Cənubi Qafqazda təhlükəsizlik qövsü çəkilir - ŞƏRH
23:29 21.12.2023
Siyasət
621
NATO Azərbaycanla səmərəli əməkdaşlığa həvəsli və maraqlıdır
Azərbaycan Hərbi Hava Qüvvələrinin “N” saylı hərbi hissəsində NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində “Mi-17-1V” helikopter cütlüyünün “İkinci səviyyəli özünüqiymətləndirmə təlimi” keçirilib. Ekspertlərin fikrincə, bu, Azərbaycanla NATO arasında genişlənən əməkdaşlığı əhatə edən çoxtərəfli təhlükəsizlik alətlərindən biridir. Çünki sözügedən proqram NATO-nun tərəfdaş ölkələrlə sıx əməliyyat əlaqələrinin qurulmasına xidmət edən praktiki çoxməqsədli hərbi elementdir. Proqram Alyans ilə əməkdaşlıq edən ölkələrin NATO standartlarına uyğun olaraq tam qarşılıqlı fəaliyyət göstərə bilən və əməliyyat qabiliyyətinə malik qüvvələri inkişaf etdirmək məqsədinə xidmət edir.
Siyasi şərhçi Aqşin Kərimov "Sherg.az"a deyib ki, budəfəki qiymətləndirmə təliminin keçirilməsinin hərbi və təhlükəsizlik aspektləri ilə bərabər, geosiyasi əhəmiyyətini də qeyd etmək lazımdır. Ekspertin sözlərinə görə, Azərbaycanla Qərb arasında hər nə qədər anlaşılmazlıqlar və çoxlu sayda mübahisəli gündəlik olsa da, Bakının NATO ilə əlaqələrinin dinamikası yüksələn xətt üzrə irəliləyir:
"Bu, olduqca vacibdir, çünki NATO-nun gözündə Azərbaycanın fərqli bir nöqtədə olması Bakı ilə Alyansın müştərək maraqlarının aynasıdır. Bu güzgüdə daha qüdrətli görünmək üçün Azərbaycan çoxvektorlu siyasətindən irəli gələn çağırışlarında NATO ilə bağlı hissələrin sərhədlərini bərkitməlidir. Çünki Azərbaycanın NATO ilə əməkdaşlıq sferası onun regional geosiyasi imkanlarının təkmilləşdirilməsi məsələsini təşviq edən alətlərdən birinə çevrilir. Bu, qarşıdakı illərdə beynəlxalq təhlükəsizlik mühitində gözlənilən dəyişikliklərə qarşı Azərbaycanın müdafiə immunitetinin sabit qalmasına töhfə verir. NATO üçün Azərbaycanın əhəmiyyətinə gəlincə, bu, Alyansın qlobal genişlənməsi əməliyyatı imkanları ilə əlaqəlidir. Azərbaycanın qlobal ticarəti təşkil edən yolların üzərindəki geostrateji əhəmiyyəti, zəngin təbii sərvətlərə malik olması və enerji resurslarını Avropa bazarlarına diversifikasiya etməsi NATO üçün cəlbedicidir".
A.Kərimovun qənaətincə, NATO Cənubi Qafqazda təhlükəsizlik qövsü çəkməkdə maraqlıdır və bu işdə o, Azərbaycanla səmərəli və faydalı rejimdə dərinləşən əməkdaşlığa həvəslidir: "Bu, NATO-ya imkan verir ki, Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarını vahid geosiyasi kontekstdə təhlil edib strateji nəticələr çıxarsın. Azərbaycan HHQ-də keçirilən təlim fonunda demək olar ki, Bakı ilə NATO müştərək təhlükəsizlik mühitinin təkamülünə təkan verirlər. NATO Azərbaycanın ixtiyarında olan arsenalın təkmilləşməsinə maraq göstərir və bunu özünün regional geniş dalğası üçün qiymətli hesab edir. Azərbaycan və NATO bir sıra mürəkkəb vəziyyətlərə birgə uyğunlaşmaq potensialını nümayiş etdirirlər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region