"Gürcüstanda siyasi gərginlik, böhran davam edəcək"
Yusif Nəzərli
02:25 03.11.2021
Siyasət
940
Samir Əsədli: "Noyabrın 7-nə planlaşdırılan aksiya Gürcüstandakı siyasi proseslərin gələcək inkişafını müəyyənləşdirəcək"
Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili həbsxanadan növbəti dəfə məktub göndərib. Sabiq rəhbər indiki vaxtda geniş ictimai birliyə ehtiyac olduğunu söyləyib. Saakaşvili həbsdən çıxdığı zaman maksimum 10 günə növbədənkənar seçkilərin təyin ediləcəyi sözünü verib. Onun sözlərinə görə, hazırda Nika Melia kimi cəsarətli, mübarizə aparan liderlər var, o cümlədən gənc nəsil çox ağıllı və mübarizdir. Həbsdən azad olduğum təqdirdə sizə söz verirəm ki, İvanişvilinin arxasını yerə vuracağıq.
Hər dözümlü, sarsılmaz insanın böyük dəyəri və qızıla bərabər qiyməti var. Gücümüz birlikdədir, qələbənin resepti isə çoxluqda və taqətdən düşməməkdədir”. Saakaşvilinin şəxsi həkimi Nikoloz Gipşidze keçmiş prezidentin danışmaqda çətinlik çəkmədiyini desə də, hər cür senariyə hazır olmağı tövsiyə edib. Həkim vurğulayıb ki, Saakaşvili mövqeyini dəyişmir və aclığa davam edir: “Saakaşvili yalnız aclıqla əlaqəli olmayan dərmanları qəbul edir. O, rahat danışa bilir. Təbii ki, biz hər cür senarilərə hazır olmalıyıq. O, bir aydır mövqeyini dəyişməyib, əvvəldən nə deyirdisə, yenə də onu deyir”.
Xatırladaq ki, Mixeil Saakaşvili artıq 34 gündür ki, aclıq aksiyası keçirir. Məlumat üçün onu da əlavə edək ki, “Vahid Milli Hərəkat” partiyası intensiv aksiyalar elan edib. Bu barədə partiya rəhbəri Nika Melia şəxsi media hesabında paylaşım edib. Onun sözlərinə görə, aksiyalar Batumidə və Rustavi həbsxanası qarşısında keçiriləcək. “Gürcü Arzusu”nun rəhbəri İrakli Kobaxidze deyib ki, müxalifətin nə təxribat etmək, nə də süni böhran yaratmaq üçün resursları var.
Qonşu ölkədə baş verənləri “Şərq”ə dəyərləndirən Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli deyib ki, Gürcüstanda yerli seçkilərin ikinci turuna yekun vurulub. Partiya rəsmisinin sözlərinə görə, seçkidə əsas mübarizə hakim “Gürcü arzusu” ilə Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin rəhbərlik etdiyi “Vahid Milli Hərəkat” arasında gedir:
“Hakimiyyətin seçki saxtakarlığı cəhdlərini nəzərə alsaq, nəticələr müxalifət üçün o qədər də pis olmadı. Xüsusilə Saakaşvilinin Gürcüstana qayıtmasından sonra siyasi proseslər daha da aktivləşdi. Tbilisidə mer seçkilərinin ikinci turu öncəsi Saakaşvilinin rəhbərlik etdiyi siyasi qüvvə müxalifət qüvvələri koalisiyasını yaratdı. Bu koalisiyaya son anda keçmiş parlament spikeri, Saakaşvilinin inqilabçı müttəfiqi Nino Burcanadze də qoşuldu. Lakin rəsmi məlumatlara görə, koalisiya hazırkı mer Kaxa Kaladzeni məğlub edə bilməyib. Seçkilərin ilkin nəticələrindən sonra Melia tərəfdarlarını növbəti addımların necə olacağına qərar vermək üçün küçələrə çıxmağa çağırıb. Deyilənə görə, mitinqə 3-4 minə yaxın adam toplaşıb. Melia seçkinin saxtalaşdırıldığını və noyabrın 7-də böyük etiraz aksiyası keçiriləcəyini bəyan edib”.
