Kremlin Qafqazda növbəti təxribat arzusu: "Gürcüstanla Azərbaycanı savaşa sürükləmək istəyirlər"
Ayyət Əhməd
07:48 16.07.2019
Siyasət
1002
Gürcüstanın Daxili İşlər Nazirliyi ictimaiyyəti və vətəndaş qruplarını Gürcüstan və Azərbaycan arasında sərhədin delimitasiyası üzrə komissiyanın sakit şəraitdə işini davam etdirməsinə imkan verməyə çağırıb. Gürcüstanın Birinci telekanalı xəbər verib ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin bəyanatında deyilir. Nazirlikdən bildiriblər ki, Gürcüstan-Azərbaycan sərhədində, “Keşikçidağ” sahəsində yerli sakinlər və azərbaycanlı sərhədçilər arasında kiçik insident baş verib. Lakin insident qısa müddət ərzində aradan qaldırılıb və hazırda vəziyyət stabildir.
Mətbuatın yazdığına görə, münaqişəyə səbəb guya azərbaycanlı sərhədçilərin kilsədən ikonanı icazəsiz çıxarmaları olub. Azərbaycanın Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi də “Keçikçidağ”da baş verən insident barədə məlumat yayıb. Məlumatda bildirilir ki, hadisə 14 iyul 2019-cu il tarixdə saat 14:50 radələrində qeydə alınıb: “DSX-nin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin “Keçikçi qala” sərhəd zastavasının xidməti ərazisində Gürcüstan vətəndaşları tərəfindən Azərbaycan sərhəd naryadına qarşı insident törədilib. İnsident qısa müddət ərzində aradan qaldırılıb və DSX-nin şəxsi heyəti tərəfindən ərazidə təhlükəsizlik tədbirləri təmin edilib. Azərbaycan və Gürcüstan sərhəd nümayəndələri arasında görüş keçirilib, baş vermiş hadisə birgə araşdırılıb, gələcəkdə bu kimi hallara yol verilməməsi üçün görülməli olan tədbirlər müzakirə edilib”.
Xatırladaq ki, Keşikçidağ məbədi ilə bağlı hələ bu ilin yazında müəyyən problem yaranıb. Bu ilin aprel ayında Gürcüstan Prezidenti Salome Zurabişvili Keşikçidağ məbədinə səfər edib, orada bəyanat verərək deyib ki, Azərbaycanla mübahisəli olan Keşikçidağın yerləşdiyi ərazinin delimitasiyası yaxında həllini tapmalıdır. Bundan sonra Keşikçidağ məbədi məsələsi yenidən gündəmə gəldi. Azərbaycan tərəfi ərazimizə düşən hissədə məbədə girişi qismən məhdudlaşdırdı. May ayında isə Pasxa bayramı zamanı gürcü fəallar buna etiraz etdilər, aksiya keçirdilər. Bundan sonra delimitasiyanın tezləşdirilməsi üçün dövlətlər arasında komissiya yaradıldı. Rəsmi Tiflisin sonuncu bəyanatı da məhz komissiyanın işinə mane olmamaq üçün fəallara çağırış xarakteri daşıyır. Analitiklər isə hesab edirlər ki, Keşikçidağ məsələsi ilə bağlı ajiotaj yaratmağa lüzum yoxdur.
Siyasi icmalçı Azər Rəşidoğlu “Şərq”ə bildirib ki, Gürcüstan Prezidenti Salome Zurabişvili olduqca zəif siyasətçidir: “O, zaman-zaman populist bəyanatı ilə ölkə daxilində itirilmiş imicini qorumaq istəyir. Amma həssas məsələlərə ciddi yanaşmaq lazımdır”.
Şərhçinin sözlərinə görə, rəsmi Tiflis və Bakı arasında həll edilməmiş problemlər var: “Bunu danışıqlar yolu ilə tənzimləmək mümkündür. Məsələ bundadır ki, Rusiya Gürcüstanı xəritədən silmək istəyir. Bu baxımdan, o, ölkədə yaşayan yüz minlərlə soydaşımızdan istifadə edə biləcəyini düşünür. Hesab edirəm ki, Keşikçidağda baş verən son hadisə açıq təxribat xarakteri daşıyırdı. Əgər orada atəş açılsaydı, olduqca ciddi təlatümlər yaşana bilərdi. Düşünürəm ki, XİN rəhbərimiz Tiflisə səfər edib, problemləri çözməlidir. Cənubi Qafqazda Qərbin əsas müttəfiqi olan Gürcüstanla Azərbaycanı savaşa sürükləmək Kremlin arzusudur. Biz Moskvanın istəyinə boyun əyməyə məcbur deyilik.
Bu məsələdə əsas müqəssir Rusiyadır, gürcü eqoizmi sadəcə köməkçi elementdir. Mən diplomatik yolla problemin həllinin tərəfdarıyam və emosiyasız düşünməyi vacib hesab edirəm. Gürcüstan və Azərbaycan arasında savaş başlayarsa, Qərbin Cənubi Qafqaza və Orta Asiyaya çıxışına da problemlər yarana bilər. Biz niyə və hansı səbəbə rusların təxribatında iştirak etməliyik?”. A.Rəşidoğlunun qənaətincə, bu məsələdə sosial şəbəkələr və mətbuat vasitəsilə ermənilərin və rusların təsir agentləri iki xalq arasında düşmənçilik toxumu səpir: “Ümid edirəm ki, bizim zəkamız çatacaq ki, təxribata getməyək. Lakin Azərbaycan XİN mütləq etiraz notası ilə çıxış etməlidir. Daha çevik diplomatiyaya ehtiyac var və Bakı məsələlərə yanaşmasında ciddi korrektələr etməlidir. Bir daha vurğulayıram ki, bizi Gürcüstanla savaşa ermənilər və ruslar çəkir. Onların Bakıda təsir agentləri kifayət qədərdir. Soyuqqanlı olmaq və ciddi düşünmək lazımdır”.

Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran
22:55 14.08.2026
Region
Qubada 5 bal gücündə zəlzələ olub
22:04 14.08.2026
Hadisə
Naxçıvana yatırılan GƏLƏCƏK
21:45 14.08.2026
Aktual
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm