Əziz Əlibəyli: “Azərbaycanla Türkiyənin indi bir-birinə daha çox ehtiyacı var”
Əziz Əlibəyli: “İslam dünyası ilə əməkdaşlıq artıq zərurətə çevrilir”
Şuşa Bəyannaməsi nə qədər doğru addım olduğunu bir daha təsdiqləyir
TDT Azərbaycanın regional güc kimi mövqeyini möhkəmləndirir
Müasir beynəlxalq münasibətlər sistemində qlobal və regional proseslərin sürətlə dəyişməsi dövlətlər qarşısında yeni çağırışlar və imkanlar yaradır. Belə bir şəraitdə ölkələrin yalnız öz milli imkanlarına deyil, həm də qarşılıqlı əməkdaşlığa, həmrəyliyə və strateji tərəfdaşlığa əsaslanması xüsusi əhəmiyyət kəsb edir. Xüsusilə ortaq tarixi, mədəni və mənəvi dəyərləri bölüşən xalqların və dövlətlərin birliyi onların beynəlxalq müstəvidə mövqelərinin daha da möhkəmlənməsinə şərait yarada bilər. Azərbaycan son illərdə Türk dünyası ilə əlaqələrin inkişafına, Qafqazda əməkdaşlığın və sabitliyin möhkəmləndirilməsinə, eləcə də İslam ölkələri ilə münasibətlərin genişləndirilməsinə xüsusi diqqət yetirir. Bu yanaşma təkcə siyasi və iqtisadi əməkdaşlığı deyil, həm də qarşılıqlı dəstək, təhlükəsizlik və ədalətli beynəlxalq münasibətlərin formalaşdırılması istiqamətində birgə fəaliyyətin əhəmiyyətini ön plana çıxarır.
Prezident İlham Əliyevin Bakıda beynəlxalq konfransların iştirakçıları ilə görüşündə səsləndirdiyi fikirlər də bu baxımdan diqqət çəkir. Dövlət başçısı birliyin ayrı-ayrılıqda qarşılaşılan çətinliklərin öhdəsindən gəlməkdə və ümumi maraqların qorunmasında mühüm amil olduğunu vurğulayıb. Onun fikirlərində Türk dünyası, Qafqaz və İslam aləminin həmrəyliyinin yalnız regional deyil, daha geniş siyasi və geosiyasi əhəmiyyət daşıdığı ideyası öz əksini tapır. Bu yanaşma Azərbaycanın xarici siyasətində əməkdaşlıq və həmrəyliyin prioritet istiqamətlərdən biri olduğunu bir daha nümayiş etdirir.
Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli Sherg.az-a bildirib ki, Azərbaycanla Türkiyənin indi biri-birinə daha çox ehtiyacı var:

“Dünyada baş verənlər Şuşa bəyannaməsinin imzalanmasının nə qədər doğru bir addım okduğunu bir daha təsdiq edir. Gedişat göstərir ki, regionumuzun şimalı da cənubu da müharibə altındadır və proseslər məcrasından çıxır. Ona görə də Azərbaycan regional güc kimi, orta dəhliz rolunda özünü, qüdrətini əldə etdiyi enerjisini daha böyük güc mərəkəzi olmağa sərf etməlidir. Bu isə Türkiyəsiz mümkün deyil. O, baxımdan TDT burada mühim bir rol oynayır. Həmçinin dünyadakı bəzi məsələlər ayrıseçkiliyə səbəb olur. Yəni Qərbdə baş verənlər, xristian dünyasında yaşanan islamafobiya və Azərbaycana qarşı mövqelərin formalaşması İslam dünyası ilə əməkdaşlığı zəruri edir. Yəni artıq çoxtərəfli qütbləşmə prosesi dövlətlərin xarici siyasət seçiminlərinə birbaşa təsir göstərir. Bu Azərbaycanın da xarici siyasətində ön plana çıxmaqdadır”.