Brüssel Paşinyanın bəlkə də son şansıdır
Yusif Nəzərli
06:30 05.04.2022
Siyasət
600
Avropa İttifaqı Şurasının səbri bir yerə qədərdir
"Qərb strukturları Ermənistanı Rusiyanın təsir dairəsindən çıxartmaq istəyirlər. Əgər İrəvan bu şansdan yararlanarsa, Moskvadan xilası mümkündür"
Prezident İlham Əliyev aprelin 6-da Brüsseldə Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşəcək. Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə keçirilməsi planlaşdırılan görüşdə iki ölkə arasında yekun sülh müqaviləsinin bağlanması yönündə müzakirələrin aparılması nəzərdə tutulub. Azərbaycan tərəfi Brüssel görüşü barədə məlumatın media gündəminə çıxmasından bir müddət öncə Ermənistanla sülh müqaviləsinin imzalanması ilə bağlı şərtlərini açıqlayıb.
5 maddəlik təkliflərdən ibarət olan bu şərtlər qəbul edilərsə, Azərbaycanla yanaşı, bütün regiona, o cümlədən, Ermənistanın özünə ciddi dividendlər qazandırmış olacaq. Ermənistan üzdə həmin təklifləri qəbul etdiyini və sülh müqaviləsinə hazır olduğunu göstərir. Lakin arxada ikili oyununu davam etdirir, sülh danışıqları üçün qəbuledilməz təklif və şərtlərlə çıxış edir. Məsələn, İrəvan hökuməti ATƏT-in Minsk qrupunun prosesə qayıtması, vasitəçilik etməsinə razılıq verilməsinə çalışır. Ermənistan yaxşı bilir ki, bu təklif Azərbaycan üçün qəbuledilməzdir.
Siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev “Şərq”ə açıqlamasında bildirib ki, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Azərbaycan və Ermənistan rəhbərliyini ikinci dəfə bir araya gətirməyə təşəbbüs edir. Ekspert diqqətə çatdırıb ki, rəsmi Bakı birinci görüşdən də müəyyən pozitiv addımlar gözləyirdi. Amma məsələ ondadır ki, Ermənistan rəhbərliyinin hələ də vahid mövqeyi, konkret yanaşması yoxdur:
“Baş nazir Nikol Paşinyan səhər bir söz deyir, axşam tamam fərqli tərzdə danışır. Görüşlə bağlı məlumatdan öncə Paşinyan və hökumət üzvləri sülhdən danışırdılar. Elə ki, Brüssel görüşü ilə bağlı xəbər yayıldı və konkret gün açıqlandı, dərhal mövqelərini dəyişdilər. Növbəti dəfə sərsəm bəyanatlar səsləndirdilər. Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, rəsmi Bakı sülh sazişi imzalamağa, bununla bağlı müzakirələrə başlamağa hazırdır. Dövlət başçısı da bunu təkrar vurğuladı və sülhdən, əməkdaşlıqdan başqa yol olmadığını diqqətə çatdırdı. Azərbaycan beynəlxalq hüquq normalarına uyğun olaraq iki tərəf üçün münasib sayılan 5 baza prinsipini irəli sürüb. Ancaq İrəvan hələ də susqunluq nümayiş etdirir”.
Professorun fikrincə, Rusiyanın başı Ukraynaya qarışsa da, Moskvadakı bəlli dairələr Paşinyanı Kremlin nəzarətindən çıxmağa qoymur:
“Rusiya İrəvan vasitəsi ilə ATƏT-i “diriltməyə” çalışır. Paşinyan isə Kremldən kənar ciddi addım atmağa risk etmir. O səbəbdən ikinci Brüssel görüşündən müsbət nəticələr gözləmirəm. Ən ciddi nəticə yekun sülh sazişinin bağlanması üçün işçi qrupunun yaradılması və sərhədlərin müəyyənləşməsinin müzakirəsi ola bilər. Ancaq Paşinyan dərk etməlidir ki, Avropa İttifaqı Şurasının səbri bir yerə qədərdir. Qərb strukturları Ermənistanı Rusiyanın təsir dairəsindən çıxartmaq istəyirlər. Əgər İrəvan bu şansdan yararlanarsa, Moskvadan xilası mümkündür. Hazırda Ermənistan daxilində Rusiyanın “5-ci kolonu” çox güclüdür. Ona görə də Paşinyan gah Qərbin, gah da Rusiyanın xoşuna gələn açıqlamalar verir. Doğrudur, siyasət balansı sevir, amma bir-birinə zidd bəyanatlar, tez-tez dəyişən mövqelər və qorxaq idarəçilik siyasətdən uzaqdır. Məhz erməni baş nazirin dəyişkən yanaşması Brüssel görüşünə ümidləri azaldır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm
İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
20:08 15.11.2026
Rəsmi
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət