Deputat: "Azərbaycanda fundamental hüquq və azadlıqlar təmin olunur"
Turan
10:55 26.10.2019
Siyasət
826
“Qoşulmama Hərəkatı BMT-dən sonra iştirakçı dövlətlərin sayına görə dünyada 2-ci təşkilatdır”. Bunu Sherg.az-a açıqlamasında millət vəkili Azər Badamov deyib.
Deputat bildirib ki, bu təşkilatın böyüklüyü, möhtəşəmliyi onu deməyə imkan verir ki, qəbul olunan qərarların da təsir gücü böyükdür:
“Belə bir böyük təşkilata Azərbaycanın ev sahibliyi etməsi tarixi hadisədir. Ölkəmizə dünyanın verdiyi əhəmiyyətin, eyni zamanda göstərdiyi etimadın göstəricisidir. Zirvə toplantısında müasir dövrün çağırışlarına uyğun olaraq dünyada təhlükəsizliyin, əməkdaşlığın genişləndirilməsi, beynəlxalq sülhün inkişaf etdirilməsi istiqamətində müzakirələr aparılacaq. Bizim üçün isə ən önəmli məqam uzun illər ərzində ərazilərimizin işğal altında qalması və BMT Təhlükəsizlik Şurasının Azərbaycan haqqında qəbul olunmuş qətnamələrin həyata keçirilməsidir. Düşünürəm ki, bununla bağlı məsələləri Zirvə Görüşündə yenidən gündəmə gətirmək imkanı əldə edəcəyik. Yəni, bütün dünyaya bir daha bəyan edəcəyik ki, Azərbaycanın ərazi bütövlüyü təmin olunmalı, beynəlxalq hüquqa uyğun şəkildə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi öz həllini tapmalıdır. Bu həm bizim üçün Dağlıq Qarabağla bağlı problemimizin həll edilməsi istiqamətində bir platformadır, həm də bütün dünyanın gözü Bakıda olacaqdır”.
Parlament üzvü vurğulayıb ki, hər bir ölkənin televiziya kanallarında, xəbərlərində Azərbaycan haqqında müzakirələr aparılacaq və dövlətimiz bir daha dünya tərəfindən tanınacaq:
“Dünya tərəfindən tanınmaq isə ölkəmizin turizm potensialının inkişaf etməsinə böyük töhfə vermiş olacaq. Dünyanın diqqətinin Azərbaycanda olması və ölkə iqtisadiyyatımızla maraqlanmaları Azərbaycana gələcək sərmayələri artıra bilər. Azərbaycanla yeni iqtisadi əməkdaşlıq qurmaq istəyən ölkələrin sayı çoxala bilər. Qoşulmama Hərəkatının Zirvə görüşünün Azərbaycanda keçirilməsi ölkəmiz üçün də böyük əhəmiyyətə malikdir. Bununla dünya Azərbaycanın böyük tədbirlərə ev sahibliyi etmək bacarığını, eyni zamanda ərazisinə görə kiçik ölkə olsa da iqtisadi gücü, siyasi sabitlik baxımından dünya üçün nümunə ölkə olduğunu bir daha görəcək. Prezidentin çıxışında bildirdiyi kimi, Azərbaycan demokratiya yolunda irəliləyir. Fundamental hüquq və azadlıqlar təmin olunur. Bu yolda irəliləmək Azərbaycanın şüurlu seçimidir. Dünya qanunun aliliyini, medianın azadlığının qorunmasını Azərbaycanın timsalında görür”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə