
Ermənistan sülhə məcbur ediləcək - ŞƏRH
01:38 21.08.2024
Siyasət
480
Avropa İttifaqı təşviq və təzyiq vasitəsilə prosesi sürətləndirmək istəyir
Avropa İttifaqı (Aİ) noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində Azərbaycan hakimiyyətini Ermənistanla sülh sazişi imzalamağa çağırıb.
Bu barədə Brüsselin “EUobserver” portalı Avropa Komissiyasına (AK) istinadən məlumat yayıb.
“Davamlı və möhkəm sülhə doğru qətiyyətli addımlar atmağın vaxtı gəlib çatıb. Azərbaycan Ermənistanla sülh sazişi imzalamaq üçün COP29-un verəcəyi impulsdan istifadə etməlidir”, – nəşr AK nümayəndəsinin sözlərindən sitat gətirib.
Bununla belə, portalın Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndəsinə istinadən qeyd etdiyi kimi, “yaxın gələcəkdə sülh müqaviləsinin imzalanması üçün hələ də ciddi maneələr var, Aİ-nin vicdanlı vasitəçi kimi mövqeyi isə sarsılıb”.
XİN nümayəndəsi Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoymasının vacibliyini iki ölkə arasında əsl və davamlı sülh müqaviləsinin imzalanmasının zəruri şərti adlandırıb.
Aİ-nin çağırışını şərh edən politoloq Azər Rəşidoğlu isə “Sherg.az"a bildirib ki, Paşinyan hakimiyyəti Azərbaycanla sülh müqaviləsi imzalamağa maraqlı görünsə də, Ermənistan daxilindəki reallıqlar bunun qarşısını alır:

“Prosesin uzanması digər geosiyasi qüvvələrin regionda müharibənin yenidən alovlanmasına gətirib çıxaracaq təxribatçı hərəkətlərinin gerçəkləşməsinə şərait yarada bilər. Bu baxımdan, Qərb təşviq və təzyiq vasitəsilə prosesi sürətləndirmək istəyir. Bakı sülh danışıqları üzrə 5 baza prinsipini təklif edib və danışıqlarda həmin prinsiplər ətrafında müzakirələr aparılır. Azərbaycan Qarabağda yaşayıb oranı könüllü tərk etmiş ermənilərlə paralel Ermənistandakı ata-baba yurdlarından zorla qovulan Qərbi azərbaycanlı soydaşlarımızın öz yurdlarına eyni statusda qayıtmasını da artıq danışıqlar masasında müzakirə gündəliyinə daxil edib. Proses uzansa və ya sürətlənsə də, Azərbaycanın məsələ ətrafında çox aydın və milli maraqlarımıza cavab verən mövqeyi formalaşıb. Bu istiqamətdə Azərbaycanın hər hansı bir güzəştli addım atacağını düşünmürəm”.
Politoloqun fikrincə, Avropa İttifaqı öz mövqeyində qəti və ardıcıl olmalıdır. Həmçinin verilən vədləri yerinə yetirməli və Ermənistanın sülhə məcbur edilməsi aktuallıq kəsb etməlidir: “Burada Avropa İttifaqı enerji təhlükəsizliyi və Rusiya-Ukrayna müharibəsi fonunda yaranan qaz ehtiyaclarını ödəmək maraqlarını güdür. Lakin Azərbaycanın suveren hüquqlarının təmin olunması məsələsində bir problem yaradılmamalıdır. Bizim üçün ərazi bütövlüyü və suverenlik ən ali prinsiplərdir. Avropa İttifaqı öz vasitəçilik missiyasını davam etdirmək niyyətini güdürsə, Ermənistanı mütləq sülhə vadar etməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dünyada doğumun ən yüksək və ən aşağı olduğu ölkələr açıqlandı
02:49 10.07.2026
Maraqlı
Azərbaycan və Türkiyəyə bir daha təşəkkür edirəm
01:26 10.07.2026
Siyasət
Oyun planında narazılığım var idi - Qurbanov
01:04 10.07.2026
Futbol
Bayramovun “sensasion” bəyanatına İrəvandan cavab
23:08 09.07.2026
Cənubi Qafqaz
Əli Xameneinin dəfn mərasimi başladı - YENİLƏNDİ
21:54 09.07.2026
Gündəm
Son 20 ildə ilk dəfə Fələstində parlament seçkisi təyin edildi
21:25 09.07.2026
Dünya
Tramp Qalibafı ələ saldı: Bel ilə işlər görür!
21:13 09.07.2026
Gündəm
İsrail ordusu “İslam Cihadı”nın komandirini öldürüb
20:48 09.07.2026
Dünya
Kats: İsrail İrana qarşı hərbi əməliyyatı bərpa etməyə hazırdır
20:36 09.07.2026
Dünya
Dağıstanda fəlakət: Fövqəladə vəziyyət elan edildi
20:24 09.07.2026
Dünya
Müdafiə sənayesi naziri Səlcuq Bayraktarla görüşüb
20:12 09.07.2026
Siyasət
Mərakeş millisi Fransaya qarşı oyuna ciddi itki ilə çıxacaq
20:00 09.07.2026
Futbol
ABŞ yekun sülh sazişinə ev sahibliyi edə bilər - GÜNDƏM
19:48 09.07.2026
Gündəm