Ermənistanda siyasi qarşıdurma şiddətlənir
Turan
12:33 02.11.2019
Siyasət
544
“Ermənistan rəhbərliyi dörd günlük “Aprel döyüşləri”ni araşdırılması üçün parlamentdə komissiya yaradıb”. Bunu “Şərq”ə açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. Düşmən ölkədəki siyasi gərginliyi şərh edən analitik bildirib ki, komissiyanın işi 2016-ci ildə ordunun döyüş hazırlığını və məğlub olma səbəbini araşdırmaqdır:
“Şübhəsiz, bu komissiya “inqilab lideri” Paşinyanın “Qarabağ klanı”na qarşı başladılan cinayət təqibinin məntiqi davamıdır. 1 mart hadisələri ilə bağlı “Qarabağ klanı”na zərbə vuran Paşinyanın növbəti hədəfi işğal olunmuş ərazilərdəki separatçılardır. “Qarabağ klanı”nın əsas dayağı Qarabağdır və klan burada toparlanmaq istiqamətində işlər aparır. Gələn il qondarma qurumda keçiriləcək “seçkilər”də rəhbərliyi yenidən öz əllərində saxlamağa çalışırlar. Məhz buradakı separatçıları Paşinyan öz iqtidarına qarşı təhlükə görməklə yanaşı, onları Robert Koçaryan və Serj Sarkisyanın əsas tərəfdarları olaraq siyasi səhnədən silməyə səy göstərir”.
Siyasi şərhçinin sözlərinə görə, parlamentdə yaradılan komissiyanın araşdırmaları Xankəndindəki separatçılara qədər uzanacaq:
“Onların istintaqa cəlb edilməsi qaçılmazdır. Komissiyanın nəticələrindən sonra Paşinyan separatçıları orduda baş verən uğursuzluğa görə ittiham edəcək. Hətta Qarabağ ermənilərini onlara qarşı qaldıracağı da istisna deyil. Separatçıların korrupsiyada, orduda yeyintiyə yol verməkdə və uğursuz hərbi əməliyyatlarda ittiham edilməsi gözlənilir. Göründüyü kimi Paşinyanın daxili siyasi intriqası davam edir. Hakimiyyətini qorumaq üçün Qarabağda adamlarını qondarma rəhbərliyə gətirməyi hədəfləyir. Paşinyan özünə qarşı qatı düşmən olan klanı zərərləşdirərsə, Qarabağ münaqişəsinin həllində hansı addımlar atacağı bəlli olacaq. Amma gələn ilin aprelinə kimi Paşinyanı cəbhədə və Kreml tərəfindən yeni sürprizlər gözləyə bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə