Deputat: “Jirinovski və onun kimiləri yeni reallığı qəbul edə bilmir”
09:30 01.08.2021
Siyasət
825
“Rusiya parlamentinin deputatı, həmişə öz sərsəm açıqlamaları ilə gündəmi zəbt etməyə çalışan Vladimir Jirinovski yenə də məntiqsiz, savadsız açıqlaması ilə yadda qalır”.
Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Məclisinin deputatı, “Qarabağa dönüş” İctimai Birliyinin sədri Tural Gəncəliyev bildirib.
T.Gəncəliyev qeyd edib ki, Jirinovski Rusiya mediasına verdiyi açıqlama ilə Azərbaycana və ölkəmizin rəhbərliyinə qarşı qəbuledilməz fikirlər səsləndirib:
“Mən Xankəndi millət vəkili və bir Qarabağ sakini olaraq Jirnovskinin bu sərsəm açıqlamasını qəti şəkildə pisləyirəm. Bu açıqlama bir daha onu göstərir ki, Rusiya daxilində bəzi şovinist qüvvələr hələ də 44 günlük müharibədən sonra Azərbaycan Ali Baş Komandanının rəhbərliyi ilə əldə edilən qələbə ilə əlaqədar yeni reallığı qəbul edə bilmirlər. Jirinovski və onun kimilərinin etdikləri Azərbaycan-Rusiya arasında olan dostluq münasibətlərinə xələl gətirmək məqsədi güdürlər. Çünki bu insanlar regionda daimi sülhün, stabilliyin, qonşular arasında münasibətlərin bərqərar olmasını istəmirlər”.
Deputat deyir ki, Jirnovskinin müsahibəsində də məhz bu xətti aydın sezirik:
“Bir daha bildirmək istəyirəm ki, biz torpaqlarımızı Ali Baş Komandanının rəhbərliyi altında düşmən tapdağından azad etmişik, Ermənistan ordusunun darmadağın olmasının şahidi olmuşuq. Ona görə də Jurinovski və onun kimiləri istəsələr də, istəməsələr də bu reallığı qəbul etməlidir. Başqa bir yol yoxdur. Biz Jirinovski kimilərinin fikirlərini rədd edirik, onları qınayırıq və bunun Azərbaycan-Rusiya münasibətlərinə də xələl gətirə bilməyəcəyini qeyd edirik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Speys TV ilə bağlı yayılan məlumatlara reaksiya
23:13 29.07.2026
Media
Əhməd Davudoğlu siyasətdən getdiyini açıqlayıb
22:34 29.07.2026
Gündəm
"Lobbilər ABŞ-Türkiyə münasibətlərini hədəfə alıb" - Ali Satan
21:33 29.07.2026
Gündəm
İran Ukraynaya cavab versə, böyük diplomatik səhv olar - Politoloq
21:18 29.07.2026
Gündəm
Qazaxıstan və ABŞ strateji tərəfdaşlığı müzakirə edib
21:05 29.07.2026
Dünya
Ukrayna Rusiya ərazilərinə bu yolla zərbələr endirib - FT
20:53 29.07.2026
Dünya
Azərbaycan Peru Prezidentinin andiçmə mərasimində təmsil olunub
20:22 29.07.2026
Siyasət
Esmira Cəfərova Macarıstana səfir təyin edilib
20:09 29.07.2026
Rəsmi
Brahim Diaz "Milan"a qayıda bilər
20:02 29.07.2026
Futbol
AKP 25 illik yubiley loqosunu təqdim etdi
19:25 29.07.2026
Gündəm
ABŞ-nin neft ehtiyatları 7,2 milyon barel azalıb
19:15 29.07.2026
İqtisadiyyat
İran KİV: ABŞ-Səudiyyə zərbələri nəticəsində 4 SEPAH hərbçisi ölüb
19:07 29.07.2026
Dünya
İstanbulda rus turisti küçədə təqib edən şəxs saxlanıldı
18:58 29.07.2026
Hadisə
Netanyahu Zelenski ilə görüşdən imtina etdi
18:40 29.07.2026
Dünya