Əli Əhmədov: Azərbaycanda maraqlı dairələrin sifarişi ilə xaos yaratmaq niyyəti aydın görünür
11:40 20.10.2019
Siyasət
621
Oktyabr ayının 19-da Bakıda qeyri-qanuni küçə yürüşü keçirmək, asayişi pozmaq, qarşıdurma yaratmaq cəhdləri və sosial şəbəkələr üzərindən anti-konstitusion çağırışları destruktiv qrupların fəaliyyətinin açıq təxribatlar törətmək müstəvisinə keçməsindən xəbər verir. Trend-in məlumatına görə, bunu Baş nazirin müavini, YAP Sədrinin müavini - icra katibi Əli Əhmədov deyib.
Ə.Əhmədov bildirib ki, küçə yürüşünün icazəsiz və adətən insanların gur olduğu yerlərdə keçirilməsi məqsədli şəkildə insanların rahatlığını pozmaq, onlarda narazılıq yaratmaq və bu zəmində ictimai sabitliyin üzərində kölgə salmaq niyyəti güdür:
"Diqqəti çəkən həm də odur ki, bütün bu qanunsuz hərəkətlər Prezident İlham Əliyevin Soçidə Valday beynəlxalq diskussiya klubunda və Aşqabadda MDB dövlət və hökumət başçılarının növbəti toplantısında Qarabağ münaqişəsilə bağlı insanlarda böyük ruh yüksəkliyi yaratmış çıxışlarından, habelə cari ilin 9 ayının yekunlarına həsr edilmiş müşavirədə daxili siyasətlə əlaqədar səsləndirdiyi ədalətli və sərt bəyanatlarından az sonraya təsadüf edir. Yəqin ki, Azərbaycanın inkişafını gözü götürməyənlər, xalqın ruh yüksəkliyinin artmasından xafa düşən xarici dairələr və daxildəki destruktiv qruplar birbaşa təxribat törətmək qərarına gəliblər".
Ə.Əhmədov bildirib ki, razılaşdırılmamış, deməli icazəsiz küçə yürüşləri, vətəndaş itaətsizliyinə çağırışlar aksiyaların təşkilatçısı olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının qanun müstəvisindən məqsədyönlü şəkildə kənara çıxdığını sübuta yetirir. YAP Sədrinin müavini qeyd edib ki, Azərbaycanda maraqlı dairələrin sifarişi ilə sabitliyi pozmaq, xaos yaratmaq niyyəti aydın görünür: "Destruktivlərə və onların açıq və gizli havadarlarına çirkin niyyətlərini həyata keçirməyə, ölkənin 1990-cı illərin əvvəllərində yaşadığımız müsibətləri yenidən yaşamasına imkan verilə bilməz və verilməməlidir.
Dövlət və onun müvafiq orqanları ölkədəki sabitliyi qorumağa qadirdir və ötən gün onu bir daha əyani şəkildə nümayiş etdirdi. İnanıram ki, törədilən təxribatlara və anti-kostitusion çağırışlara lazımi hüquqi qiymət veriləcək. Eyni zamanda onu da aydın şəkildə müşahidə etdik ki, xalq destruktivləri və onların yerinə yetirmək istədikləri çirkin sifarişləri qətiyyətlə pisləyir. İnsanlarımız ölkəmizdəki inkişafı və rahat həyatı yüksək qiymətləndirir. İndi hamının Prezident İlham Əliyevin ətrafında əvvəlkindən daha sıx birləşməsi zamanıdır. Təxribata və təxribatçılara ən tutarlı cavab bu ola bilər. Bütün vətəndaşları qətiyyətli olmağa, dövlətimizi və rahat həyatımızın keşiyində möhkəm dayanmağa səsləyirəm.
Gəlin birlikdə Azərbaycanı qoruyaq!"
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Meloni Ermənistanla bağlı yeni təklif verdi
13:57 03.08.2026
Dünya
Fələstinin Azərbaycandakı səfirliyinə maliyyə yardımı göstəriləcək
13:35 03.08.2026
Gündəm
Ukrayna ordusu əks-hücuma keçdi, Rusiyanın planı pozuldu
13:23 03.08.2026
Dünya
Ömər Çelik: Ərdoğanı diktatorla müqayisə etmək...
13:16 03.08.2026
Gündəm
Azərbaycan XİN Pakistana başsağlığı verib
13:08 03.08.2026
Gündəm
Qubada maşın aşıb, 3 nəfər xəsarət alıb
12:57 03.08.2026
Hadisə
Puşilin: Nikolayevkanın kənarında şiddətli döyüşlər gedir
12:27 03.08.2026
Gündəm
Kart limiti vətəndaşı yenidən nağd pula qaytara bilər - EKSPERT
12:24 03.08.2026
Aktual
Bakıda 4 yaşlı uşaq 13-cü mərtəbədən yıxılaraq ölüb
12:04 03.08.2026
Hadisə
Ağdərədə mina partlaması nəticəsində iki nəfər xəsarət alıb
11:19 03.08.2026
Hadisə
Bakıda küçələrdən birinə Elçin Əfəndiyevin adı verilib
11:04 03.08.2026
Mədəniyyət
Krıma PUA hücumu: Üç nəfər həlak olub
11:04 03.08.2026
Gündəm
Yapon alim izah edib ki, niyə ev pişiyi ilə danışmaq lazımdır
09:45 03.08.2026
Maraqlı