürcüstanı biri işğal edərsə, sonrakı hədəf ya Ermənistan, ya Azərbaycandır. Bu nöqtədə Azərbaycan, Gürcüstan və elə Ermənistan da hərbi sahədə gücünü durmadan artırmalıdır. Ukrayna dünyanın ən güclü ordularında ilk 30-cu siyahıda yer alırdı. Həmçinin dünyada əhəmiyyətli, əraziləri geniş və elmi-tərəqqi yoluna daxil olmuş bir dövlət olub. İqtisadiyyatı Cənubi Qafqaz ölkələrindən daha böyük idi. Əgər rəsmi Kiyevə qarşı dünyanın gözü önündə hərbi təcavüz olursa, bu bütün ölkələr eyni zamanda Cənubi Qafqaz üçün keçərlidir. Cənubi Qafqaz dövlətləri bacardığı qədər birlikdə təhlükəsizlik addımları atmalıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq
06:40 02.11.2026
Dünya
Bugünkü varlılar "axmaq" şeylərə pul xərcləyirlər - İDDİA
04:52 02.11.2026
Dünya
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media