İranın İsrailə "müharibə elan etməsi" real deyil
00:35 09.08.2024
Siyasət
418
Xəbərdarlıqları Tehranın Haniyənin qətlini ört-basdır etmək üçün istifadə etdiyi metod kimi dəyərləndirmək olar
İran və "Hizbullah" İsrailə hücumunu təxirə salıb. Bu barədə “Al Arabiyya” telekanalı ABŞ kəşfiyyatına istinadən məlumat yayıb. Qeyd olunub ki, Amerika Birləşmiş Ştatları hücumun qaçılmaz olduğuna əmindir. Baxmayaraq ki, onun mahiyyəti qeyri-müəyyən olaraq qalır. İran rəhbərliyi İsrailə mütləq cavab veriləcəyini bildirsə də, hələlik gözləmə mövqeyindədir. “Politico” qəzeti də bildirib ki, İran İsrailə qarşı kütləvi hücum qərarına yenidən baxa bilər. ABŞ administrasiyasının iki yüksəkrütbəli rəsmisi bildirib ki, Vaşinqton Tehrana irimiqyaslı zərbənin yalnız gərginliyi artıracağı və tərəflər arasında birbaşa qarşıdurma riski yaradacağı barədə xəbərdarlıq edib. Amerika həmçinin İranı Haniyənin ölümünə reaksiyasını yenidən nəzərdən keçirməyə və bunu daha geniş əməliyyatın bir hissəsi hesab etməməyə çağırıb. Livanın “Hizbullah” hərəkatı İranın niyyətindən asılı olmayaraq yaxın günlərdə İsraili vura bilər. Vurğulanıb ki, "Hizbullah" İsrailə hücum hazırlamaqda İrandan daha irəlidədir, ona görə də yaxın günlərdə hücum edə biləcək.
Türkiyəli professor, Qafqaz Strateji Araşdırmalar Mərkəzinin sədri Hasan Oktay İranın İsrailə "müharibə elan etməsini" əsası olmayan iddialar sayıb. Professorun sözlərinə görə, bunu İran dövlətinin İsmayıl Haniyənin qətlini ört-basdır etmək üçün istifadə etdiyi metod kimi dəyərləndirmək olar:
"Əgər HƏMAS lideri İsmayıl Haniyə raket hücumuna məruz qalıb və öldürülübsə, ilk ağla gələn sual İranın hava hücumundan müdafiə sisteminin niyə işə düşməməsidir? Ümumyyətlə, İranın hava hücumundan müdafiə sisteminin olub-olmamasıdır. Halbuki İsmayıl Haniyənin qonaq evi çox təhlükəsiz və qorunan yer sayılır. Buna rəğmən, xaricdən hücum olubsa, deməli, kəşfiyyat məlumatı göndərilib".
Ekspert vurğulayıb ki, İranın aprelin 13-də İsrailə hücumu nəticəsində ABŞ, Böyük Britaniya və bir çox Avropa dövlətləri İsrail ətrafında birləşərək İrana qarşı cəbhə qurublar: "Bunun ardınca İran öz bütövlüyünü qorumaq məqsədilə əvvəllər prezidentliyə namizəd olsa da, ruhani şura tərəfindən şans verilməyən Məsud Pezeşkianı mövcud sistemi xilas etmək üçün namizəd etdi və prezident seçdirdi. İbrahim Rəisinin öldürülməsinə cavab verə bilməyən İran Yaxın Şərqdə İsrailə qarşı qəyyumluq müharibəsi aparan "Hizbullah, "Həşti Şabi" və "Husilər"i qurban verdi. İran İsmayıl Haniyə vasitəsilə HƏMAS-ı İsrailə qurban verməklə dövlətinin bütövlüyünü və sistemin davamını təmin etdi. O baxımdan Yaxın Şərqdə İran-İsrail münaqişəsinin başlaması və genişlənməsi ehtimalı gündən-günə azalır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avropa Parlamenti rəqəmsal avronun yaradılmasını təsdiqləyib
04:40 10.07.2026
İqtisadiyyat
Onlar “Emmi” namizədidir!
04:00 10.07.2026
Şou
Dünyada doğumun ən yüksək və ən aşağı olduğu ölkələr açıqlandı
02:49 10.07.2026
Maraqlı
Azərbaycan və Türkiyəyə bir daha təşəkkür edirəm
01:26 10.07.2026
Siyasət
Oyun planında narazılığım var idi - Qurbanov
01:04 10.07.2026
Futbol
Bayramovun “sensasion” bəyanatına İrəvandan cavab
23:08 09.07.2026
Cənubi Qafqaz
Əli Xameneinin dəfn mərasimi başladı - YENİLƏNDİ
21:54 09.07.2026
Gündəm
Son 20 ildə ilk dəfə Fələstində parlament seçkisi təyin edildi
21:25 09.07.2026
Dünya
Tramp Qalibafı ələ saldı: Bel ilə işlər görür!
21:13 09.07.2026
Gündəm
İsrail ordusu “İslam Cihadı”nın komandirini öldürüb
20:48 09.07.2026
Dünya
Kats: İsrail İrana qarşı hərbi əməliyyatı bərpa etməyə hazırdır
20:36 09.07.2026
Dünya