İran ciddi təxribatlara hazırlaşır
Yusif Nəzərli
06:24 18.02.2023
Siyasət
411
ABŞ və onun Yaxın Şərqdəki müttəfiqləri üçün təhdid yaranıb
ABŞ-nin Yaxın Şərqdəki Hərbi Hava Qüvvələrinin komandanı general Aleks Qrinkoviç İranın Amerika qüvvələrinə və regiondakı neft obyektlərinə hücum planları barədə xəbərdarlıq edib. O deyib ki, İran ciddi təxribatlar hazırlığındadır: "Hazırkı vəziyyətdə İranın diqqəti Amerika, Suriyadakı beynəlxalq koalisiya qüvvələrinə, dənizdə olan hədəflərə və regiondakı neft infrastrukturuna hücum etməyə yönəlib". Xatırladaq ki, son günlər bir neçə Qərb ölkəsi Tehran rejiminin müəyyən bölgələrdə təxribatçı hərəkətlər hazırlığında olduğunu iddia ediblər. Onların fikrincə, İran hər hansı hərbi müdaxiləyə məruz qalarsa, dərhal planlarını işə salacaq.
Politoloq Natiq Miri "Şərq"ə açıqlamasında bildirib ki, İran öz ərazisinə hansısa hücum olacağı təqdirdə cavab zərbələri endirəcək. Analitik qeyd edib ki, İran Yaxın Şərqdə ABŞ-nin hərbi bazalarını, iqtisadi-maliyyə infrastrukturlarını, eyni zamanda neft obyektlərini vurmaqla bağlı daim təhdidlər yağdırıb:
"İranın dar məqamda buna gedəcəyi şübhəsizdir. Uzun müddətdir İran bununla bağlı hazırlıq görüb və uzaqmənzilli raket ehtiyatlarını toplayıb. Bir müddət öncə İran ərazisinə PUA-larla edilən hücumdan sonra Tehran rejimi buna adekvat cavab verəcəyini, qisas alacağını bildirmişdi. İran bölgədə özünün proksi qüvvələrindən, maliyyələşdirdiyi, silahla təchiz etdiyi terrorçu ünsürlər vasitəsilə Qərbin infrastrukturlarını vura bilər. Belə bir təhlükə daim mövcuddur. İran artıq qlobal mənada baş ağrısına çevrilib. ABŞ, Avropa ölkələri və İsrail İranın nüvə silahı əldə etmək üçün apardığı işlərdən ciddi narahatdır. Son günlər bu narahatlıq daha da artıb. Çünki prosesin sonuna doğru gəlindiyi ilə bağlı məlumatlar var. İran yaxın dövrdə nüvə silahı əldə edərsə, bu, ABŞ və onun Yaxın Şərqdəki müttəfiqləri üçün ciddi təhdid olacaq. Ona görə də İranı durdurmaq üçün hərbi əməliyyatların keçirilə biləcəyi də istisna olunmur".
N.Mirinin sözlərinə görə, hərbi müdaxilə ilə bağlı plan hər zaman masadadır: "ABŞ və İsrail hava qüvvələrinin birgə təlimləri də göstərir ki, İrana qarşı hücumların modeli hazırlanmaqdadır. Artıq real anti-İran koalisiyası yaranıb və miqyası da getdikcə genişlənməkdədir. İranı durdurmaqla bağlı ortaq fikir formalaşmaqdadır. Yaxın dönəmdə İrana ciddi hərbi zərbələrin endiriləcəyi ehtimalı yüksəkdir. İranın hər hansı təxribatçı addımları hərbi müdaxilənin tarixini daha da tezləşdirər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya
Tramp üçün "topal ördək" mərhələsi başlaya bilər -ŞƏRH
13:42 04.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlanıb
13:14 04.11.2026
Aktual
Rafinya Ronaldinyoya çatdı
13:07 04.11.2026
Futbol
Bakıda noyabrın 9-a qədər yağış yağacaq - XƏBƏRDARLIQ
12:55 04.11.2026
Ekologiya
NATO Rusiya ərazisinə zərbə endirə bilər
12:48 04.11.2026
Gündəm
Göygöldə yol qəzasında iki nəfər xəsarət alıb
12:27 04.11.2026
Hadisə
Dəfnə görə ödənilən müavinətin məbləği artırılır
12:10 04.11.2026
Aktual
AzTV 100 illik yubileyə həsr olunmuş çarx yayımlayıb - VİDEO
12:09 04.11.2026
Media
DSMF-nin növbəti il üçün gəlir və xərcləri açıqlanıb
11:57 04.11.2026
İqtisadiyyat
Azərbaycanın xalis maliyyə aktivləri 110 mlrd. manata çatıb
11:47 04.11.2026
İqtisadiyyat
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə