KTMT üzvləri Ermənistanla münasibətləri korlamaqdan çəkinmirlər - Mixail Finkel
14:33 28.11.2021
Siyasət
416
Ermənistanın KTMT üzrə üç müttəfiq ölkəsi - Qazaxıstan, Tacikistan və Qırğızıstan Azərbaycanı ərazi bütövlüyünün bərpası münasibətilə təbrik edib.
İsrailli hüquqşünas, beynəlxalq hüquq və beynəlxalq siyasət üzrə mütəxəssis Mixail Finkel Trend-ə açıqlamsında bildirib ki, İkinci Qarabağ müharibəsi nəticəsində ərazi bütövlüyünün bərpası ilə əlaqədar KTMT-yə üzv olan üç ölkənin Azərbaycan təbrik etməsi çox vacibdir.
"Bu o deməkdir ki, Ermənistan KTMT-nin üzvü olmasına baxmayaraq, Azərbaycanla yaxınlıq və tərəfdaşlıq onlar üçün Ermənistanla olan bütün assosiasiyalardan qat-qat üstündür", - deyə o bildirib.
Onun sözlərinə görə, bu onu göstərir ki, KTMT-yə üzv olan dövlətlər Azərbaycana dəyər verir, onu özləri üçün yaxın ölkə hesab edir, onunla həmrəydir və qələbəsini, o cümlədən özləri üçün çox mühüm hadisə hesab edir
"Bu həm də onu göstərir ki, bu ölkələr Ermənistanla münasibətləri korlamaqdan çəkinmirlər və KTMT ölkələrinin sırasında kimin kim olduğunu bilirlər" - deyə israilli hüquqşünas əlavə edib.
O qeyd edib ki, bu, Azərbaycanın həm diplomatik, həm beynəlxalq, həm də iqtisadi müstəvidə böyük qələbəsidir.
"Təbii ki, Azərbaycanın gələcəyi bütün cəbhələrdə hərtərəfli tərəqqi və regionda vəziyyətin yaxşılaşmasıdır. Əgər Ermənistan fikrini dəyişməsə və düzgün qərar verməsə, düzgün nəticə çıxarmasa, o zaman indiki vəziyyətdən də pis vəziyyətlə üzləşəcək", - deyə Mixail Finkel sonda qeyd edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Prezident BMT ilə imzalanmış əlavə Sazişi təsdiqlədi
16:17 04.05.2026
Gündəm
“Piyada şəhərin ən üst pilləsində olmalıdır” - Ekspert
15:54 04.05.2026
Aktual
4,5 milyon manatlıq müəssisə ləğv edildi
15:44 04.05.2026
Gündəm
“Liverpul”dan antirekord
14:51 04.05.2026
Futbol
Dövlət sərhədini pоzduqlarına görə 18 nəfər saxlanılıb
14:26 04.05.2026
Hadisə
Türkdilli xalqların deportasiya və soyqırım günü təsis edilməlidir
14:24 04.05.2026
Aktual
Faciəvi yanğında ölən modelyerin qızı niyə hələ də sağalmayıb?
13:56 04.05.2026
Cəmiyyət
SEPAH: Hörmüz boğazında yeni idarəetmə zonası müəyyən edilib
13:34 04.05.2026
Gündəm
İrəvanda Makrondan Köçəryan və Sərkisyana ittihamlar
13:22 04.05.2026
Gündəm
Cüdoçularımız Avropa Kubokunu 7 medalla baş vurub
13:05 04.05.2026
İdman
Martin Çunqonq Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
12:48 04.05.2026
Siyasət
NİİM sürücülərə müraciət etdi
12:44 04.05.2026
İnfrastruktur
Azərbaycan Prezidenti: Doqquz aydır sülh şəraitində yaşayırıq
12:37 04.05.2026
Rəsmi