
"Ermənistanda sui-qəsd və terror aktları da mümkündür"
"Ermənistanda sui-qəsd və terror aktları da mümkündür"
Yusif Nəzərli
08:08 05.09.2023
Siyasət
526
İrəvanda vəziyyət nəzarətdən çıxır Moskva-İrəvan arasında yaşanan gərginlik xeyrimizədir
Ermənistan Baş naziri Nikol Paşinyan İtaliyanın “La Republica” qəzetinə müsahibəsində Rusiyanı növbəti dəfə sərt tənqid atəşinə tutub. Paşinyan Moskvanın Cənubi Qafqaz siyasətindən ciddi narazılıq ifadə edib. Vurğulayıb ki, Kreml Ermənistanı Qərbə yaxınlaşmaqda suçlayır, lakin Rusiya özü atdığı və ya atmadığı addımlara görə bölgəni tərk edir:
"Elə proseslər var ki, eyni ssenarinin təkrarlana biləcəyi haqda rəy yaradır. Bir gün sadəcə olaraq ayılıb Rusiyanın burada olmadığını görəcəyik". Paşinyanın sözlərinə görə, Rusiya sülhməramlılarının nəzarətində olmalı olan “Laçın dəhlizi” indi iki səbəbdən onların nəzarətində deyil: “Rusiya ya Laçın dəhlizinə nəzarəti saxlaya bilmir, ya da saxlamaq istəmir. Hər ikisi bizim baxımdan problemdir. Rusiya sülhməramlıları üçtərəfli bəyannamənin bəndinə uyğun olaraq missiyanı yerinə yetirmirlər". Paşinyan diqqətə çatdırıb ki, Ermənistan formal olaraq KTMT-nin və Avrasiya İqtisadi İttifaqının üzvüdür. Baş nazirin Rusiyadan giley-güzarı Moskvada çox kəksin qarşılanıb. Rusiyalı hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko deyib ki, Paşinyan Rusiya ilə münasibətlərdə hansısa məqamdan narazıdırsa, bunu Qərb mediasına deməyi uzaqgörənlik deyil, axmaqlıqdır. O bildirib ki, bu sözlərə görə Rusiya ona heç nə deməyəcək, ancaq Kremlin “qülləsi” heç vaxt heç nəyi unutmur: "Rusiyaya qarşı iddialar Ermənistan vətəndaşlarının əksəriyyəti tərəfindən irəli sürülür. Bununla necə davranmalıyıq? Sakit. Biz “tarixi dostluq” və “qardaş xristian xalqı” haqqında bəyanatların qiymətini bilirik. Ona görə də indi Rusiya-Ermənistan münasibətlərinin sağlam praqmatizm üzərində qurulacağı və Kremlin tarixən kiməsə və nəyəsə borclu olması illüziyalarının aradan qalxacağı normaldır". Onun sözlərinə görə, Rusiyanın milli maraqları yalançı ideologiyalara qurban verilməməlidir.
Politoloq Əhəd Məmmədli "Sherg.az"a bildirib ki, əslində Paşinyanın Rusiyanı sərt tənqid etməsi və Qərbə daha çox söykənməsi müsbət irəliləyişdir. Ekspertin sözlərinə görə, Paşinyanın bu cür mövqe sərgiləməsi bizim maraqlarımıza cavab verir:
"Xüsusən, Türkiyə lideri R.T.Ərdoğan və Rusiya rəhbəri V.Putinin Soçidə baş tutan görüş öncəsi Paşinyanın Kreml əleyhinə açıqlamaları yaxşı haldır. Təbii ki, Moskvanın rəsmi və ya qeyri-rəsmi cavabı mütləq olacaq.

Kreml Qarabağ üzərindən Paşinyana müəyyən mesajlar verə bilər. Həmçinin Zəngəzur-Göyçə bölgəsində bəzi proseslərin yaşanması mümkündür. O cümlədən Ermənistan daxilində müxalifətin əliylə bir sıra olayların şahidi ola bilərik. Sui-qəsd və terror aktları da mümkündür. Bunu qarşıda baş verəcək hadisələr göstərəcək. Belə deyim var, "ilanın ağına, qarasına da lənət". Moskva-İrəvan arasında istənilən gərginlik xeyrimizədir. Əsas məsələ yaranmış gərginlikdən düzgün istifadə etməkdir. Hər dəfə təkrarlayıram. İlin sonunadək Xankəndi və ətrafı nəzarətimizə götürülməlidir. Separatçı Araik Arutyunyanın "istefası" və Xankəndinin qondarma "merinin" oradan köçməsi ilə bağlı xəbərlər antiterror əməliyyatlarının anonsu sayıla bilər. Görünür, ermənilər də artıq dərk edirlər ki, Rusiya başda olmaqla heç bir kənar güc Azərbaycanın qarşısını almaq gücündə deyil. Ona görə də müxtəlif bəhanələrlə Qarabağdan qaçmağa başlayıblar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq
06:40 02.11.2026
Dünya
Bugünkü varlılar "axmaq" şeylərə pul xərcləyirlər - İDDİA
04:52 02.11.2026
Dünya
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media