
Fitili alovlandıran Ermənistandır: Sülh prosesini uzadır!
Yusif Nəzərli
15:06 13.09.2023
Siyasət
703
Rəsmi İrəvan bütün platformalarda və Ermənistanda hamı qarşıdan gələn yeni müharibədən danışır. Nikol telefonunda nömrəsi olan hər kəsə zəng edir.
Bu barədə erməni politoloq Vaqe Ovannisyan yazıb.
“Amma çaşbaş qalmış erməni cəmiyyəti üçün bir neçə sadə suala heç kim cavab vermir: müharibə nə vaxt, harada, kimlər arasında, nə üçün olmalıdır? Əliyevin müharibəsinin məqsədi nədir, sonda o, nə istəyir? Məqsədi olmayan müharibə yoxdur”, - o bildirib.
O vurğulayıb ki, Azərbaycan Prezidenti Ağdam yolunu açmaq istəyirsə, niyə Ermənistana hücum etməlidir?
“Əgər Əliyev Ermənistandan ona vəd edilən 8 anklavı almaq istəyirsə, bu, müəyyən məna kəsb edir. Amma belə olan halda Ermənistan ictimaiyyəti öz baş nazirinə belə bir sual yaratmalıdır: belə bir vədi necə, hansı haqla vermisiniz?
Əgər Əliyev ona vəd edilənləri istəyirsə, o zaman ictimaiyyətin sualı belə olmalıdır: daha nə vəd etdiniz ki, biz bilmədik?
Belə çıxır ki, 2018-ci ildən başlayaraq erməni xalqı sırf müharibə materialıdır.
Bütün müharibələr risklidir və tərəflər yüksək qiymət ödəyirlər. Müharibələr elə belə olmur. Xalqa başa salmaq lazımdır ki, müharibələr həmişə siyasi danışıqlarda səhvlərdən doğur. Bizdə isə müharibə səbəbi düşmənə verilən irimiqyaslı vədlər, onun yaratdığı gözləntilərdəndir”, - o qeyd edib.
Vaqa Ovannisyanın fikirlərinə münasibət bildirən politoloq Sultan Zahidov "Sherg.az"a açıqlamasında bildirib ki, Ermənistanda hazırda siyasi qeyri-müəyyənlik hökm sürür:

"Ermənistan ictimaiyyəti təlaş içərisindədir ki, hər an müharibə baş verə bilər. Bunun əsas səbəbi Ermənistan ilə Rusiya arasında münasibətlərdə gərginlik və Nikol Paşinyanın qarşı tərəfə söylədiyi təhqiramiz ifadələr fonunda Rusiyanın hesabat istəməsidir. Eyni zamanda siyasi bəlirsizliyin əsas səbəbi Paşinyan hakimiyyətinin bəlli xətt üzrə hərəkət etməməsidir. Paşinyan Fransa, İran və ABŞ-dən kömək istəyir. Bir ölkə rəhbəri siyasi iradəyə sahib deyil və xalqının rifahı üçün qərarlar vermək iqtidarında olmadığı halda sözsüz ki, ölkə daxilində müəyyən xaos yaşanacaq. Son dövrlər həm Ermənistan, həm də Azərbaycan şərti sərhəd zonasında müəyyən hərbi qoşunların yığılmasının şahidi oluruq.
Azərbaycanın Ermənistan tərəfinin atdığı addımlara cavab olaraq sərhəddə əlavə qoşunlar yığmaq ehtimalı var. Çünki Ermənistan təxribatlara hazırlaşsa, Azərbaycan onun cavabını verməlidir. Bu baxımdan müharibənin baş vermə səbəbi Ermənistan olacaq. Ermənistan durmadan İran və Hindistandan silahlar əldə edərək Azərbaycan ilə şərti sərhəddə texnika yığır. Həmçinin İran dronlarından təxribatlarda istifadə edir və sülh prosesini uzadır. Eyni zamanda barıt çəlləyinin fitilini alovlandıran da Ermənistandır. Ermənistan üçün yeganə alternativ yol Azərbaycanın sülh təklifinə müsbət yanaşmaqdır. Köməyi Fransa, İran və digər ölkələrdən deyil məhz Azərbaycandan almalıdır. Azərbaycan və Ermənistan danışıqlarında 8 anklav məsələsi gündəmdədir və bizim onları tələb etmək haqqımızdır. Paşinyan bu anklavların Azərbaycana geri verilməsinin nəzərdə tutulduğunu bildirmişdi. Ancaq Azərbaycan bunu ilk növbədə diplomatik və siyasi yolla həll etməyin tərəfdarıdır. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın göstərdiyi 3+3 platforması və sülh təklif etməsi bizim sülh ritorikasını irəli sürdüyümüzü göstərir. Amma Nikol Paşinyan hakimiyyəti digər ölkələrin göstərişlərini yerinə yetirərək təxribatlar həyata keçirir. Bu isə Azərbaycanın müvafiq cavabı ilə qarşılanacaq. Belə olan halda növbəti eskalasiya risqi qalmaqdadır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya