İsrail-Türkiyə münasibətləri yeni DİZAYNDA:“Yeni dünya düzəninin yaranmasında...”
Yusif Nəzərli
14:13 10.03.2022
Siyasət
795
Martın 9-da Ankarada Türkiyə prezidenti Rəccab Təyyaib Ərdoğanla İsrail dövlət başçısı İsaak Hersoq arasında görüş baş tutub. Görüş sonrası liderlər birgə mətbuat konfransında çıxış ediblər. İsrail dövlət baçısı bildirib ki,İsrail və Türkiyə əməkdaşlığı bölgəyə kəskin şəkildə təsir edəcək:
“Bu dövlətlər arasında əməkdaşlığın inkişafı təkcə iki ölkənin deyil, regionun xeyrinə olacaq".
Siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev hazırda müsbətə doğru irəliləməkdə olan Türkiyə-İsrail münasibətlərindən “sherg.az”a danışıb. Professor qeyd edib ki, İsrail prezidentinin Türkiyəyə səfəri çox önəmli məsələdir:
“Yaxın və Orta Şərqin siyasi xəritəsinin formalaşmasında hər iki ölkənin rolu böyükdür.Yeni dünya düzəninin yaranmasında da İsrail-Türkiyə münasibətinin yaxşı olması çox vacibdir. Bir müddət öncə Qərb xüsusilə də Fransa və ABŞ onlar arasında qarşıdurma yaratmaqla öz siyasətlərini həyata keçirdilər.
“Ərəb baharı”adı ilə müsəlman dövlətlərində soyqırımı həyata keçirib onları bir-birinə qırdırdılar. Bu müddət ərzində həm Türkiyənin, həm də İsrailin siyasi cəhətdən müəyyən itkiləri oldu.
Onlar bir yerdə daha güclü idilər. İsrail-Türkiyə münasibətlərinin yaxşılaşması dünya siyasətinin formalaşması üçün də mühümdür. Çünki indi dünyanın maliyyə və informasiya sisteminə İsrailin çox böyük təsir imkanları var”.
C.Nuriyev Prezident İlham Əliyevin Türkiyə-İsrail münasibətlərinin normallaşmasındakı roluna diqqət çəkib:
“Azərbaycan liderinin tərəflər arasındakı əlaqələrin yaxşılaşamasındakı rolu danılmazdır. Hər iki ölkəyə eyni cür münasibəti bəsləyən dövlət baçımız bu ölkələrin dost olmasına cəhd edirdi. Artıq həmin cəhdlər öz müsbət nəticəsini verdi. Hətta Türkiyə-İsrail münasibətləri gərginləşəndə belə rəsmi Bakı hər iki ölkə ilə münasibətləri eyni qaydada qoruyub saxladı”.
Ekspertin qənaətincə, hazırda düzəlməkdə olan Türkiyə-İsrail əlaqələri bundan sonra daha yeni məcraya yönələcək və bundan Azərbaycanın da müəyyən siyasi dividentləri olacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edilib
16:52 27.07.2026
Cəmiyyət
Hövsanda dənizdə batma 13 yaşlı qızın meyiti sudan çıxarılıb
16:25 27.07.2026
Hadisə
Putin: Rusiya Ukraynaya dair qarşısına qoyduğu məqsədlərə çatacaq
16:08 27.07.2026
Dünya
Netanyahu Trampla görüş üçün Vaşinqtona yola düşüb
16:01 27.07.2026
Dünya
Hindistan Ukrayna səfirini çağırdı
15:20 27.07.2026
Dünya
İran husilərə dəstəyi dayandırır
14:58 27.07.2026
Gündəm
Şaraa: Suriya Livana hərbi müdaxilə etməyəcək
14:50 27.07.2026
Dünya
Portuqaliya sahillərində 2,6 tondan çox kokain müsadirə edilib
14:42 27.07.2026
Dünya
İrana gəldilər - “ABŞ ilə quru müharibəsinə hazırlaşırıq”
14:33 27.07.2026
Dünya
İran Britaniyanın məsuliyyətə cəlb olunmasını tələb etdi
14:33 27.07.2026
Gündəm
Azərbaycanda miqrasiya prosedurları elektronlaşdırıldı
14:05 27.07.2026
Gündəm
Azərbaycan İstanbula yeni baş konsul təyin edib
13:40 27.07.2026
Gündəm