Cahit Bağçı: “Bu vaxtadək Azərbaycandan Türkiyəyə 750 tondan çox qida göndərilib”
Yusif Nəzərli
12:45 17.02.2023
Siyasət
386
“Millətimizin yaşadığı bu dağıdıcı zəlzələdə həyatını itirən vətəndaşlarımıza Allahdan rəhmət diləyirəm. Millətimizin başı sağ olsun, ölənlərin ailələrinə, yaxınlarına səbir diləyirəm. Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyənin bütün qurumları təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün çalışırlar. Allahın izni ilə bu ağır günləri ən qısa zamanda geridə qoymaq üçün canla-başla çalışırıq. Azərbaycanın faciənin ilk dəqiqələrindən yanımızda olduğunu bütün dünya bilir. Bunun üçün sizə ürəkdən təşəkkür edirik”.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı söyləyib.
Diplomat qeyd edib ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırıqları ilə başda Heydər Əliyev Fondu olmaqla, Azərbaycanın bütün ictimai qurumları hərəkətə keçiblər. Zəlzələnin baş verdiyi andan etibarən geyim, qida məhsulları, yorğan, adyal, isidici və digər yardımları bu günə qədər Türkiyəyə çatdırırıq. Bu vaxtadək Azərbaycandan Türkiyəyə 750 tondan çox qida göndərilib.
“Zəlzələ nəticəsində evləri dağılan vətəndaşlarımızın bu qış günlərində isti yerə, çadıra və konteyner evlərə ehtiyacı var. Bunun üçün Türkiyədə çadır, konteyner istehsalı davam edir. Azərbaycan da bu ehtiyacımızı bilərək konteyner istehsalına başladı. Azərbaycanın müxtəlif qurumları tərəfindən humanitar fəaliyyətlər davam edir. İcra hakimiyyətlərinə təşəkkürümü bildirirəm, bizə çox kömək göstərirlər, Azərbaycanın ürəyinin Türkiyə ilə birgə döyündüyünü göstərirlər. Azərbaycanda nümayiş etdirilən birliyə görə Prezident İlham Əliyevə və Azərbaycan xalqına təşəkkür edirik”, - deyə diplomat bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya
Tramp üçün "topal ördək" mərhələsi başlaya bilər -ŞƏRH
13:42 04.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlanıb
13:14 04.11.2026
Aktual
Rafinya Ronaldinyoya çatdı
13:07 04.11.2026
Futbol
Bakıda noyabrın 9-a qədər yağış yağacaq - XƏBƏRDARLIQ
12:55 04.11.2026
Ekologiya
NATO Rusiya ərazisinə zərbə endirə bilər
12:48 04.11.2026
Gündəm
Göygöldə yol qəzasında iki nəfər xəsarət alıb
12:27 04.11.2026
Hadisə
Dəfnə görə ödənilən müavinətin məbləği artırılır
12:10 04.11.2026
Aktual
AzTV 100 illik yubileyə həsr olunmuş çarx yayımlayıb - VİDEO
12:09 04.11.2026
Media
DSMF-nin növbəti il üçün gəlir və xərcləri açıqlanıb
11:57 04.11.2026
İqtisadiyyat
Azərbaycanın xalis maliyyə aktivləri 110 mlrd. manata çatıb
11:47 04.11.2026
İqtisadiyyat
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə