
Delimitasiya və demarkasiya prosesi heç də asanlıqla irəliyə getmir -POLİTOLOQ
12:35 07.05.2024
Siyasət
514
Azərbaycan-Ermənistan sərhədinin Qazax-Tavuş istiqamətində demarkasiyası Kirants kəndinə çatıb.
Ermənistan mediası Kirantsda dünən ölçmə işlərinin başlandığını yazır.
“Hraparak” nəşri yazır ki, kənd sakinlərinin həmin əraziyə yaxınlaşması qadağan edilib. Kirants icmasının rəhbəri Kamo Şahinyan bildirib ki, neytral zonada işlər davam etdirilir.
“Daha sonra yaşayış sahələrinin ölçülməsinə başlanılacaq. Belə başa düşürük ki, mübahisəli ərazilər var”, - o deyib.
Mövzunu “Sherg.az”a dəyərləndirən politoloq Oqtay Qasımov bildirib ki, Qazaxın Ermənistanla sərhəddində delimitasiya və demarkasiya işlərinin davam etdirilməsi müsbət haldır:
“Dünən demarkasiya prosesi Ermənistanın Kirants adlandırdığı Güney kəndinə çatıb. Bu günə qədər 40 sərhəd dirəyi basdırılıb. Proses heç də asanlıqla irəliyə getmir. Kifayət qədər problemlər var və ermənilər tərəfindən mübahisəli adlandırılan ərazilər mövcuddur. Amma bunların hamısı məlum xəritələr və GPS vasitəsilə müəyyənləşdirilir. Mübahisəli məsələlərin həlli isə yerində müəyyənləşdirir və aradan qaldırılmağa çalışılır. Təbii ki, hansısa mübahisəli məsələlər və digər səbəblər prosesi müəyyən qədər ləngidə bilər. Amma delimitasiya və demarkasiya prosesinin qarşısını tamamilə almaq mümkün deyil. Nəzərə almaq lazımdır ki, delimitasiya və demarkasiya texniki prosesdir və həlli uzun zaman alacaq. Azərbaycan və Ermənistan arasındakı sərhəd 1000 km təşkil edir. Eyni zamanda, həmin ərazilər relyefinə və iqlim şəraitinə görə kifayət qədər mürəkkəb və sərtdir. Bütün bunların hamısı proseslərin həllinə təsir edə bilər”.

Ekspert qeyd edib ki, məlum kəndin iki yerə bölünməsi sərhədlərin dəqiqləşməsi zamanı GPS vasitəsilə bəlli olacaq:
“Artıq belə bir nümunə mövcuddur. 2020-ci ilin dekabrnda və 2021-ci ilin yanvarında Qubadlı-Gorus sərhəddində Şurnuxu kəndinin ərazisində də belə hir hadisə baş verdi. Həmin zaman GPS ilə kəndin bir tərəfinin Ermənistan, digər tərəfinin isə Azərbaycan ərazisi olduğu müəyyən olundu”.
Qeyd edək ki, demarkasiya nəticəsində Kirants kəndinin iki hissəyə bölünəcəyi gözlənilir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
14:44 28.10.2026
Sosial
Ermənistanda parlamentin keçmiş sədrinin əmlakına həbs qoyulub
14:42 28.10.2026
Region
Rusiya Ermənistana yeni səfir təyin etdi
14:24 28.10.2026
Gündəm
Putin-Tramp-Cinpin görüşü hələ təsdiqlənməyib
14:12 28.10.2026
Gündəm
Paşinyan İranla sərhəd məsələsi üzrə işçi qrupu yaradıb
13:36 28.10.2026
Gündəm
Zelenski: Cinpin, Putin və Tramp dünyanı bölüşdürə bilməz
12:58 28.10.2026
Dünya
Fərman Qurbanlıya nazirlikdə yeni vəzifə verildi
12:55 28.10.2026
Cəmiyyət
DYP elektroskuter istifadəçilərinə müraciət edib
12:26 28.10.2026
Sosial
Yarım santım qocalmışam!
12:17 28.10.2026
Sağlamlıq
Zelenski Kiyevin qışa hazırlığını yetərsiz hesab edir
11:45 28.10.2026
Dünya
Bakıda faciə: 7-ci sinif şagirdi pəncərədən yıxılıb öldü
11:35 28.10.2026
Hadisə
“Maraqlar toqquşması haqqında” qanun layihəsi hazırlanıb
11:29 28.10.2026
Gündəm
Azərbaycan lideri Çex Respublikasının Prezidentini təbrik edib
11:10 28.10.2026
Gündəm
Türkiyə bayrağını və Atatürkü təhqir edən müəllim saxlanılıb
10:25 28.10.2026
Hadisə