Hər xalqa dövlət yaratmaq nəsib olmur - 28 ilin mütəqil Azərbaycanı
Turan
10:58 19.10.2019
Siyasət
883
Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazanıb. Əfsuslar olsun ki, birinci imkan xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq təminatın olmaması səbəbindən itirilib. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşaya bilib. İkinci tarixi imkan isə 70 il sonra yaranıb. Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verib. 1991-ci il oktyabrın 8-də Azərbaycanın keçmiş Ali Sovetinin işə başlanan növbədənkənar sessiyası dörd gün müzakirələr aparıb. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd - Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşub. Həmin tarixdən etibarən 18 oktyabr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri - Dövlət Müstəqilliyi Günüdür. Konstitusiya Aktında göstərilib ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir.
Müstəqilliyini elan etmiş Azərbaycan Respublikası dünya dövlətləri tərəfindən tanınmağa başlanıb. Türkiyə, Rumıniya, Pakistan, İsveçrə, İran, ABŞ, Rusiya və başqa dövlətlər Azərbaycanın müstəqilliyini qəbul ediblər. Ölkəmizin BMT-yə üzv qəbul olunması ilə Azərbaycan beynəlxalq aləmdə de-fakto tanınmağa başlanıb. Lakin müstəqilliyini qazandıqdan iki il sonra xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşdi. Bir tərəfdən ermənilərin təcavüzü nəticəsində geniş miqyas almış Qarabağ müharibəsi, digər tərəfdən dövlət rəhbərliyində olan səriştəsiz adamların səhv siyasəti, daxili çəkişmələr və separatçılar suverenliyə təhlükə yaradırdı. Lakin böyük siyasi təcrübəyə malik olan ulu öndər Heydər Əliyevin ölkədə hakimiyyətə qayıdışı ilə bu təhlükəni sovuşdurdu. Getdikcə müstəqilliyimizin siyasi və iqtisadi sütunları daha da möhkəmləndi. Müstəqilliyin taleyini müəyyənləşdirən əsas amillər inkişaf etdirilir. Dövlətçiliyin möhkəmlənməsinə, iqtisadiyyatın inkişafına, milli-mənəvi dəyərlərin qorunub saxlanmasına da eyni dərəcədə diqqət yetirilir. Bu gün Azərbaycan həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilməkdədir. İqtisadi artım tempinə görə ölkəmiz nəinki regionda, həm də dünyada lider mövqeyə çatıb. Regionda heç bir irimiqyaslı layihə Azərbaycanın iştirakı və razılığı olmadan həyata keçirilmir.
Millət vəkili Fazil Mustafa deyib ki, 18 Oktyabr müstəqilliyimizin bərpası günüdür:
“İllərlə mübarizə aparan bir xalq dövlət yaratmaq haqqı qazanıb. Müstəqillik Azərbaycan xalqının mübarizəsinin yekunu olaraq ortaya çıxıb. Hər xalqa dövlət yaratmaq nəsib olmur. Bu tarix müstəqilliyin dəyərini bilənlər üçün ən əziz gündür. Azərbaycan dövləti də müstəqillik dəyərlərinə sadiq və önəm verən mahiyyətdədir”.
Millət vəkili Aydın Hüseynov isə bildirib ki, 1991-ci ildə Azərbaycan müstəqilliyini əldə etsə də, naşı siyasətçilərin rəhbərliyi nəticəsində ölkəmiz çətin şəraitlə üzləşdi:
“Vəziyyətin son dərəcə ağır olduğunu dərk edən xalqımız vəziyyətdən çıxış üçün son ümid yeri olaraq ümummilli lider Heydər Əliyevə müraciət etdi. Beləliklə xalqın yekdil çağırışı ilə hakimiyyətə qayıdan ulu öndər uzaqgörən və müdrik siyasəti sayəsində müstəqilliyimizi bütün təhlükələrdən qoruyaraq əbədi və dönməz etdi. Azərbaycan dağılmaq təhlükəsindən birdəfəlik xilas olaraq yeni bir inkişaf dövrünə qədəm qoydu. Ümummilli liderimiz Heydər Əliyevin milli dövlətçiliyimizin möhkəmləndirilməsi və ölkəmizin bütün sahələr üzrə dinamik inkişaf etdirilməsi naminə yorulmaz fəaliyyəti bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Prezidentin rəhbərliyi və siyasəti nəticəsində qazanılan bütün bu uğurlar ölkəmizin inkişaf edərək daha qüdrətli bir dövlətə çevrilməsinə, müstəqilliyin möhkəmlənməsinə şərait yaradır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə