Həmsədrlər regionu "rəqs meydançası"na çeviriblər: BİABIRÇILIQ
Turan
09:47 07.10.2019
Siyasət
993
“Prezidentin məhz Rusiyada beynəlxalq qurumların yarıtmaz fəaliyyəti barədə səsləndirdiyi fikirlər çox məntiqlidir”. Bunu Sherg.az-a açıqlamasında millət vəkili, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.
Deputat bildirib ki, cənab Prezidentin Rusiya telekanalına verdiyi müsahibə çox mühümdür:
“Dövlət başçısının müsahibəsi sadəcə rusdilli auditoriyaya deyil, həm də müxtəlif dillərə tərcümə olunaraq dünya ictimaiyyətinin diqqətinə çatdırılır. Bu baxımdan ölkə rəhbərinin Soçi səfəri, “Valday” Klubunda çıxışı və verdiyi müsahibələr ciddi diplomatik uğurdur. Prezident iradlarında tamamilə haqlıdır. Milli Məclisdə mən də bu məsələyə dəfələrlə toxunmuşam. Ermənistan baş naziri Nikol Paşinyan sərsəmləyir, həmsədrlər reaksiya vermir. Atəşkəs mütəmadi pozulur, mülki vətəndaşımız öldürülür, vasitəçilər yenə dinmir. Məhz onların səssizliyi sübut edir ki, Minsk Qrupunun üzvləri Azərbaycana biganədirlər. Beynəlxalq təşkilatlar düzgün mövqe tutmurlar. Ona görə də ölkə başçısı təşkilatların fəaliyyətini tənqid edir”.
Parlament üzvü xatırladıb ki, BMT-nin 14 dekbar 1974-cü il tarixli “təcavüzkarın tanınması” haqqında qərarı var:
“Prezident haqlı olaraq vurğulayır ki, BMT üzərinə götürdüyü öhdəliyə əməl etmir, qətnamələrin icrası üçün cəhd göstərmir. Hətta mövcud dörd qətnamə olmasaydı belə, BMT 14 dekabr qərarına istinad etməklə, 38, 41 və 42-ci maddələrini işə sala bilərdi. Bu maddələrə əsasən, Ermənistana hərbi və digər sanksiyalar tətbiq edilməliydi. Ancaq bunun şahidi olmadıq. O cümlədən, BMT nizamnaməsinin 51-ci maddəsinə görə, əgər təşkilat hansısa tədbir görə bilmirsə, təcavüzə məruz qalan tərəfin özünü müdafiə etməyə tam haqqı çatır. Azərbaycan işğala məruz qalmış ərazilərdə hərbi əməliyyatlar keçirə bilər. Konstitusiyamızın 111-ci maddəsi də buna imkan verir”.
T.Kərimli vurğulayıb ki, ATƏT-in Minsk Qrupunun sadəcə bir mandatı var. O da BMT-nin məlum qətnamələrini icra etməkdir:
“Təsəvvür edin, 25 ildən çoxdur həmsədrlik institutu qətnamələrin icrasını təmin edə bilmir, daha doğrusu etmir. Elə ona görə, həmsədrlərin “rəqs diplomatiyası” ilə məşğul olduqlarını söyləyirəm. Regionu “rəqs meydançası”na çeviriblər. Bu, biabırçılıqdır. Vətəndaş, partiya sədri və deputat kimi cənab Prezidentin beynəlxalq qurumlarla bağlı haqlı iradlarını dəstəkləyirəm. Dövlət başçısının vurğuladığı kimi bütün məsuliyyət aparıcı ölkələrin və beynəlxalq qurumların üzərinə düşür”.
Millət vəkilinin sözlərinə görə, ümumiyyətlə, Minsk Qrupunun yaradılması yanlış idi: “Dağlıq Qarabağ məsələsi Azərbaycanın daxili işi idi. Lakin həmsədrlər münaqişəni beynəlmiləl hala gətirdilər və həllini demək olar ki, mümkünsüz etdilər. Minsk Qrupu bizdən tələb edir ki, münaqişəni sülh yolu ilə həll edək. Yəni, nə özləri iş görür, nə də bizi addım atmağa qoyurlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə