Dünya artıq çoxqütblü böhrana daxil olub - TƏHLİL
Yusif Nəzərli
23:38 04.12.2024
Siyasət
461
Cənubi Koreya ilə Şimali Koreya arasındakı son gərginliklər də bunu göstərir
“İndidən görünür ki, İngiltərə və ABŞ-nin dominant rolu zəifləyir, Çin, Türkiyə və digər regional güclər yeni dövrün əsas oyunçuları kimi ortaya çıxır”
Cənubi Koreyada iqtidar-müxalifət qarşıdurması yaşanır. Parlamentin impiçment müzakirəsinin subyekti olan Prezident Yun Sok Yol silahlı qüvvələrin köməyi ilə parlamentin fəaliyyətini dayandırmağa çalışır. Parlament isə hazırda müxalifətin nəzarətindədir.
“Yonhap” agentliyinin məlumatında qeyd edilib ki, iqtidar müxalifəti Şimali Koreyaya dəstək göstərdiyi iddiası ilə ölkədə hərbi vəziyyət elan edib. Prezident isə azad ölkəni yenidən quracağını, hərbi vəziyyət vasitəsilə Şimali Koreya tərəfdarlarına qarşı mübarizə aparacağını bildirib.
O, ölkə müxalifətini parlamentə nəzarəti ələ keçirməkdə, hökumətin fəaliyyətini və ümumilikdə dövlət idarəçiliyini iflic etməkdə, o cümlədən Şimali Koreyaya açıq-aşkar rəğbət bəsləməkdə günahlandırıb.
Cənubi Koreya lideri bu qərarı həm də Konstitusiya quruluşunun müdafiəsi üçün zəruri addım adlandırıb. Xalq isə hərbi vəziyyətə etiraz edərək küçələrə axın edib. Onlar bu qərarın mənasız olduğunu düşünürlər. Güman edirlər ki, bu iddia ilə iqtidar parlamenti müxalifətdən təmizləməyə çalışır.
Etirazlardan sonra Cənubi Koreya Prezidenti Yun Sok Yol ölkədə tətbiq edilmiş hərbi vəziyyəti ləğv edib. Qərar bölgədə gərginliyin azalması və hərbi təhlükələrin neytrallaşdırılması fonunda verilib. Prezident Yun Sok Yol bununla əlaqədar olaraq hökumət strukturlarına normal fəaliyyətə qayıtmaq göstərişi verib.
Siyasi şərhçi Zəfər Əliyev “Sherg.az” açıqlamasında deyib ki, Cənubi Koreyada ordu hazırda iqtidarın əlində olduğu üçün istədiklərinə nail olmaq daha asandır. Lakin xalq izdihamı mütləq təsirini göstərəcək. Bu hadisədən sonra Şimal və Cənub arasında münasibətlərin normallaşmasının artıq çətin olduğunu vurğulayan siyasi şərhçi deyib ki, Cənubi Koreya ilə Şimali Koreya arasındakı son gərginliklər dünyanın artıq çoxqütblü böhrana daxil olduğunu göstərir: “Uzun illər ərzində hər iki ölkə arasında münaqişə müəyyən "sabit böhran" səviyyəsində qalsa da, hazırkı vəziyyətin daha dinamik olması xüsusi diqqət çəkir. Bu gərginliklər bir neçə səbəbə əsaslanır ki, onlardan biri də regional iddiaların güclənməsidir. Şimali Koreya öz nüvə və ballistik raket proqramlarını sürətləndirib. Bu, Cənubi Koreyanı və müttəfiqlərini daha aqressiv hərbi strategiya qəbul etməyə vadar edir. Digər səbəb isə qlobal əlaqə nöqtələrinin yaranmasıdır.
Dünyanın müxtəlif bölgələrində oxşar böhranlar (Rusiya-Ukrayna müharibəsi, Fələstin-İsrail münaqişəsi, Çin-Tayvan məsələsi) böyük güclərin diqqətini yayındıraraq yerli liderləri daha müstəqil addımlar atmağa həvəsləndirir”.
Üçüncü nüans olaraq yeni geosiyasi dizaynın tələblərinə toxunan Z.Əliyev qeyd edib ki, tarixən İngiltərə və ABŞ-nin cızdığı qlobal sərhədlər müasir dövrdə problemləri həll etməkdə çətinlik çəkir: “Dünya artıq yeni siyasi və iqtisadi qütblər formalaşdırır. Çinin "Bir kəmər, bir yol" layihəsi, Rusiyanın enerji siyasəti, İsrailin Vəd edilmiş torpaqlar məsələsi (Arzı-Mevud) və Hindistanın yüksəlişi yeni qlobal xəritənin qaçılmaz olduğunu göstərir. Bu "xəritəni" kimin cızacağı sualı isə naməlumdur. Yəqin ki, gələcək münaqişələrdən qalib çıxan, resurslara və texnoloji inkişafa nəzarət edən ölkələr bu prosesdə əsas söz sahibi olacaq. Ancaq indidən görünür ki, İngiltərə və ABŞ-nin dominant rolu zəifləyir, Çin, Türkiyə və digər regional güclər yeni dövrün əsas oyunçuları kimi ortaya çıxır. Hər kəs Trampın hakimiyyətə gəlməsini böyük ümidlə gözləyir, lakin zənnimcə, Tramp belə hakimiyyətə gəlsə, artıq qlobal sülhü bərqərar edə bilmək iqtidarında olmayacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu Trampla İrana hücumların bərpasını müzakirə etdi
22:20 13.10.2026
Gündəm
Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı
22:02 13.10.2026
Futbol
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət
İqtisadi Şuranın növbəti iclası oldu
18:27 13.10.2026
İqtisadiyyat
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
18:12 13.10.2026
Siyasət