“Ancaq erməni nağılı artıq bitib və Cənubi Qafqazda yeni geosiyasi vəziyyət var. Bunu isə türklər diktə edəcək"
Ermənistan Qərbdən də əlini üzdü
Ermənistan Qərbdən də əlini üzdü
Yusif Nəzərli
14:09 26.09.2023
Siyasət
451
İrəvan son ümid olaraq Rusiyaya yenidən yönəlmək üçün üzr belə istəyə bilər
“Ancaq erməni nağılı artıq bitib və Cənubi Qafqazda yeni geosiyasi vəziyyət var. Bunu isə türklər diktə edəcək"
“Ancaq erməni nağılı artıq bitib və Cənubi Qafqazda yeni geosiyasi vəziyyət var. Bunu isə türklər diktə edəcək"
AB, ABŞ və bütün digər beynəlxalq qurumlar çoxsaylı bəyanatlara baxmayaraq, Qarabağ ermənilərinin hüquqlarını və təhlükəsizlik təminatlarını təmin edə bilmədilər.
Bunu Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan X səhifəsində yazıb.
“Bunlar vasitəçilik səyləri zamanı dəfələrlə bəyan etdilər ki, Qarabağ ermənilərinin hüquqları və bütövlüyü onlara ata-baba torpağında təhlükəsiz yaşamağa imkan verəcək beynəlxalq mexanizmlər çərçivəsində təmin edilməlidir”, - Marukyan bildirib.
Edmon Marukyanın fikirlərinə münasibət bildirən siyasi şərhçi Həşim Səhrablı "Sherg.az"a açıqlamasında deyib ki, Ermənistan tərəfindən ikibaşlı açıqlamaların verilməsi onların düşdüyü geosiyasi vəziyyətdən çıxış yolu axdardığından xəbər verir:
"Həmçinin "Dənizdən dənizə Ermənistan", "Böyük Ermənistan", "Ermənilər dünyanın ağasıdır" kimi şovinist məqsədlərini davam etdirməyə çalışırlar. Amma bu çıxışlar ermənilərin yolun sonuna gəldiklərini göstərir. Ona görə də gah Qərbə, gah da Rusiyaya meyil edirlər. Bununla özlərinə yeni havadar axtarırlar. Üzərindən 200 il keçdikdən sonra Rusiyanın ermənilərə verdiyi dəstəyin heç bir faydası olmadığını görürük. Qafqazın işğalı və Rusiya maraqlarının təmin olunması baxımından erməni kartı Şimal qonşumuz üçün bu günə qədər effektiv idi. Amma rəsmi Kreml də anlayır ki, Azərbaycan həmişəki kimi deyil. Həmçinin Cənubi Qafqazda isdədikləri kimi hərəkət edə bilməyəcəklər. Eyni zamanda Türkiyə də əvvəlki kimi zəif deyil. Bu regionda Rusiya öz maraqlarının tamamilə zədə almamasını istəyirsə, mütləq şəkildə Azərbaycan və Türkiyə ilə əməkdaşlıq etməlidir. Ermənistan perspektiv olaraq erməni varlığının Qafqazda heç bir əhəmiyyətə malik olmadığını anladı. Eyni zamanda Moskvadan əvvəlki dəstəyi ala bilməyəcəklərini də anlamış oldular. Buna görə də nəticə etibarilə ABŞ, Fransa və Qərb mərkəzində digər güclərə yönəlmişdilər. Amma bunun da şovinist məqsədlərinə kömək etmədiyini anladılar. Rusiya, Türkiyə və Azərbaycanın Qərb dairələrini Cənubi Qafqaza buraxmadığı təqdirdə onların bölgəyə təsir imkanları olmayacaq. Ermənistan tərəfi son ümid olaraq Rusiyaya yenidən yönəlmək üçün üzr belə istəyə bilər. Amma hansı tərəfdən dəstək almalarının mənası yoxdur. Erməni nağılı artıq bitib və Cənubi Qafqazda yeni geosiyasi vəziyyət var. Bunu isə türklər diktə edəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media
Türkiyədə 90-a yaxın qanunsuz miqrant saxlanıldı
18:10 01.11.2026
Region
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
17:53 01.11.2026
Hadisə
"Neftçi" "Şamaxı"nı məğlub etdi, liderliyə yüksəldi
16:58 01.11.2026
Futbol
İranda COVID-19-a yoluxma artır
16:42 01.11.2026
Sağlamlıq