Son zamanlar Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər istiqamətində baş verən hadisələri təhlil edən müdafiə naziri Ermənistan silahlı qüvvələri tərəfindən törədilə biləcək istənilən təxribata hazır olmağı və onların qarşısının dərhal alınmasını əmr edib. Nazir döyüş və maddi-texniki təminat məsələlərinə diqqətin artırılmasını tələb edib.
Kəlbəcərdə təxribatlara hazır olmalıyıq
Turan
04:54 03.08.2021
Siyasət
518
İstehkam işləri tez yekunlaşmalıdır və sərhəd qışa qədər möhkəmlənməlidir
Dünən Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirilib. Müdafiə Nazirliyindən bildirilib ki, müşavirəyə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik və birləşmələrin komandirləri, o cümlədən digər məsul zabitlər də cəlb olunub. Ali Baş Komandan İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları müşavirə iştirakçılarına çatdıran nazir bu tapşırıqların icrası ilə bağlı komandir-rəis heyətinə müvafiq əmr və göstərişlər verib.
Son zamanlar Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər istiqamətində baş verən hadisələri təhlil edən müdafiə naziri Ermənistan silahlı qüvvələri tərəfindən törədilə biləcək istənilən təxribata hazır olmağı və onların qarşısının dərhal alınmasını əmr edib. Nazir döyüş və maddi-texniki təminat məsələlərinə diqqətin artırılmasını tələb edib.
Mühüm toplantı ilə bağlı “Şərq”ə danışan siyasi şərhçi, jurnalist Aqşin Kərimov görüşdə diqqət çəkən məqamlara toxunub:
“Müdafiə naziri Zakir Həsənov Kəlbəcər istiqamətində Ermənistan silahlı qüvvələri tərəfindən törədilə biləcək istənilən təxribata hazır olmağı və onların qarşısının dərhal alınmasını əmr edib. Bu o deməkdir ki, Kəlbəcərdə dövlət sərhədinin delimitasiyası başa çatmayıb və gələcəkdə proses ağrılı keçə bilər. Lakin elə məna yükləmək olmaz ki, genişmiqyaslı toqquşma ehtimalı yüksəkdir. Bununla belə ayıq-sayıqlıq şərtdir. Nazir döyüş planlarının dəqiqləşdirilməsini də tələb edib. Əslində hər hərbi hissənin özünün döyüş xəritəsi, planı olur. Görünür ki, bölmələrin dövlət sərhədinin Kəlbəcər istiqaməti ilə bağlı konkret döyüş planı yoxdur. Ancaq buna baxmayaraq, ordumuz orada da möhkəmdir və konkret döyüş planı olmadan da məqsədinə nail olur”.
A.Kərimov bəyan edib ki, döyüş planı dəqiqləşərsə, gələcəkdə baş verən təxribatlara qarşı daha optimal və konkret cavablar veriləcək və Ermənistanın əli-qolu tamamilə bağlanacaq:
“Zakir Həsənov qoşunların mühəndis təminatı tədbirlərinin sürətləndirilməsini də tapşırıb. Bu isə o deməkdir ki, maksimum şəkildə istehkam işləri tez yekunlaşmalıdır və sərhəd qışa qədər möhkəmlənməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Şərur sakini Avropanın kral sülaləsi ilə qohum çıxdı
01:57 19.09.2026
Maraqlı
Putin: Təhdidlər azalmır, NATO böyüyür və genişlənir
00:35 19.09.2026
Gündəm
Antiterror əməliyyatının ildönümüdür
00:14 19.09.2026
Tarix
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
23:13 18.09.2026
Futbol
Rusiya 300 min nəfəri səfərbər edir? - Kreml açıqladı
22:59 18.09.2026
Gündəm
Nobel mükafatının məbləği artırılıb
22:20 18.09.2026
Mədəniyyət
Trampla danışdım, bəzi razılaşmalar oldu - Şeynbaum
21:43 18.09.2026
Aktual
Anar Ələkbərov şəhid anaları ilə görüşüb
21:26 18.09.2026
Sosial
Sumqayıt sakini tanışını bıçaqladı
21:11 18.09.2026
Hadisə
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
20:55 18.09.2026
Hadisə
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
20:38 18.09.2026
Mədəniyyət
Ukrayna AB ilə yeni sərhəd-keçid məntəqəsi açdı
20:21 18.09.2026
Gündəm
Almaniya benzinə tətbiq olunan vergini azaltmağı planlaşdırır
19:53 18.09.2026
Dünya
Buna görə İlham Əliyevə minnətdaram - Paşinyan
19:45 18.09.2026
Cənubi Qafqaz
“Neftçi” yubiley oyununda Qəbələdən qələbə ilə ayrıldı
19:36 18.09.2026
Futbol
Narkotik araşdırmasında məşhurlardan 21 nəfər saxlanılıb
19:02 18.09.2026
Hadisə