Əli Əsədov Serbiya XİN rəhbəri ilə görüşdü
18:09 02.09.2024
Siyasət
431
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov sentyabrın 2-də Serbiya Respublikasının xarici işlər naziri Marko Curiçlə görüşüb.
“Sherg.az” xəbər verir ki, görüşdə yüksək inkişaf dinamikası ilə seçilən Azərbaycan-Serbiya əlaqələrinin dostluq və strateji tərəfdaşlıq xarakteri daşıdığı məmnunluqla qeyd olunub.
İkitərəfli münasibətlərin möhkəmləndirilməsi və bugünkü yüksək səviyyəyə çatmasında dövlət başçılarının rolu xüsusi vurğulanıb.
Azərbaycan və Serbiyanın beynəlxalq təşkilatlar çərçivəsində, xüsusilə ərazi bütövlüyü və suverenlik məsələlərində qarşılıqlı dəstəyi yüksək qiymətləndirilib.
İki ölkə arasında bir çox istiqamətlərdə, xüsusilə ticarət-iqtisadi, investisiya, neft-qaz, sənaye sahələrində səmərəli əməkdaşlığın həyata keçirildiyi bildirilib.
Görüşdə Azərbaycan ilə Serbiya arasında ticarət dövriyyəsinin və qarşılıqlı investisiyaların artırılması, nəqliyyat-tranzit, bərpaolunan enerji, humanitar və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Lukaşenko Rusiyaya səfər etdi
19:10 27.08.2026
Dünya
Ərdoğan Tokayevlə danışdı
18:59 27.08.2026
Gündəm
Skott Bessent İranı maliyyə resurslarını xalqa ayırmağa çağırıb
18:35 27.08.2026
Dünya
Planetin ən çox istehlak olunan əti…
18:18 27.08.2026
Maraqlı
“Kərkinin Azərbaycana qaytarılması mümkündür” - Ədalət Verdiyev
17:49 27.08.2026
Aktual
Qazaxıstan Qəzzada qoşun yerləşdirəcək
17:47 27.08.2026
Aktual
600-dən çox bal toplayan 30 abituriyent qəbul olunmadı
17:40 27.08.2026
Elm və Təhsil
Ağ Ev: Hazırda İranla danışıqlar aparılmır
17:25 27.08.2026
Dünya
“Bosniya qəssabı” Ratko Mladiç ölüb
17:18 27.08.2026
Gündəm
“Qarabağ”- “Tvente” oyunundan əvvəl fan zona təşkil olunacaq
17:06 27.08.2026
Cəmiyyət
Qaluzin: ABŞ-nin Ukrayna ilə bağlı mövqeyi dəyişib
16:40 27.08.2026
Dünya
Paşinyan: Ermənilər SSRİ-ni unudurlar
16:30 27.08.2026
Gündəm
"Balıqçılıq haqqında" qanun qüvvəyə minib
16:07 27.08.2026
Futbol
Rusiya edam cəzası verilən Bəşər Əsədi Suriyaya qaytrarır?
16:01 27.08.2026
Dünya