İsraildə Azərbaycana həsr olunmuş tədbir keçirilib - FOTO
Yusif Nəzərli
07:46 21.02.2023
Siyasət
417
“İsrail Akademiya Monitor” təşkilatı bu ölkənin Even Yehuda şəhərində Azərbaycana həsr olunmuş tədbir keçirib.
Bununla bağlı Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
50-yə yaxın qonağın iştirak etdiyi və Azərbaycan multikulturalizmini əks etdirən fotosərginin nümayiş etdirildiyi tədbirdə çıxış edən “Kanal 24”ün rəhbəri, jurnalist Səadət Şükürova İsrailov ölkəmizdə heç zaman antisemitizm təzahürləri ilə qarşılaşmadığını vurğulayıb:
“Qeyd etmək istəyirəm ki, müsəlman ölkələri arasında Azərbaycan yəhudilərin rahat yaşadığı və küçədə sərbəst gəzə bildiyi yeganə ölkədir. Ümumiyyətlə, Azərbaycanda hər bir milli icma özünü azad və müstəqil hiss edir. Azərbaycanlılar mehriban, qonaqpərvər və insanpərvər xalqdır. Azərbaycanda milli azlıqların hüquqları qorunduğu üçün onlar öz dillərini, mədəniyyətlərini və dinlərini mühafizə edə bilirlər”.
“İsrail Akademia Monitor” təşkilatının baş direktoru Dana Barnett öz çıxışında Azərbaycanın multikulturalizm modelinin tarixinin 1918-ci ilə, müsəlman dünyasında ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğu vaxta təsadüf etdiyini diqqətə çatdırıb:
“Bu respublika əvvəldən dünyəviliyə sadiq idi və millətə anlayışına münasibətdə inklüziv yanaşmanın tərəfdarı idi. Buna azərbaycançılıq deyirlər. Respublika Sovet İttifaqının tərkibinə daxil olsa da, Azərbaycan xalqı 1990-cı illərdə müstəqillik əldə etdikdən sonra öz köklərinə qayıda bildi”.
Dana Barnett Prezident İlham Əliyevin dövründə sözügedən Azərbaycan təcrübəsinə “multikulturalizm” ifadəsinin daxil edildiyini diqqət önünə çəkib. O, dünyada bir çox yəhudinin üzləşdiyi antisemitizmin antidotu kimi multikulturalizmin Azərbaycan modelini təbliğ etdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru, siyasi şərhçi və jurnalist Reyçel Avraham tədbir iştirakçılarını Xocalı soyqırımı barədə məlumatlandırmaqla yanaşı, Azərbaycan və yəhudi xalqlarının məruz qaldıqları tarixi ədalətsizliklər arasında analogiyalar aparıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabaha olan hava proqnozu açıqlanıb
13:14 04.11.2026
Aktual
Rafinya Ronaldinyoya çatdı
13:07 04.11.2026
Futbol
Bakıda noyabrın 9-a qədər yağış yağacaq - XƏBƏRDARLIQ
12:55 04.11.2026
Ekologiya
NATO Rusiya ərazisinə zərbə endirə bilər
12:48 04.11.2026
Gündəm
Göygöldə yol qəzasında iki nəfər xəsarət alıb
12:27 04.11.2026
Hadisə
Dəfnə görə ödənilən müavinətin məbləği artırılır
12:10 04.11.2026
Aktual
AzTV 100 illik yubileyə həsr olunmuş çarx yayımlayıb - VİDEO
12:09 04.11.2026
Media
DSMF-nin növbəti il üçün gəlir və xərcləri açıqlanıb
11:57 04.11.2026
İqtisadiyyat
Azərbaycanın xalis maliyyə aktivləri 110 mlrd. manata çatıb
11:47 04.11.2026
İqtisadiyyat
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm