
Budapeştdə də danışıqlar aparılması mümkün ola bilər -ANALİTİK
14:01 11.09.2024
Siyasət
612
Macarıstan XİN başçısı Azərbaycanla Ermənistan arasında sülh müqaviləsini Budapeştdə imzalanmasını təklif edib. O bildirib ki, müharibələr heç vaxt döyüş meydanında bitmir, danışıqlar masası arxasında bitir. Siyartonun fikrincə, Macarıstan Cənubi Qafqaz regionunda sülhün bərqərar olmasında mühüm rol oynaya bilər.
Sülh müqaviləsinin Budapeştdə imzalanması nə qədər realdır?
Mövzu ilə bağlı siyasi şərhçi Asif Nərimanlı "Sherg.az"a açıqlama verib. Ekspert bildirib ki, Azərbaycan-Ermənistan arasında sülh sazişinin imzalanması və yaxud da danışıqların aparılması ilə bağlı müxtəlif platformalar təklif edilir:

"44 günlük müharibədən sonra 3 əsas platforma var idi: Vaşinqton, Brüssel və Moskva. Hər 3 platfoma Azərbaycan- Ermənistan danışıqlarında sülh sazişinin imzalanması ilə yanaşı, həm də öz maraqlarının təmin edilməsinə çalışıblar. Bu, geosiyası mübarizənin bir hissəsinə çevrilib. Məsələn, Rusiya özünün vasitəçiıiyini həm də ona görə istəyir ki, kənar qüvvələr Cənubi Qafqaza daxil ola bilməsin. Amerikanın özü də eyni formada Azərbaycan- Ermənistan danışıqlarına moderatorluq etməklə Rusiyanı bölgədən uzaqlaşdırmağa çalışır. Amerika və Avropa Qərb kollektivi kimi görünsə belə onların da regionla bağlı toqquşan maraqları var. Bu baxımdan Brüssel çalışır ki, prossesdə iştirakla öz maraqlarını təmin etsin. Bu isə sülh danışıqlarının geosiyasi mübarizənin bir hissəsinə çevrilməsinə səbəb olur. Ona görə də Azərbaycan-Ermənistan arasında ən unikal variant iki tərəfli formatda danışıqların aparılmasıdır. Bu günə qədər ki, nəticə də bu istiqamətdə olub və müəyyən bir nəticə əldə edilib. Digər tərəfdən Azərbaycan-Ermənistan danışıqlarının başqa bir variantı daha neytral ola biləcək, regionda maraqları olmayan və yaxud da bu sülh danışıqlarına ev sahibliyi etməklə bundan öz maraqlarını təmin etməyə çalışmayan ölkələrdə ola bilər".
Ekspert qeyd edib ki, Astanada da bu proses həyata keçirilib:
"Qazaxıstanın hər iki ölkə ilə münasibətləri var və bunu geosiyasi bir güc olaraq bu bölgədəki maraqlar üçün istifadə etməyə çalışmır. Bu, effektivlik baxımından daha məqbul bir variantdır.
Macarıstanın da bunu təklif etməsi problemli məsələ deyil. Yəni Budapeştə də danışıqlar aparıla və yaxud tərəflər arasında sülh saziş imzalana bilər. Çünki Macarıstan Avropa İttifaqının üzvü olsa da, Qərb və Rusiya arasında müəyyən müstəqil siyasi xətti olan bir ölkədir. Yəni rəsmi Budapeşt Avropa İttifaqına üzv olmaqla yanaşı həm də Rusiyayla münasibətini saxlayır. Həmçinin Macarıstanın Azərbaycanla da yaxın münasibətləri var və Ermənistanla problemli olan ölkə deyil. Ona görə də danışıqların Budapeştdə aparılması və yaxud da sülh sazişinin orada imzalanması müsbət bir təklifdir. Və bu, mümkün ola bilər. Amma təbii ki, tərəflərin gərək özləri razılaşsın. Hər şeydən öncə Macarıstanda və yaxud regionda marağı olmayan üçüncü bir ölkədə saziş imzalansa daha yaxşı olar. Çünki buna qədər bütün proseslər razılaşdırılmış olacaq ki, bu razılaşma məsələsi də iki tərəfli aparılan danışıqlarda mümkün ola bilər".
Analitik əlavə edib ki, hazırda Azərbaycan və Ermənistan arasında gərgin formatda danışıqlar prosesi davam edir:
"Macarıtanın neytirallığı fonunda rəsmi Bakı buna isti yanaşsa da, Ermənistanda eyni yanaşma olmaya bilər. Çünki erməni ictimai rəyində Macarıstanın Türk Dövlətləri Təşkilatında müşahidəçi statusu olması ermənilər üçün onun neytirallığını pozur. Hətta bu təklif irəli sürülən kimi Ermənistan mediasında Macarıstan əlehinə materiallarda dərc edildi. Bu da onu göstərir ki, rəsmi İrəvan bu təkliflə razılaşmayacaq. Amma ən azından tərəflər arasında Astanada necə danışıqlar aparılmışdısa, Budapeştdə də danışıqlar aparılması mümkün ola bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tehran Paşinyana daha əvvəlki kimi güvənmir - Zərdüşt Əlizadə
17:28 09.07.2026
Gündəm
Bakıda ər arvadını ov tüfəngi ilə qətlə yetirdi
17:27 09.07.2026
Hadisə
Azərbaycan Avropanın strateji tərəfdaşına çevrilib - ŞƏRH
17:03 09.07.2026
İqtisadiyyat
Süni intellekt üçün internet Bakcelldən
16:54 09.07.2026
Ölkə
Arzum üçün imza toplanır
16:40 09.07.2026
Cəmiyyət
“İrəvan Moskvadan qopa bilməz” - Politoloq
16:07 09.07.2026
Siyasət
NATO Sammiti: Ankara Qərb, Rusiya və Asiya arasında balans qurur
15:54 09.07.2026
Gündəm
“Jiquli”nin baqajında daşınan ətlər: İqtisadçıdan XƏBƏRDARLIQ
15:50 09.07.2026
Sağlamlıq
İran ABŞ-ı Buşehr AES-in yaxınlığına hücumda ittiham edir
15:50 09.07.2026
Dünya
AZAL sərnişin daşımalarını 5% artırıb
15:42 09.07.2026
Aktual
14 iyuldan MİQ üzrə test imtahanlarına start veriləcək
15:18 09.07.2026
Elm və Təhsil
Altı ayda 15 420 cinayət qeydə alınıb
14:45 09.07.2026
Gündəm
İranın Buşehr vilayətində partlayış səsləri eşidilib
14:19 09.07.2026
Dünya
Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi
14:06 09.07.2026
Gündəm
Peskov: Tramp hələ ki NATO sammitindən sonra Putinə zəng etməyib
13:57 09.07.2026
Dünya