
Çinin Amerikadakı seçkilərə müdaxiləsi: Nə dəyişəcək?
14:33 28.05.2024
Siyasət
506
Donald Tramp da vaxtilə Pekinə qarşı sərt iqtisadi qaydaların tətbiqini təmin etmişdi
Amerika Birləşmiş Ştatlarında bu ilin noyabr ayında keçiriləcək prezident seçkisində rəqiblər bəllidir. Bu, Ağ Evin hazırkı sahibi Cozef Bayden və keçmiş prezident Donald Trampdır. Ancaq hər ikisi ilə bağlı müəyyən suallar mövcuddur. Baydenin yaşı və xəstəliyi ona prezident yarışmasında əngəl ola bilər. Ona görə belə ehtimallar da səslənir ki, Cozef Bayden mübarizədən geri çəkilərək partiyadaşlardan birinə üstünlük verə bilər. Donald Trampla bağlı isə müəmma bundan ibarətdir ki, ona qarşı müxtəlif məhkəmə çəkişmələri var və araşdırmalar yekunlaşmayıb. Namizədlərlə bağlı müzakirələrlə yanaşı Vaşinqtondakı dairələri bir sual da narahat edir. Kənar dövlətlər prezident seçkisinə yenə müdaxilə edəcəklərmi?
Politoloq Elxan Şahinoğlu deyib ki, Donald Trampla Hillari Klinton yarışanda Rusiyadakı dairələrin namizədlərdən birinə qarşı kiberhücumlar təşkil etdiyi və saxta ünvanlardan dezinformasiyalar yaydığı iddia edildi. Bir qrup ekspert məhz bu hücumların nəticəsi olaraq Hillari Klintonun Donald Trampa məğlub olduğunu bildirdilər. Hazırda Rusiya ilə yanaşı İran və Çinin də adı çəkilir:

"Amerikanın Milli Kəşfiyyat rəhbəri Avril Haynes bir müddət əvvəl ABŞ Senatında keçirdiyi görüşdə Rusiya, Çin və İranın 2024-cü ilin noyabrında ölkədə keçiriləcək prezident seçkilərinə müdaxilə etməyə çalışacağını bildirib. “Rusiya, Çin və İranın qeyri-hökumət təşkilatları da daxil olmaqla, ABŞ-də prezident seçkilərinə təsir etməyə çalışan xarici aktorların sayı artmaqdadır” - deyə, Avril Haynes sözlərinə əlavə edib. ABŞ dövlət katibi Antoni Blinken də hesab edir ki, Rusiya və Çin Amerikada prezident seçkisində müdaxiləyə hazırlaşır. Blinkenin bir müddət əvvəl Çinə səfəri və Pekindəki görüşləri onun mövqeyini dəyişməsinə səbəb olmadı. Blinken Pekinə səfərinin nəticələri barədə “CNN” televiziya kanalına müsahibə verərkən, Çinin seçkilərə müdaxilə cəhdləri barədə faktlara malik olduğunu səsləndirib. Halbuki Çin lideri Si Cinpin ötən ilin noyabrında Asiya və Sakit Okean İqtisadi Əməkdaşlıq sammitinin San-Fransiskoda keçirilən görüşündə ABŞ Prezidenti Cozef Baydeni inandırmağa çalışmışdı ki, Pekin Amerikadakı seçkilərə müdaxilə etməyəcək. Əslində, seçkiyə müdaxilə Çin üçün heç nəyi dəyişməyəcək. Donald Tramp vaxtilə Çinə qarşı sərt iqtisadi qaydaların tətbiqini təmin etmişdi. Bayden prezidentliyi dövründə Trampın bu siyasətini davam etdirib, Çin məhsullarına vergiləri artırıb".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsraildə seçici fəallığı: 53 ildən sonra ən yüksək nəticə
00:19 28.10.2026
Gündəm
BCM yeni prokurorunu 2027-ci ilin dekabrında seçəcək
00:06 28.10.2026
Gündəm
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
23:48 27.10.2026
Cəmiyyət
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
22:45 27.10.2026
Aktual
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol