
İsrailin yekun hədəfi məhz İrandır - RƏY
Yusif Nəzərli
02:22 30.12.2024
Siyasət
449
Trampın vəzifəyə başlaması fonunda Təl-Əviv Tehranı provokasiyaya çəkmək üçün əlindən gələni edəcək
İran dekabrın 28-dən etibarən ölkə ərazisində hərbi təlimlərə başlayıb. Müdafiə naziri, general-mayor Əziz Nəsirzadə deyib ki, düşmənin iddialarının əksinə olaraq, İranın müdafiə qabiliyyətinin azalmadığını, əksinə, gücləndiyini nümayiş etdirən bir sıra hərbi təlimlərə start verilib.

Politoloq Turan Rzayev "Sherg.az"a deyib ki, təlimlər Ə.Nəsirzadənin “düşmən” adlandırdığı İsrailə cavabdır. Ekspertin sözlərinə görə, Təl-Əviv son zamanlar Tehrana çox ciddi zərbələr vurub:
"Söhbət İran proksiləri olan “Hizbullah” və HƏMAS-dan gedir. Vəziyyət o həddə çatıb ki, proksilərlə Tehranın arası açılıb. Bundan başqa, Suriyada Əsəd rejiminin devrilməsi də Tehranın Yaxın Şərq dayaqlarından birini itirməsi deməkdir. İsrail son günlər Yəməndə husilərə aviazərbələr endirir. Quru əməliyyatlarından hələlik bəhs edilmir, lakin zərurət yaranacağı təqdirdə bu da istisna deyil".
T.Rzayevə görə, İsrail faktiki olaraq ABŞ Prezidenti Donald Trampın vəzifə səlahiyyətlərini icra etməyə başlamasını gözləyir: "Bu vaxta qədər isə İran proksilərini gücdən salmağa çalışır. Aydın məsələdir ki, Təl-Əvivin yekun hədəfi məhz İrandır. Trampın vəzifəyə başlaması fonunda Təl-Əviv də Tehranı provokasiyaya çəkmək üçün əlindən gələni edəcək. İran indiki məqamda İsraillə, həmçinin Təl-Əvivin yaratmaq istədiyi koalisiyaya qarşı müharibəyə hazır olduğunu göstərmək istəyir".
Oxşar xəbərlər
Rəsmi Daşkənd: Azərbaycan Prezidentinin Özbəkistana səfəri çərçivəsində çox mühüm sənədlər imzalanıb
17:27 23.08.2026
Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib
16:42 23.08.2026
Prezidentin köməkçisi: Azərbaycan və Özbəkistan arasında əbədi dostluğa dair Müqavilə imzalanacaq
15:22 23.08.2026
Xəbər lenti
Hamısına bax
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi
AJB-nin Aran bölgəsi üzrə zona müşavirəsi keçirilib -FOTO
14:49 23.08.2026
Media
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib
14:00 23.08.2026
Rəsmi
Yenidən prezident seçilmək hüququm var - Tokayev
13:43 23.08.2026
Aktual
Suriya XİN: İsraillə danışıqlar bərpa oluna bilər
13:27 23.08.2026
Aktual
İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib
13:10 23.08.2026
Rəsmi
Sabah 40 dərəcə isti olacaq
12:50 23.08.2026
Ekologiya
İran Məkkə sazişinə dəvət edildi
12:31 23.08.2026
Aktual