Girovların dəyişdirilməsi gözləniləndir - ÜMİD VAR
Turan
11:42 26.10.2019
Siyasət
859
“Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü gözlənilir. Görüşdə əsir və girovların “hamının hamıya” prinsipi üzrə dəyişdirilməsi müzakirə olunacaq”. Bunu “Şərq”ə açıqlamasında Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri Məhəmməd Əsədullazadə deyib. Ekspert bildirib ki, Ermənistan rəhbərliyi ilin axırına kimi razılaşmaya gedərsə, münaqişənin həllində yeni dönəm baş verə bilər: “Ermənistan baş naziri Nikol Paşinyan əsirlərin dəyişdirilməsi məsələsində müəyyən dərəcədə razıdır.
Amma “Qarabağ klanı” və Xankəndindəki separatçı rejimin bundan istifadə edərək ona qarşı hərəkətə keçəcəyindən və kampaniyaya başlayacağından çəkinir. Paşinyan “Qarabağ klanı”na qarşı olan terrorçu “Sasna Tsrer” təşkilatının sədri Safilyanla görüşüb danışıqlar aparıb. Baş nazir əsirlərin dəyişdirilməsində ondan dəstək almağa çalışır. Əsirlərin dəyişdirilməsinə nail olaraq Qərb qarşısında özünü “sülhpərvər” kimi göstərməyə cəhd edir. Hər şey Ermənistan hökumətinin tutacağı mövqedən asılıdır. Girovlar Şahbaz Quliyev və Dilqəm Əsgərovun azad olunması üçün aparılan danışıqların müsbət sonlanması gözlənilir”.
Politoloqun sözlərinə görə, hazırda Ermənistanda daxili siyasi vəziyyət mürəkkəb olaraq qalır:
“Paşinyan “Qarabağ klanı”nın üzvlərinə və eks-hakimiyyətdə təmsil olunanların təqibini davam etdirir. Baş nazir ona qarşı hər hansı bir çevriliş cəhdindən ciddi narahatdır. Çünki “Qarabağ klanı” Rusiyanın dəstəyi ilə separatçı rəhbərliyi əlində saxlamağa çalışır. Paşinyan gələn il işğal olunmuş Azərbaycan ərazilərində keçiriləcək qondarma seçkilərə kimi “Qarabağ klanı”nı tamamilə zəiflətmək istəyir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə