Ərdoğan Bakıya gəlir: “Ciddi siyasi əhəmiyyəti var” – Pərdəarxası
Banuçiçək Kalbalıyeva
12:30 19.03.2021
Siyasət
2334
“Regiondakı ortaq maraqları təmin etməkdən ötrü də koordinasiyalı davranış şərtdir”
Türkiyənin Kənd təsərrüfatı və Meşəçilik naziri Bəkir Pakdəmirli Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfəri zamanı Prezidenti Rəcəb Tayyib Ərdoğanın yaxın zamanlarda Azərbaycana gələcəyini deyib. O, həmçinin işğaldan azad olunmuş bölgələrdə aqrar sahənin inkişafı üçün Türkiyənin bütün istiqamətlərdə Azərbaycana dəstək verəcəyini, Azərbaycanın bütün istəklərini Türkiyənin yerinə yetirəcəyini qeyd edib. Əlbəttə, bu, iki qardaş arasındakı dostluğun növbəti təzahürüdür.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, keçmiş millət vəkili Fərəc Quliyev “Sherg.az”a açıqlamasında səfərin əhəmiyyətini yüksək qiymətləndirdi:
“Türkiyəni xarici siyasətində Azərbaycanın xüsusi yeri var. Prezident Ərdoğan başda olmaqla müxtəlif rəsmi şəxslər ayrı-ayrı görüşlərdə Qarabağ məsələsini həmişə qabardırlar.
Rəsmi Ankara müharibə dövründə daim bizə diplomatik dəstək verdi.
Ümumiyyətlə, Türkiyənin xarici siyasətində Azərbaycanın müstəsna yer tutmasının birinci səbəbi bizim qardaş dövlətlər olmağımızdırsa, ikincisi, regiondakı ortaq maraqlardır.
Bu ortaq maraqları təmin etməkdən ötrü də koordinasiyalı davranış şərtdir.
Əlbəttə, Ərdoğan Azərbaycana qonaq kimi gəlmir. Bura həm də onun evidir. Amma səfərin çox ciddi siyasi əhəmiyyəti var”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xalq artisti Şükufə Yusupova xəstəxanadan evə buraxılıb
14:45 17.09.2026
Mədəniyyət
Vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
14:25 17.09.2026
Sağlamlıq
Paşinyan rus dili kursuna gedir
13:06 17.09.2026
Region
Prezident və birinci xanım Şamaxı rayonuna səfər ediblər
13:05 17.09.2026
Gündəm
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
13:02 17.09.2026
Aktual
Tacir Şahmalıoğlu tanınmaz halda - Foto
11:55 17.09.2026
Şou
Rusiyada ayı giləmeyvə yığan iki kişini parçalayıb
11:37 17.09.2026
Hadisə
Putinlə Zelenski bir-birinə nifrət edir - Tramp
11:09 17.09.2026
Dünya
Bu il neçə üçəm doğulub?
10:57 17.09.2026
Cəmiyyət