Ermənilər hansı dövlətin qurbanlıq qoyunudur? – “Ünvan bəllidir: Rusiya”
Yusif Nəzərli
15:48 14.04.2022
Siyasət
890
Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağdan danışıb.
O qeyd edib:
“Erməni xalqını qurbanlıq qoyun statusundan çıxarmaq lazımdır”.
Baş nazirin sözlərinə görə, Ermənistan hökuməti müharibəni dayandırmağa çalışmadığı üçün tənqid edilir, lakin bu, belə deyil.
N.Paşinyan qeyd edib ki, əsas döyüşlər Şuşa uğrunda gedib:
“Şuşa olmadan müharibəni dayandırmaq və ya qarşısını almaq mümkün deyildi. Bu, sadəcə olaraq mümkünsüz idi. Mən bu barədə dəfələrlə demişəm”.
“İfadəmə görə üzr istəyirəm, biz yol açırıq ki, xalqımızı qurbanlıq qoyun statusundan çıxaraq... Müharibə olub-olmayacağına qərar verməmişik, heç nəyə qərar verməmişik. Bu gün mən deyirəm ki, Ermənistan suveren ölkədir və nəyisə həll etmək hüququnu özümüzə qaytarmalıyıq. Çünki biz bir ölkəyik, axur yox. Müxtəlif yerlərdə bizi neçə dəfə və necə kəsəcəklərinə və ya bağışlayacaqlarına qərar verəcəkləri qurbanlıq qoyun deyilik, vətəndaşıq”, - deyə Paşinyan bildirib.
“Sherg.az” xəbər verir ki, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, polotoloq Elxan Şahinoğlu N.Paşinyanın açıqlamasına münasibət bildirib:
“Ermənistanın baş naziri N.Paşinyan arda-arda ikinci gündür ki, öz cəmiyyətinə reallıqları anlatmağa çalışır. O, dünən Qarabağın “müstəqil” olmayacağını, yalnız Azərbaycanın deyil, beynəlxalq aləmin də buna imkan verməyəcəyini səsləndirib. Lakin N.Paşinyan parlamentin bugünkü iclasında “erməni xalqını qurbanlıq qoyun statusundan çıxarmaq lazımdır” ifadəsini işlədib. “Bu gün Ermənistanın müstəqil ölkə olduğunu və qərar vermək haqqının ölkəmizə qayıtması üçün çalışdığımızı deyirəm” deyə bildirən Paşinyan hansı dövlətin qurbanlıq qoyunu olduqlarını açıq deməyib. Ancaq ünvan bəllidir: Rusiya”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət
Trampa qarşı sui-qəsd təhlükəsi: "Mossad" xəbərdarlıq etdi
09:57 15.11.2026
Dünya
Yaponiyada 7 alma 626 dollara satıldı
09:41 15.11.2026
Maraqlı