Kreml Paşinyanı qəbul etmir: Yerevandakı sammitdə Nikolun nüfuzsuz olduğu təsdiqləndi
Turan
09:52 03.10.2019
Siyasət
797
“Kreml sadəcə Nikol Paşinyanı qəbul etmir, ancaq Ermənistandan vaz keçmək fikri yoxdur”. Bunu Sherg.az-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.
Analitik bildirib ki, Moskva ilk dəfə rəsmi səviyyədə “Qarabağ Ermənistandır” fikri ilə razılaşmadığını açıqladı:
“Doğrudur, buna qədər Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova REAL tv-nin Moskvadakı təmsilçisinin sualına cavab olaraq ünvan göstərmədən danışıqlar formatının dəyişdirilməsinin əleyhinə olduğunu vurğulamışdı. Ancaq onun şefi xarici işlər naziri Sergey Lavrov “Valday” klubunun Yaxın Şərqə həsr olunan bugünkü sessiyasında ünvanı gizlətmədi: “Qarabağ Ermənistandır” ifadəsi “Kosovo Albaniyadır” ifadəsinə bənzəyir və bu danışıqlar prosesində müsbət atmosferin yaradılmasına kömək etmir”. Məlumdur ki, Kreml Kosovonun müstəqilliyini qəbul etmir və bu bölgəni Serbiyanın ərazisi sayır. Ona görə də Qarabağın Kosovoya bənzədilməsi İrəvanın xeyrinə deyil. Əgər Kosovo məntiqindən yanaşsaq Kreml nə Qarabağın Ermənistana birləşdirilməsinin, nə də müstəqilliyinin tərəfdarı olmalıdır. Ancaq Kremlin bu siyasətinin davamlı olacağını söyləmək çətindir”.
Politoloq bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi Birliyinin İrəvanda keçirilməsi eyforiyasından çıxa bilmir:
“Guya toplantı məhz ona görə İrəvanda keçirilib. Halbuki, təşkilatın toplantısı sadəcə növbəlilik prinsipinə görə İrəvanda keçirilib və bunun Paşinyanla əlaqəsi yoxdur. Buna baxmayaraq, toplantıdan dərhal sonda parlamentdə çıxış edən Paşinyan Avrasiya İqtisadi Birliyinin zirvəsinin “uğurlu nəticələrindən” və rusiyalı həmkarı Vladimir Putinlə görüşdən ağız dolusu danışıb. Ancaq deputatlardan birinin “Rusiya Ermənistana satdığı qazın qiymətini bahalaşdırmayacaq ki?” kimi sadə sualına cavab verə bilməyib. Putinin İrəvanda həbs olunan eks-prezident Robert Koçaryanın həyat yoldaşı ilə görüşü, üstəgəl Sergey Lavrovun Qarabağı Kosovoya bənzətməsi Paşinyan üçün yaxşı xəbər deyil. Ancaq bizim də bu gedişatdan çıxış edərək “Rusiya Ermənistandan üz döndərir” kimi eyforiyaya qapılmamız doğru olmaz. Bu gün Ermənistanda rəhbər Paşinyandırsa, sabah Kremlin görmək istədiyi başqa “yan” ola bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə