İran "ofsayt"da qala bilər
Yusif Nəzərli
14:02 29.10.2021
Siyasət
570
İsrailin Azərbaycandakı səfiri Corc Dik "Tvitter" hesabında dövlətimizin regional siyasəti ilə bağlı paylaşımı çox ciddi siyasi mesaja malikdir. Ölkəmizlə dostluğu yüksək qiymətləndirən diplomat yazıb: "Heç bir üçüncü dövlət, heç kim bizim münasibətlərimizə nə qarşı, nə də mane ola bilər. Bizim əməkdaşlığımızın gələcəyinin parlaq olacağına və İsraillə Azərbaycan arasında daha çox iş birliyi görəcəyimə ümid edirəm".
Şübhəsiz ki, bu, hər kəsdən əvvəl İrana mesaj idi. İran- Azərbaycan, İran- İsrail münasibətləri kimsəyə sirr deyil. Tel- Əviv Tehrana demək istəyir ki, adekvat davranış sərgilə, əks halda, bunun hesabını verməli olacaqsan. Onsuz da İsrail İrana "qulaq burması" vermək üçün bir "girəvə" axtarır.
Doğrudur, İsraillə münasibətlərimiz daha yaxın müttəfiqlərlə olduğu kimi deyil, amma əməkdaşlıq formatındadır, şəffafdır.
Və İranın Azərbaycana qarşı aqressiv mövqeyi qarşılığında İsrailin hansısa addımı ilk növbədə onun öz maraqlarına uyğundur.
Cənub qonşumuzun son günlərdəki dəyişən davranışı, geri çəkilməsi bir tərəfdən Azərbaycan və qardaş Türkiyənin mövqeyi ilə bağlıdırsa, əlbəttə, həm də Corc Dikin mesajından dərs çıxarmasının göstəricisidir. İran xarici işlər naziri Hüseyn Əmirabdullahianın "Azərbaycanla açıq gərginlik mərhələsi başa çatıb" bəyanatı da iki istiqamətdə təhlil edilməlidir. Birincisi, rəsmi Tehran bu açıqlama ilə indiyədək qonşuluq, müsəlmanlıq prinsiplərinə zidd şəkildə münasibətlərin gərgin olduğunu etiraf etmiş oldu. İkincisi isə İran, görünür, baş verənlərdən, regiondakı geosiyasi reallıqdan dərs çıxarmaq niyyətindir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın "Ümid edirik ki, İran sağlam düşüncə ilə hərəkət edəcək. Əgər belə olarsa, İranla Azərbaycan arasında heç bir problem olmayacaq" açıqlaması isə Tehranın bundan sonra Bakı ilə münasibətləri üçün "yol xəritəsi" olmalıdır. Əks halda İranın nəinki regionda, beynəlxalq müstəvidə "ofsaytda" qalması istisna deyil.
Kənan Novruzov
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil
Zelenskidən Paşinyana təklif - KİYEVDƏ KEÇİRİLSİN
21:45 04.05.2026
Gündəm
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
21:36 04.05.2026
Futbol
Rusiya 8–9 may tarixlərində atəşkəs elan edib
21:34 04.05.2026
Dünya
"Space" TV-nin yeni rəhbəri: Hədəfimiz böyükdür
21:30 04.05.2026
Gündəm
Şəhidin "Vətən uğrunda" medalı İmişlidə ailəsinə təqdim edilib
21:27 04.05.2026
Cəmiyyət
BƏƏ-də raket təhlükəsi elan edildi
21:10 04.05.2026
Dünya
Türkiyədən on il ərzində 1 407 568 suriyalı geri qayıdıb
20:57 04.05.2026
Region
“Çelsi” öz meydanında məğlub olub
20:44 04.05.2026
Futbol
Paşinyan Cənubi Kiprin prezidenti ilə TRIPP-i müzakirə etdi
20:30 04.05.2026
Dünya