
Ermənistandan Kremlə komediya tamaşası: Pərdənin arxasında Qərb var?
12:11 18.12.2023
Siyasət
533
Ermənistan parlamentinin deputatı Artur Hovannisyan İrəvanla Moskva arasındakı münasibətlərin sınaqdan keçdiyini bildirib.
Bu barədə “Sputnik Armenia” məlumat yayıb.
Bildirilib ki, o, bunun üçüncü tərəfin təsiri ilə olmadığını bildirib: “Bizim hərəkətlərimizə üçüncü qüvvə təsir edə bilməz. Hazırda Rusiya ilə Ermənistan arasında razılıqlar, qarşılıqlı öhdəliklər sınaqdan keçir”.
Parlamentarinin sözlərinə görə, ziddiyyətlər həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlıdır.
Mövzu ilə bağlı fikirlərini “Sherg.az” la bölüşən Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov bildirib ki, Ermənistanın ictimai- siyasi xadimlərinin verdiyi açıqlamalar komediya tamaşasını xatırladır:

“Çünki hazırda siyasi biliyi dərin olmayan insanlara belə məlumdur ki, Ermənistanın atdığı bütün addımlar birbaşa xarici ölkələrin direktivləri ilə atılır. İrəvan hakimiyyətinin müstəqil olmadığı, qərar qəbul etmə meyarlarının aşağı olması, həmçinin Ermənistanın müxtəlif dövrlərdə dünyanı təhdid edən məsələlərlə məşğul olması və daim haqsızlığın, ədalətsizliyin yanında yer alması Ermənistana ciddi dövlət kimi güvənmək və inanmağın mümkün olmadığını göstərir. Bu gün xarici qüvvələr Ermənistanın regiondan uzaqlaşdırılması siyasəti güdülür. Sözügedən siyasətin tək səbəbi rəsmi İrəvanın Azərbaycan və Türkiyə ilə münasibətlərinə mane olmaq yox, eyni zamanda Ermənistanı Rusiyanın təsiri altından çıxarmağa çalışmaqdır. Boşuna deyil ki, hazırda Fransa sistematik şəkildə Ermənistanı silahlandırır, ABŞ onlara dəstəyini daha açıq şəkildə göstərir. Bütün bunlar, Ermənistanın KTMT dən kənarlaşdırılmasına hesablanıb. Bu gün Paşinyanın komandasına daxil olan deputatların erməni ictimai rəyini dəyişdirmək üçün anti-Rusiya açıqlamaları Qərbdən gələn əmrlərdir. Ermənistan iqtidarı birbaşa Qərbin tapşırıqlarını yerinə yetirməklə bölgə üçün əlavə təhdidlər və problemlər yaratmaqda davam edir. Bu məsələni nə qədər fərqli şərh etməyə çalışsalar da, gerçək olan reallıq bundan ibarətdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
01:58 02.09.2026
Region
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm