Deputatdan Rusiya baş prokuroruna sual: “Nə üçün görüşlərdə...”
Banuçiçək Kalbalıyeva
12:01 09.04.2021
Siyasət
957
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnovu qəbul edib. “Sherg.az” xəbər verir ki, görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi qeyd olunub.
Bildirilib ki, ölkələrimizin prokurorluq orqanları arasında həyata keçirilən qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrimizin genişlənməsi işinə töhfə verməklə bərabər, ölkələrimiz qarşısında duran təhdidlər, müasir çağırışlar, cinayətkarlığa qarşı mübarizə işində mühüm rol oynayır.
Söhbət zamanı əməkdaşlığımızın bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub, perspektiv məsələlər müzakirə edilib.
Millət vəkili Elman Məmmədov gündəmə gətirilmiş məqamlarla bağlı fikirlərini “Sherg.az”la bölüşdü:
“ Hər halda İqor Krasnov Rusiyanın yüksək vəzifəli şəxslərindəndir. Odur ki, hüquqi müstəvidə aydınlıq gətirilməli bir sıra məqamlar var. Onlar arasında “İsgəndər-M” raketi ilə bağlı müəmma, sülhməramlıların ermənilərin himayədarı kimi fəaliyyəti xüsusi yer tutur. Həmçinin qondarma respublikada Azərbaycanın cinayətkar elan etdiyi şəxslərin həbsi məsələsinin müzakirə obyekti olmasını arzu edərdim. Bilirsiniz ki, Rusiya 1991-ci ilin payızında yaradılmış qeyri-qanuni, qondarma respublikanı tanımır. Elə isə niyə rus hərbçiləri oradakı ermənilərə humanitar yardım göstərir? Nə üçün görüşlərdə Rusiya bayrağı ilə yanaşı qondarma respublikanın da bayrağı masa üzərinə qoyulur?! Fikrimcə, bu məsələlər həllini tapmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə