Cenevrə konfransında Fransa müstəmləkəçiliyinə qarşı mütəmadi iclasların keçirilməsi qərara alınıb
13:22 15.12.2023
Siyasət
443
Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə BMT-nin Cenevrə ofisində keçirilən beynəlxalq konfransda iştirak edən Fransa müstəmləkələrində müstəqillik uğrunda mübarizə aparan siyasi partiyaların rəhbər şəxsləri ayrıca iclas keçirərək, bir sıra məsələlər barədə razılığa gəliblər.
“Report” xəbər verir ki, “Neokolonializm: İnsan hüquqları, Sülh və Təhlükəsizlik” adlı beynəlxalq konfrans çərçivəsində Cenevrədə bir araya gəlmiş Fransız Qvianası (MDES), Martinik (MODEMAS və PALİMA), Korsika (Azad Korsika), Qvadelupa (ANG, CİPPA, CİPN, FKNG, KSG, MİR-Qvadelupa və UPLG), Fransız Polineziyası (özləri ölkələrini Ma’o Nuii adlandırır) (TAVİNİ Huiraatiraa) və KANAKY (Yeni Kaledoniya) (FLNKS, MJKF) ölkələrindən olan millətçi və müstəqillik uğrunda mübarizə aparan təşkilatlar tam suverenliyə dair siyasi məqsədlərinə çatmaq üçün birgə addımların atılması imkanlarının gücləndirilməsi məqsədilə ölkələrində cari siyasi vəziyyətlərinə dair fikir mübadiləsi apardılar.
Tərəflər beynəlxalq, regional və milli səviyyədə təşkilatlanmış mübarizə aparmağı qərara aldılar. İştirakçılar öz xalqlarına münasibətdə birgə siyasi həmrəylik fəaliyyətlərini birləşdirmək məqsədilə mütəmadi əsasda iclasların keçirilməsinə dair razılığa gəldilər.ğ
İlk iclasda siyasi gündəlik müəyyənləşdiriləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
30 ilin qəzet qoxusu - OXUMASANIZ DA OLAR!
16:55 31.10.2026
Media
Türkiyə və Özbəkistan arasında Komanda-Qərargah Təlimi keçirildi
16:51 31.10.2026
Dünya
Zelenski Türkiyədə səfərdədir
16:36 31.10.2026
Gündəm
İran ABŞ-nin təkliflərini qəbul etdi
16:35 31.10.2026
Dünya
Sobçak və həyat yoldaşının Latviyaya girişi qadağan edildi
15:37 31.10.2026
Dünya
Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq
15:25 31.10.2026
Hadisə
Göygöldə maşın dərəyə aşıb, xəsarət alan var
15:14 31.10.2026
Hadisə
Müctəba Xamenei orduya əmr verdi - “Vurun”
14:51 31.10.2026
Gündəm
ABŞ-İran danışıqlarında irəliləyiş əldə olunduğu iddia edilir
14:04 31.10.2026
Dünya
Uşaqlar üçün qızıl qaşıq dəbə mindi - Tələbat artır
13:58 31.10.2026
Maraqlı
Ukrayna Rusiyaya məxsus Mi-8 helikopterini dronla vurub
12:53 31.10.2026
Dünya
Tramp Ərdoğanla 24 saatda niyə 2 dəfə danışdı?
12:51 31.10.2026
Dünya
ABŞ-dən ərəb ölkələrinə: Hazır olun, İrana hücum edirik
12:17 31.10.2026
Dünya
Böyük Britaniya İrana xəbərdarlıq etdi
12:04 31.10.2026
Dünya
“Beşiktaş” və “Qalatasaray” eyni futbolçunu transfer etmək istəyir
11:53 31.10.2026
Futbol