
Ermənistan yolunu 90 dərəcə dəyişib - ŞƏRH
02:13 08.09.2023
Siyasət
495
Rusiya tərəfi İrəvan hakimiyyətinə qarşı əməli addımlara keçə bilər
Ermənistan-ABŞ birgə hərbi təlimləri keçiriləcək. Təlimlər 11-20 sentyabrda Ermənistanda baş tutacaq. Qeyd olunub ki, birgə təlimlər beynəlxalq sülhməramlı missiyalarda iştiraka hazırlıq çərçivəsində keçiriləcək. Ermənistan-ABŞ təlimləri ilə bağlı xəbər Rusiya tərəfindən birmənalı qarşılanmayıb və narazılıq doğurub. Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov Ermənistan-ABŞ birgə hərbi təlimlərini şərh edərkən deyib ki, Ermənistan KTMT-də müttəfiqdir. Onun sözlərinə görə, Moskva müttəfiqlik ruhunda bu ittifaqa üzv olanlarla təlimlərin keçirilməsi praktikasına riayət edilməsindən çıxış edir: "Ermənistandakı müttəfiqlərimizin ən ciddi diqqətini ona yönəltdik ki, biz bunu narahatlıq kimi qəbul edirik". Kremlin mətbuat katibi Dmitri Peskov da bildirib ki, Ermənistan-ABŞ təlimləri regionda vəziyyətin sabitləşməsinə kömək etmir: “Bu vəziyyətdə, təbii ki, belə təlimlərin keçirilməsi vəziyyətin sabitləşməsinə kömək etmir. İstənilən halda, bu, regionda qarşılıqlı etimad mühitinin möhkəmlənməsinə kömək etmir". Rusiya Siyasi Tədqiqatlar İnstitunun direktoru, politoloq Sergey Markov da bildirib ki, Ermənistan lideri Nikol Paşinyan ABŞ ordusunu ölkəsinə dəvət etməklə Rusiyaya meydan oxuyub: "Ermənistan Rusiya Prezidentini təhqir etmək üçün Beynəlxalq Cinayət Məhkəməsinə qoşulur. Fransa indi Ermənistanın əsas müttəfiqidir. O, bunun əvəzini ödəyəcək. Qarabağ tamamilə öz doğma evinə qayıtmalıdır. Mümkündür ki, bu, yaxın gələcəkdə baş versin. Görək sevimli Fransa ona (Ermənistana-red) necə kömək edəcək".
Belə görünür ki, Ermənistan yolunu 90 dərəcə dəyişib. Amma bunun bir bədli də olacaq. Politoloq İlqar Vəlizadə "Sherg.az"a açıqlamasında deyib ki, Rusiya XİN sözçüsü Mariya Zaxarovanın Ermənistan rəhbərliyi və spikerlə söz dueli, qarşıdurması göstərir ki, İrəvana qarşı müəyyən addımlar atıla bilər. Analitikin sözlərinə görə, Rusiyanın Ermənistanla münasibətlərdə əsasən iqtisadi layihələrlə bağlı hansısa addımlar atması gözləniləndir:

"Moskva-İrəvan arasında siyasi-iqtisadi əlaqələrə yenidən göz gəzdiriləcək. Rusiya tərəfi açıq tənqidə və əməli addımlara keçə bilər. Buna qədər Kremldən İrəvan əleyhinə aşkar və sərt tənqidlər gəlmirdi. Rusiya daha çox dolayı yollarla Ermənistanın iddialarına cavab verirdi. Ancaq indi vəziyyət dəyişib. Ermənistanla hərbi-iqtisadi sferada münasibətlərin məhdudlaşdırılması mümkündür. Onsuz da son dönəmdə Rusiya Ermənistana ciddi miqyasda silah-sursat göndərmir. Ona görə də İrəvan hərbi texnikalar üçün digər ölkələrə üz tutur. Əsasən də Qarabağda fəaliyyət göstərən Rusiya sülhməramlılarına ermənilərlə bağlı müəyyən göstərişlər verilə bilər. Məsələn, sülhməramlı kontingentə tapşırıq verilər ki, bundan sonra Azərbaycanın narahat olduğu məqamlara daha diqqətlə yanaşsınlar. Sülhməramlılarla Azərbaycan hərbçiləri arasında rabitə bir qədər də instensiv hal ala bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq
06:40 02.11.2026
Dünya
Bugünkü varlılar "axmaq" şeylərə pul xərcləyirlər - İDDİA
04:52 02.11.2026
Dünya
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media