Kənar qüvvə və diplomatik oyunçuların bölgəmizi qarışdırmaq cəhdlərinin qarşısı alınacaq
Ermənistan mesajlarını aldı
23:42 20.08.2024
Siyasət
400
Putinin Bakı səfərindən gözləntilər böyükdür
Kənar qüvvə və diplomatik oyunçuların bölgəmizi qarışdırmaq cəhdlərinin qarşısı alınacaq
Kənar qüvvə və diplomatik oyunçuların bölgəmizi qarışdırmaq cəhdlərinin qarşısı alınacaq
Azərbaycanla Rusiya arasındakı ikitərəfli münasibətlərin inkişafında yeni mərhələ müşahidə olunur. Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana dövlət səfərinin dünya mediasında geniş müzakirə edilməsi də məhz iki dövlət arasındakı münasibətlərin xüsusi xarakter daşıdığının göstəricisidir.
Sirr deyil ki, Qərbdən öncə uzun müddət Moskvanın forpostu olan Ermənistan rupor fəaliyyətinə görə Qarabağ münaqişəsinin həllini süni olaraq uzadır, Rusiyanın da dəstəyinə nail olurdu.
Azərbaycanı isə Rusiya ilə münasibətlərini normal məcrada davam etdirdiyinə və müstəqil diplomatik siyasət yürütdüyünə görə ittiham edənlər Zəfərdən sonra anladılar ki, Prezident İlham Əliyevin rasional və çoxvektorlu idarəçilik fəlsəfəsi tarixi qələbəmiz, hərtərəfli və diplomatik nailiyyətlərimizin təminatı rolunda çıxış edir.
Siyasi şərhçi Azər Niftiyevin də “Sherg.az"a dediyi kimi, Rusiya Prezidenti Vladimir Putinin Bakıya səfəri və səfər çərçivəsində əldə olunan razılaşmalar, Putin tərəfindən səsləndirilən bəyanatlar, Azərbaycanın regionun oazisinə çevrilməsi ilə bağlı fikirlər, onun Prezident İlham Əliyevin şəxsinə verdiyi xüsusi və yüksək diqqət bir daha təsdiq edir ki, Azərbaycan qüdrətli inkişaf yolundadır və bunu dünya liderləri də etiraf edirlər:
“Tolerantlıq səviyyəsi baxımından ən öndə gedən dövlətlərdən olan Azərbaycanda rus kilsələri də fəaliyyət göstərir. "Aleksandr Nevski", "Müqəddəs Məryəm məsum hamiləliyi şərəfinə", “Mixail-Arxangel”, "Müqəddəs möcüzəvi Nkolay" kilsələri multikultural dəyərlərə olan bağlılıq və sadiqliyimizin bariz göstəricisidir. Heç şübhəsiz, bu səfərdən gözləntilər böyükdür və problemlərin regional müstəvidə həlli, kənar qüvvə və diplomatik oyunçuların bölgəmizi qarışdırmaqla bağlı cəhdlərinin qarşısının alınması, Ermənistanla sülh danışıqlarının ikitərəfli bir formatda aparılması, milli mənafeyimizin təmini baxımından müstəsna əhəmiyyət kəsb edir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dünyada doğumun ən yüksək və ən aşağı olduğu ölkələr açıqlandı
02:49 10.07.2026
Maraqlı
Azərbaycan və Türkiyəyə bir daha təşəkkür edirəm
01:26 10.07.2026
Siyasət
Oyun planında narazılığım var idi - Qurbanov
01:04 10.07.2026
Futbol
Bayramovun “sensasion” bəyanatına İrəvandan cavab
23:08 09.07.2026
Cənubi Qafqaz
Əli Xameneinin dəfn mərasimi başladı - YENİLƏNDİ
21:54 09.07.2026
Gündəm
Son 20 ildə ilk dəfə Fələstində parlament seçkisi təyin edildi
21:25 09.07.2026
Dünya
Tramp Qalibafı ələ saldı: Bel ilə işlər görür!
21:13 09.07.2026
Gündəm
İsrail ordusu “İslam Cihadı”nın komandirini öldürüb
20:48 09.07.2026
Dünya
Kats: İsrail İrana qarşı hərbi əməliyyatı bərpa etməyə hazırdır
20:36 09.07.2026
Dünya
Dağıstanda fəlakət: Fövqəladə vəziyyət elan edildi
20:24 09.07.2026
Dünya
Müdafiə sənayesi naziri Səlcuq Bayraktarla görüşüb
20:12 09.07.2026
Siyasət
Mərakeş millisi Fransaya qarşı oyuna ciddi itki ilə çıxacaq
20:00 09.07.2026
Futbol
ABŞ yekun sülh sazişinə ev sahibliyi edə bilər - GÜNDƏM
19:48 09.07.2026
Gündəm