S.Əsədli qeyd edib ki, noyabrın 7-nə planlaşdırılan aksiya Gürcüstandakı siyasi proseslərin gələcək inkişafını müəyyənləşdirəcək:
“Gürcüstan hökuməti Saakaşvilinin başçılıq etdiyi qüvvələri zərərsizləşdirməyi, bununla da ikinci qütb iddiasında olan yeni qüvvə yaratmağı planlaşdırır. Şübhə yox ki, qonşu Gürcüstanda iki-üç ildir davam edən daxili siyasi gərginlik və böhran davam edəcək. İstər aktiv, istərsə passiv formada rejimlə mübarizə sürəcək. Hazırda Gürcüstanda Rusiya-Fransa ittifaqına güvənən hakim komanda ABŞ və Avropa Birliyinin dəstəklədiyi, daha demokratik imicli Saakaşvili komandası ilə siyasi mübarizəni açıq müstəviyə keçirib. Əlbəttə, bizim üçün ruspərəst qüvvələrin zəifləməsi önəmlidir. Amma Gürcüstanda yaşayan həmyerlilərimizə münasibət də önəmlidir. Bu ölkədə yaşayan soydaşlarımızın gürcü hakimiyyətinin onlara qarşı ayrı-seçkilik siyasətini yürütdükləri, ermənilərdən fərqli olaraq onlara dövlət idarələrində iş verməmələri, azərbaycanlı gənclərin qəsdən narkotik aludəçiliyinə mübtəla edilməsi, azərbaycanlıların hakimiyyət tərəfindən İranın dini-ideoloji təsir arealına daxil edilməsi barədə şikayətləri var. Seçki hakimiyyəti dəyişməyin əsasını qoymağa fürsətdir. Söhbət təkcə Saakaşvilidən yox, onlara “ikinci dərəcəli vətəndaş” rəftarını rəva görən, diktə edən hakim partiyaya qarşı vətəndaş mövqeyinin ortaya qoyulmasından gedir.
Bütün hallarda Azərbaycan üçün önəmli olan məsələ Gürcüstanın sabitliyi və eyni zamanda müəyyən dərəcədə proqnozlaşdırılan olmasıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan-Kamboca sənədləri mübadilə olundu - YENİLƏNDİ
12:39 12.10.2026
Gündəm
Zelenski: Rusiya Trampın elan etdiyi enerji atəşkəsini pozub
12:34 12.10.2026
Gündəm
Ermənistan Rusiyaya şokolad ixracını 1,6 dəfə artırıb
12:31 12.10.2026
Region
Kamboca Baş naziri AQEM-in sammitində iştirak edəcək
12:19 12.10.2026
Gündəm
Pezeşkian Müctəba Xamenei ilə görüşündən danışdı
11:51 12.10.2026
Gündəm
Azərbaycanda ən yüksək maaşı kimlər alır? - FOTO
11:47 12.10.2026
Sosial
Azərbaycan-Kamboca sənədləri mübadilə olunub
11:31 12.10.2026
Gündəm
İlham Əliyev İspaniya Kralını təbrik etdi
11:19 12.10.2026
Gündəm
"Şərq qapısı" qəzetinin əməkdaşı vəfat etdi
11:07 12.10.2026
Media
İnstaqram və TikTok-a girişdə problem yaranıb
10:57 12.10.2026
Texnologiya
Xəzər rayonunda müşavirə - Bir sıra şəxslər cəzalandırıldı
10:50 12.10.2026
Aktual
Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü - Foto
10:48 12.10.2026
Cəmiyyət
Biləsuvarda toyda dava: 49 yaşlı kişi bıçaqlandı
10:45 12.10.2026
Hadisə