“Əşrəf Qəninin çıxışı əsassızdır. O, qorxu və ağlamalı şərait yaratmaqla vəziyyətə nəzarət etməyə cəhd göstərir. Müharibə elan etmək, ittiham və yalanlar Əşrəf Qəninin hakimiyyətini uzatmayacaq. Onun müddəti başa çatıb”.
Hədəf Rusiyadır
02:29 03.08.2021
Siyasət
682
"Taliban" ABŞ-ın gücü ilə bütün hakimiyyətə yiyələnəcək
"Əfqanıstanın yeni xəritəsində artıq Əşrəf Qəniyə yer yoxdur"
Ötən gün Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qəninin parlamentin iclasındakı çıxışı “Taliban” qruplaşmasının narazılığıa səbəb olub. Belə ki, prezident çıxışı zamanı bildirib ki, “Taliban” dəyişib və onlar daha qəddar olublar. Onun sözlərinə görə, döyüşdə şərait dəyişməyənədək “Taliban” danışıqlar masasına qayıtmaq istəyini göstərməyəcək. “Taliban” qruplaşmasının nümayəndəsi Zabiullah Mücahid Prezident Əşrəf Qəninin çıxışına münasibət bildirərək tviter səhifəsində yazıb:
“Əşrəf Qəninin çıxışı əsassızdır. O, qorxu və ağlamalı şərait yaratmaqla vəziyyətə nəzarət etməyə cəhd göstərir. Müharibə elan etmək, ittiham və yalanlar Əşrəf Qəninin hakimiyyətini uzatmayacaq. Onun müddəti başa çatıb”.
Mövzu ilə bağlı Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli "Şərq"ə açıqlama verib. O, açıqlamasında xüsusi olaraq diqqətə çatdırıb ki, Əfqanıstanın yeni xəritəsində artıq Əşrəf Qəniyə yer yoxdur: "Ümumiyyətlə, Amerika Birləşmiş Ştatlarının orada inşa etdiyi hökumət vaxtilə işğal rejiminə haqq qazandırmaq üçün yaradılıb. Yəni o, bir oyuncaq hökuməti idi. Həmçinin, əfqan xalqının da ümumi iradəsini əks etdirmirdi. Biz İŞİD və "Taliban"ın adlarını yanaşı da çəksək, ümumiyyətlə, ora dini təmayüllərin güclü olduğu cəmiyyətdir. Və bu ixrac olunmuş din bütövlükdə son 40-50 il ərzində Əfqanıstanın taleyini dəyişdirib".
Ə.Əlibəyli qeyd edib ki, hazırda "Taliban" Əfqanıstan ərazisinin 90 faizinə nəzarət edir:
"Çox az qalıb ki, "Taliban" artıq paytaxtı və o cümlədən vacib nöqtələri də nəzarətə götürəcək. Hesab edirəm ki, bundan sonra biz nə Əfqanıstan hökumətini, nə də ki, Əşrəf Qəninin adını daha eşitməyəcəyik. Sual yarana bilər. Hazırda Əfqanıstanda son proseslər nəyə işarədir? Son proseslər ona işarədir ki, Birləşmiş Ştatlar bütövlükdə Əfqanıstanda yenidən "Taliban"a meydan açmaqla və onu hakimiyyətə gətirməklə artıq talibançılığı, dini ekstremizmi və radikalizmi Orta Asiya ölkələrinə ixrac etməyi qarşısına məqsəd qoyub. Burada da əsas hədəf xüsusilə Tacikistan vasitəsilə Rusiya coğrafiyasına, yəni onun sərhədlərində ciddi şəkildə "bombalar" yerləşdirməkdir.
Rusiyanın başına sözün əsl mənasında daha ciddi problemlər açmaqdan ibarətdir. Siz fikir verin ki, bu, Bayden hakimiyyətə gəldikdən sonra daha geniş bir əhatə alıb. Burada da əsas məsələ odur ki, Bayden 4 il ərzində necə olur-olsun Rusiyanı cəzalandırmağı qarşıya məqsəd qoyub. Rusiyanın xəritəsinə nəzər yetirdikdə bütün xəritə boyunca ortaya çıxarılan münaqişələrin hamısının hədəfi də məhz bundan ibarətdir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Speys TV ilə bağlı yayılan məlumatlara reaksiya
23:13 29.07.2026
Media
Əhməd Davudoğlu siyasətdən getdiyini açıqlayıb
22:34 29.07.2026
Gündəm
"Lobbilər ABŞ-Türkiyə münasibətlərini hədəfə alıb" - Ali Satan
21:33 29.07.2026
Gündəm
İran Ukraynaya cavab versə, böyük diplomatik səhv olar - Politoloq
21:18 29.07.2026
Gündəm
Qazaxıstan və ABŞ strateji tərəfdaşlığı müzakirə edib
21:05 29.07.2026
Dünya
Ukrayna Rusiya ərazilərinə bu yolla zərbələr endirib - FT
20:53 29.07.2026
Dünya
Azərbaycan Peru Prezidentinin andiçmə mərasimində təmsil olunub
20:22 29.07.2026
Siyasət
Esmira Cəfərova Macarıstana səfir təyin edilib
20:09 29.07.2026
Rəsmi
Brahim Diaz "Milan"a qayıda bilər
20:02 29.07.2026
Futbol
AKP 25 illik yubiley loqosunu təqdim etdi
19:25 29.07.2026
Gündəm
ABŞ-nin neft ehtiyatları 7,2 milyon barel azalıb
19:15 29.07.2026
İqtisadiyyat
İran KİV: ABŞ-Səudiyyə zərbələri nəticəsində 4 SEPAH hərbçisi ölüb
19:07 29.07.2026
Dünya
İstanbulda rus turisti küçədə təqib edən şəxs saxlanıldı
18:58 29.07.2026
Hadisə
Netanyahu Zelenski ilə görüşdən imtina etdi
18:40 29.07.2026
Dünya