Ermənistanın təbliğ etdiyi faşistlər Rusiyada "qəhrəman"a çevrilə bilməz - PETİSİYA
Turan
07:44 22.10.2019
Siyasət
704
Rusiyanın Krasnodar diyarının Armavir şəhərində Ermənistanın milli qəhrəmanı, faşist Qaregin Njdenin xatirə lövhəsinin sökülməsi ilə bağlı petisiya hazırlanıb. Petisiyada Armavir şəhərinin rəhbərliyinə, eləcə də ictimaiyyətə Q.Njdenin xatirə lövhəsinin sökülməsi üçün səyləri artırmağa çağırış edilib. Bildirilib ki, Q.Njdenin xatirə lövhəsi Böyük Vətən Müharibəsi veteranlarının xatirəsinə təhqirdir və Rusiyanın nasizmin qəhrəmanlaşdırılmasına qarşı apardığı mübarizə ilə ziddiyyət təşkil edir. Vurğulayaq ki, Prezident İlham Əliyev MDB dövlət başçılarının Aşqabad şəhərində keçirilən iclasında Ermənistanın keçmiş hökumətinin İrəvanın mərkəzində Qaregin Njde ləqəbli faşist cəllada abidə qoymasını sərt tənqid etmişdi.
Dövlət başçısı düşmən ölkənin bu addımını açıq şəkildə faşizmə dəstək kimi dəyərləndirib. Ona görə də ehtimal edilir ki, Rusiyanın bir çox bölgəsində İrəvan hökumətinin addımına qarşı petisiyalar hazırlanacaq və etiraz səsləri yüksələcək. Rusiyada Ermənistan hökumətinin addımına qarşı başladılan kampaniyanın Prezidentin məlum çıxışından və çağırışından sonra gündəmə gəlməsi də xüsusi əhəmiyyət kəsb edir.
Petisiya ilə bağlı “Şərq”ə fikirlərini bölüşən siyasi ekspert Anar İmanov deyib ki, Ermənistanda tarixən terrorçulara böyük rəğbət bəslənilib. Analitikin sözlərinə görə, düşmən ölkədə terrorçular təbliğ edilir və gənc nəsillərə qəhrəman kimi təqdim olunur:
“Gec-tez bu məsələ ciddi etirazlar doğurmalı idi. Artıq bir çox tanınmış insanlar Ermənistanda təbliğ edilən siyasətin çirkin üzünü ifşa edir. Məsələn, israilli ekspert Yuri Boçarov qeyd edib ki, “faşist əlaltıları Ermənistanın qəhrəmanına çevriliblər”. Teleaparıcı Yevgeni Mixaylov da “Ermənistan səylə nasizmin qəhrəmanlaşdırılmasını təbliğ edir” ifadəsini səsləndirib. Çoxları bəyan edir ki, Paşinyanın Aşqabad sammitində dedikləri heç bir məntiqə sığmır. Onun Njdenin “qəhrəman”lığı barədə bəyanatları tamamilə destruktivdir. İlk növbədə Ermənistanın təhlükəsizliyinin qarantı olan Rusiyanın dəstəklədiyi nasizmin qəhrəmanlaşdırılması ilə mübarizə strategiyasına ziddir”.
A.İmanov vurğulayıb ki, Paşinyan açıqlamaları ilə özünü dalana dirəyib:
“Onun naşı və eyni zamanda çox təhlükəli yanaşmalarına bütün dünya gülür. Baş nazir çox böyük səhv etdiyini özü də anlayır. Dünya faşizmə qarşı mübarizə apardığı halda Ermənistanda faşistlər təbliğ olunur, özü də dövlət səviyyəsində. Rusiyanın reaksiyası bir az gecikmiş sayıla bilər. Amma bu o demək deyil ki, Ermənistanın təbliğ etdiyi faşistlər Rusiyada da “qəhrəman”a çevriləcəklər. Əksinə, Rusiya hər zamanki kimi Ermənistana, ələlxüsus Paşinyana layiq yerini bir daha göstərəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Meloni Ermənistanla bağlı yeni təklif verdi
13:57 03.08.2026
Dünya
Fələstinin Azərbaycandakı səfirliyinə maliyyə yardımı göstəriləcək
13:35 03.08.2026
Gündəm
Ukrayna ordusu əks-hücuma keçdi, Rusiyanın planı pozuldu
13:23 03.08.2026
Dünya
Ömər Çelik: Ərdoğanı diktatorla müqayisə etmək...
13:16 03.08.2026
Gündəm
Azərbaycan XİN Pakistana başsağlığı verib
13:08 03.08.2026
Gündəm
Qubada maşın aşıb, 3 nəfər xəsarət alıb
12:57 03.08.2026
Hadisə
Puşilin: Nikolayevkanın kənarında şiddətli döyüşlər gedir
12:27 03.08.2026
Gündəm
Kart limiti vətəndaşı yenidən nağd pula qaytara bilər - EKSPERT
12:24 03.08.2026
Aktual
Bakıda 4 yaşlı uşaq 13-cü mərtəbədən yıxılaraq ölüb
12:04 03.08.2026
Hadisə
Ağdərədə mina partlaması nəticəsində iki nəfər xəsarət alıb
11:19 03.08.2026
Hadisə
Bakıda küçələrdən birinə Elçin Əfəndiyevin adı verilib
11:04 03.08.2026
Mədəniyyət
Krıma PUA hücumu: Üç nəfər həlak olub
11:04 03.08.2026
Gündəm
Yapon alim izah edib ki, niyə ev pişiyi ilə danışmaq lazımdır
09:45 03.08.2026
Maraqlı