Fuad Hüseynzadə: "Diaspor siyasətində yerli cəmiyyətə inteqrasiya olunmaq ən önəmli addımdır"
10:42 18.12.2023
Siyasət
556
"Rusiyada gənclər arasında qəhrəmanların təbliğinə çox böyük ehtiyac var"
"Moskvada qvardiya generalı Həzi Aslanovun adına veteran təşkilatıın təsis edilməsi milli diaspor tərəfindən təqdir olunur"
"Diaspor siyasətində yerli cəmiyyətə inteqrasiya olunmaq ən önəmli addımdır. Lakin bu fəaliyyət hər bir regionun özünəməxsus xüsusiyyətləri nəzərə alındıqda, yerli cəmiyyətin istək və maraqlarına uyğun şəkildə həyata keçirildikdə effektiv nəticə verir".
Bu barədə "Sherg.az"a açıqlamasında Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə deyib.
F.Hüseynzadə bildirib ki, peşəkar diaspor işi ilə məşğul olanlar öz fəaliyyət istiqamətlərini konkretləşdirdikdə və strateji hədəflərini müəyyənləşdirdikdə istənilən nəticə əldə edirlər:
"Buna görə də bu sahədə çalışanların hər biri öz profilini bilməli və davamlı fəaliyyət istiqamətinə görə işini qurmalıdırlar. Məlumdur ki, Rusiya həyatında Böyük Vətən Müharibəsi çox böyük iz buraxıb. Və bu müharibənin iştirakçılarına, xüsusən qəhrəmanlarına orada xüsusi sayğı göstərilir. Hətta həyatda olanların sayları azaldıqca bir növ onlara daha çox müqəddəs insan kimi baxırlar. Müharibədə əldə edilən qələbədə Azərbaycanın və azərbaycanlıların da payı var deyə, bu istiqamətdə Rusiyada təbliğat və tanıtım aparmaq mühüm əhəmiyyət kəsb edir. Əsasən bu müharibənin qəhrəmanlarının adı ilə yola çıxıb daha effektiv işlər görmək olar. Onların həyatı, göstərdikləri qəhrəmanlıqlar, ümumiyyətlə, döyüş yolu rus xalqının marağındadır. Hətta indiki günlərdə Rusiyada gənclər arasında milliyyətindən asılı olmayaraq qəhrəmanların təbliğinə çox böyük ehtiyac var. Bugünlərdə Moskvada qvardiya generalı Həzi Aslanovun adına veteran təşkilatıın təsis edilməsi həm yerli hökumət, həm də milli diaspor tərəfindən təqdir olunur. “İki dəfə Sovet İttifaqı Qəhrəmanı, qvardiya general-mayoru Həzi Aslanov adına Böyük Qələbə Varislərinin Birliyi” adlı veteran təşkilatının yaradılmasının təşəbbüskarı hər iki babası müharibə veteranı, qardaşı Birinci Qarabağ müharibəsi şəhidi olan, Moskva şəhər Qərb İnzibati Dairəsi Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin sədri Əli Kazımovdur. Onun kimi uzun müddətdir Rusiyada Azərbaycanın qəhrəmanlarının təbliği istiqamətində fəaliyyət göstərən, doğmaları Sovet İtifaqı Qəhrəmanı və Azərbaycanın Vətən Müharibəsi Qəhrəmanı, ümumiyyətlə, müharibə veteranı olan saysız diaspor liderləri var".
Jurnalist vurğulayıb ki, Azərbaycan xalqı hər zaman öz qəhrəmanları ilə fəxr edir:
"44 günlük Vətən müharibəsinin qəhrəmanları da elə Həzi Aslanovların, Mehdi Hüseynzadələrin, İsrafil Məmmədovların və digər yüzlərlə bu kimi mübariz həmvətənlərimizin nəvə-nəticələridir. Çox böyük strateji hədəfləri olan təşkilatın Moskva Müharibə Veteranları Komitəsinə üz olması isə Rusiyada ən üst səviyyədə Azərbaycan adına tədbirlərin keçirilməsi, qəhrəman Vətən övladlarının tanıtımı üçün geniş imkanlar yaradacaq. Bu da Azərbaycan diasporunun Rusiyada yeni imicinin formalaşmasına, nüfuzunun yerli xalq arasında daha da artmasına əhəmiyyətli dərəcədə təsir edəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
30 ilin qəzet qoxusu - OXUMASANIZ DA OLAR!
16:55 31.10.2026
Media
Türkiyə və Özbəkistan arasında Komanda-Qərargah Təlimi keçirildi
16:51 31.10.2026
Dünya
Zelenski Türkiyədə səfərdədir
16:36 31.10.2026
Gündəm
İran ABŞ-nin təkliflərini qəbul etdi
16:35 31.10.2026
Dünya
Sobçak və həyat yoldaşının Latviyaya girişi qadağan edildi
15:37 31.10.2026
Dünya
Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq
15:25 31.10.2026
Hadisə
Göygöldə maşın dərəyə aşıb, xəsarət alan var
15:14 31.10.2026
Hadisə
Müctəba Xamenei orduya əmr verdi - “Vurun”
14:51 31.10.2026
Gündəm
ABŞ-İran danışıqlarında irəliləyiş əldə olunduğu iddia edilir
14:04 31.10.2026
Dünya
Uşaqlar üçün qızıl qaşıq dəbə mindi - Tələbat artır
13:58 31.10.2026
Maraqlı
Ukrayna Rusiyaya məxsus Mi-8 helikopterini dronla vurub
12:53 31.10.2026
Dünya
Tramp Ərdoğanla 24 saatda niyə 2 dəfə danışdı?
12:51 31.10.2026
Dünya
ABŞ-dən ərəb ölkələrinə: Hazır olun, İrana hücum edirik
12:17 31.10.2026
Dünya
Böyük Britaniya İrana xəbərdarlıq etdi
12:04 31.10.2026
Dünya
“Beşiktaş” və “Qalatasaray” eyni futbolçunu transfer etmək istəyir
11:53 31.10.2026
Futbol