
"Donbasda müharibə qaçılmaz görünür"
Yusif Nəzərli
10:58 29.10.2021
Siyasət
590
Məhəmməd Əsədullazadə: "Müharibə başlayacaqsa, Ukraynanın hərbi əməliyyatlarını NATO zabitləri idarə edəcək"
“Ukraynanın Donbasda separatçıların mövqelərinə "Bayraktar"ların hücum etməsi və qarşılıqlı artilleriya döyüşləri danışıqların dalana dirənməsinə gətirib və Moskvanın güzəştsiz mövqeyinin təcəssümüdür”. Bu barədə politoloq Məhəmməd Əsədullazadə deyib. Analitik bildirib ki, Ukrayna və Rusiya arasında demək olar ki, danışıqlar baş tutmur və "Normand" formatı, yalnız atəşkəsin saxlanmasına hesablanıb. Bu da Ukraynanın maraqlarına cavab vermir:

“Ukraynaya ABŞ-ın dəstəyi, NATO-nun fəallaşması, həmçinin Rusiyanın Qara dənizdə hərbi donanmasını inkişaf etdirməsi ABŞ başda olmaqla NATO -nu hərəkətə gətirib. Rusiya hazırda genişmiqyaslı müharibədə maraqlı deyil. Əgər genişmiqyaslı müharibə baş verərsə, Ukrayna ordusu separatçılar üzərində tam qələbə əldə edə bilər. Hazırda Ukrayna ordusunun döyüş qabiliyyəti yüksək səviyyədədir və arsenalında "Leta"l silahlarla təchiz edilib”.
Siyasi şərhçiyə görə, müharibə başlayacaqsa, Ukraynanın hərbi əməliyyatlarını NATO zabitləri idarə edəcək:
“Ukrayna ordusunun yuxarı eşalonunda Rusiya ilə məxfi əməkdaşlıq edən xeyli zabitin olması istisna deyil. Qeyd edim ki, Ukrayna Prezidenti Zelenski də müharibənin başlamasında maraqlıdır və Vaşinqton da prosesə dəstək verir.
Regionda elə bir düyün formalaşıb ki, o düyünü açmaq üçün Donbasda müharibə qaçılmaz görünür. Ukraynaya Rusiya müdaxilə edərsə, Əfqanıstandan Tacikistana müdaxilə olacaq. Həm də Suriyada vəziyyət mürəkkəbləşəcək. Ona görə də Rusiya üçün indiki halda müharibə əlverişsizdi. Amma geosiyasi reallıq Donbas müharibəsini labüd edir.
Ukrayna bu müharibədə siyasi-hərbi qalibiyyət əldə edə bilər. Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıyır və Türkiyə də bu müharibədə Ukraynanın yanında yer alır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil
Zelenskidən Paşinyana təklif - KİYEVDƏ KEÇİRİLSİN
21:45 04.05.2026
Gündəm
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
21:36 04.05.2026
Futbol
Rusiya 8–9 may tarixlərində atəşkəs elan edib
21:34 04.05.2026
Dünya
"Space" TV-nin yeni rəhbəri: Hədəfimiz böyükdür
21:30 04.05.2026
Gündəm
Şəhidin "Vətən uğrunda" medalı İmişlidə ailəsinə təqdim edilib
21:27 04.05.2026
Cəmiyyət
BƏƏ-də raket təhlükəsi elan edildi
21:10 04.05.2026
Dünya
Türkiyədən on il ərzində 1 407 568 suriyalı geri qayıdıb
20:57 04.05.2026
Region
“Çelsi” öz meydanında məğlub olub
20:44 04.05.2026
Futbol
Paşinyan Cənubi Kiprin prezidenti ilə TRIPP-i müzakirə etdi
20:30 04.05.2026
Dünya