"Keşikçidağ" təxribatı baş tutmadı: Məbədin gürcülərin üzünə açılması tolerantlığımızdandır
Turan
14:01 10.10.2019
Siyasət
1508
“Azərbaycan-Gürcüstan sərhəddində yerləşən “Keşkçidağ” Alban monastırı ilə bağlı yaranmış insident sakitləşdikdən sonra məbədin yenidən xristianların üzünə açılması dövlətimizin tolerantlığının sübutudur”.
Bunu Sherg.az-a açıqlamasında politoloq, Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev deyib.
Partiya rəsmisi bildirib ki, məbəd ətrafında yaranmış qalmaqalda təxribatçıların iki ölkə arasında münasibətləri gərginləşdirmək planları baş tutmadı:
“Gürcüstanda normal düşüncəyə sahib insanlar anlamalıdırlar ki, bu gün torpaq iddası heç də onların xeyrinə deyil. Gürcüstanda yaşayan soydaşlarımız da özlərini çox təmkinlə apardılar. Onlar da eyni tərzi sərgiləmiş olsaydılar, gürcü hakimiyyəti çox çətin duruma düşə bilərdi. Azərbaycan öz torpaqlarının bir qarışını da güzəştə getməyəcək. Bu yaxınlarda həmin ərazilərdə sərhəd zastavasının açılması ən doğru addımdır. Bundan sonra başqa ölkələrin xristianları Azərbaycanda olan dini məbədləri ziyarət etmək üçün beynəlxalq hüquq normalarından istifadə etməyə məcbur edilməlidir. Azərbaycanın sərhədləri açıq qapı deyil ki, ürəyi istəyən icazəsiz keçid etsin?!”.
Politoloq vurğulayıb ki, Azərbaycan öz ərazilərində olan xristian məbədlərinə diqqəti bir qədər də artırmalıdır:
“Bu məbədlər bizim xristian keçmişimizə aiddir. Hesab edirəm ki, bütün Alban məbədlərimiz təmir olunaraq yenidən xristian vətəndaşlarımızın istifadəsinə verilməlidir. “Keşçidağ” monastrına isə yerli keşiş təyin olunmalıdır. Bu məsələ ilə bağlı təkliflərimi daha əvvəl vermişdim. Hətta təklifimə xristian vətəndaşlarımızdan müsbət reaksiyalar gəlmişdi. Məbədin keşişi vəzifəsinə iddiaçılar da var idi”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə