Həqiqət budur !- “İskəndər M” olayı Rusiyanın əməlidir”
Fidan Həmişəyeva
12:44 21.04.2021
Siyasət
647
“Şimal qonşumuz il ərzində yalan və saxta informasiyaların hazırlanmasına təxminən 1-1.5 milyard dollar xərcləyir”
“İskəndər M” raketi ilə bağlı verdikləri açıqlama isə çox gülünc, uydurma və saxta məlumatdır”
“Qarabağ hadisələri, indi isə Ukrayna ətrafında cərəyan edənlər bir daha göstərdi ki, Rusiyanı yerində oturtmaq zamanıdır”
Şuşa şəhərinə atılan “İskəndər M” raketi ilə bağlı Rusiyanın səssizliyi neçə gündür ki, müzakirə olunur. Rəsmi Kreml dəfələrlə açıqlama verməkdən yayınaraq “gah nala, gah da mıxa vurur”.
Nəhayət Rusiya sükutunu pozaraq mətbuatda Azərbaycana qarşı təxribatçı mövqedən çıxış edib. “İsgəndər” raketinin qalıqlarının guya Suriyadan gətirilərək Şuşada yerləşdirdiyini yazmaqla ermənilərə “informasiya” dəstəyi verib.
Rusiyanın dünayda ən çox yalan xəbər istehsal etdiyini söyləyən tanınmış media eksperti, BDU-nun professoru Qulu Məhərrəmli “Sherg.az”a bildirib ki, Kremlin Azərbaycana qarşı informasiya müharibəsi aparması birinci hal deyil. Professor vurğulayıb ki, rusların müəyyən məqamlarda erməni mediası və siyasi elitası ilə birgə çıxış etməsi təəccüb doğurmur:
“Bu yaxınlarda Amerika Senatındakı hesabatlarda deyilirdi ki, Rusiya il ərzində yalan və saxta informasiyaların hazırlanmasına təxminən 1-1.5 milyard dollar xərcləyir. “İskəndər M” raketi ilə bağlı verdikləri açıqlama isə çox gülünc, uydurma və saxta məlumatdır. Hətta “İskəndər M” Suriyadan gətirilmiş olsa belə, yenə də Rusiyanın əməlidir”.
Q.Məhərrəmlinin qənaətincə, son dövrlər Rusiyanın qərb tərəfindən blokadaya alınması və sanksiyaların tətbiq olunması onları çıxılmaz vəziyyətə salıb:
“Ona görə də müxtəlif cəbhələrdə döyüş aparmağa gücü çatmayan Rusiya zay məhsullar istehsal edir. Təbii ki, bunların hər biri yalandır. Rusiya mətbuatı və televizyalarının, ümumiyyətlə mediasının xisləti tamamilə yalan üzərində qurulub. Hesab edirəm ki, ilk növbədə ABŞ konkret addımlar atmalıdır. Rusiyanın hər kəs üçün qorxu mənbəyi olmasını anlamaq lazımdır. Qarabağ hadisələri, indi isə Ukrayna ətrafında cərəyan edənlər bir daha göstərdi ki, Rusiyanı yerində oturtmaq zamanıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm
İraq ordusu Ərbilə atılan dronları məhv etdi
17:39 14.08.2026
Dünya
Mendel: Zelenskinin siyasəti Ukraynanı xarabalığa çevirir
17:24 14.08.2026
Dünya
Şoyqu: Köhnə dərsliklər Rusiyanı tənqid etmək üçün “vəsait” idi
17:21 14.08.2026
Dünya